Bütün xəbərlər
Naxçıvan şəhərində dezinfeksiya tədbirləri davam etdirilir
Tarix: 11-09-2020 20:39 | Bölmə: Reportaj

Naxçıvan şəhərində dezinfeksiya tədbirləri həyata keçirilir.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan şəhərinin əsas prospekt, küçə və yolları, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, idman, ticarət və istirahət mərkəzləri, Təhsil, Ədliyyə və Səhiyyə nazirlikləri, Dövlət Gömrük Komitəsi dezinfeksiya olunub.
Dezinfeksiya tədbirlərinə 2 xüsusi qurğu quraşdırılmış yanğınsöndürmə avtomobili, Dövlət Baytarlıq Xidmətinin 2 xüsusi təyinatlı dezinfeksiya avtomobili və ümumilikdə, 33 nəfər şəxsi heyət cəlb olunub.
Bundan başqa, Dövlət Baytarlıq Xidmətinin xüsusi təyinatlı dezinfeksiya avtomobilləri və dezinfeksiya qrupları cəlb olunmaqla, ümumilikdə, 36 ictimai yaşayış binasının girişləri, ətrafı və zirzəmisi formalin məhlulu ilə dezinfeksiya edilib.









Baxış sayı: 423


Bölməyə aid digər xəbərlər