Bütün xəbərlər
Muxtar respublikanın gömrük orqanları 58 adda müxtəlif malları müvafiq qurumlara təhvil verib
Tarix: 04-09-2020 11:09 | Bölmə: Reportaj


Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq qurumlara 58 adda müxtəlif mallar təhvil verilib.
Komitədən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 935 kiloqram yuyucu toz, 173 kiloqram təmizləyici vasitə, 207 təmizləyici sprey və tablet, 76 şampun, 45 duş jeli, 232 şüşə alma sirkəsi və keçibuynuzu bəkməzi, 144 kiloqram noxud ləpəsi, 55 kiloqram qida məhsulu, 50 kiloqram kərə yağı, 20 kiloqram düyü, 20 kiloqram şəkər tozu, 17 kiloqram duz, 16 kiloqram qənd, 391 közərmə lampası, 60 kiloqram boya, 42 avtomobil şini, 15 kiloqram parça, 13 qaz cihazı, 6 adda 14 ədəd digər mallar “Naxçıvan” Əlahiddə Ümumqoşun Ordusuna təhvil verilib.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına təhvil verilən mallar 470 kiloqram yuyucu toz, 85 kiloqram təmizləyici vasitə, 98 təmizləyici sprey və tablet, 38 şampun, 22 duş jeli, 116 şüşə alma sirkəsi və keçibuynuzu bəkməzi, 72 kiloqram noxud ləpəsi, 25 kiloqram kərə yağı, 25 kiloqram qida məhsulu, 12 kiloqram düyü, 10 kiloqram şəkər tozu, 8 kiloqram qənd, 8 kiloqram duz, 28 kiloqram boya, 6 qaz cihazı,1 duxovka, 200 kiloqram buğda və digər mallardan ibarət olub.
146 kiloqram yuyucu toz, 28 kiloqram təmizləyici vasitə, 39 təmizləyici sprey və tablet, 13 şampun, 8 duş jeli, 39 şüşə alma sirkəsi və keçibuynuzu bəkməzi, 30 kiloqram kartof, 24 kiloqram noxud ləpəsi, 11 kiloqram kərə yağı, 13 kiloqram qida məhsulu, 13 kiloqram boya, 3 qaz cihazı və digər mallar Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasına, 30 ov gülləsi patronu, 7 elektroşok, 7 gözyaşardıcı qaz, 4 beşbarmaq, 2 ov bıçağı, 1 qaz tapançası mərmisi, 1 radar detektoru, 1 dəyənək, 1 balta Daxili İşlər Nazirliyinə, 1 dron Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə təhvil verilib.





Baxış sayı: 1 089


Bölməyə aid digər xəbərlər