Bütün xəbərlər
Qazılar Şurasının üzvü Hacı Rauf Sərdarov da hər il olduğu kimi qanvermə aksiyasında iştirak edib
Tarix: 30-08-2020 21:13 | Bölmə: Reportaj


Bu gün Aşura günü olması ilə əlaqədar hər il olduğu kimi bu il də qanvermə aksiyasına start verilib. Donorlar yalnız Milli Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının paytaxt və bölgələrdəki filiallarında koronavirus yoxlanışından keçdikdən sonra qan verə biləcək.
Qeyd edək ki, bu gün Məhərrəm ayının 10-cu günü, İmam Hüseynin ailəsi və tərəfdarları ilə birgə Kərbəlada dövrünün Əməvi hakimiyyətini təmsil edən Yezid ibn Muaviyyənin ordusu tərəfindən qətlə yetirildiyi gündür. Bu aksiya ilk dəfə Şeyxülislam tərəfindən inanclı insanlara tövsiyə edilmiş və yüksək səviyyədə dindar kəsim tərəfindən qarşılanmışdır Bu gün Qazılar Şurasının üzvü Hacı Rauf Sərdarov da hər il olduğu kimi qanvermə aksiyasında iştirak edib.

Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az





Baxış sayı: 1 724


Bölməyə aid digər xəbərlər