Bütün xəbərlər
Sumqayıt polisi reyd keçirdi - Fotolar
Tarix: 28-08-2020 19:01 | Bölmə: Reportaj

                    Sumqayıt polisi reyd keçirdi


Sumqayıtda polislər tərəfindən COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə reyd keçirilib. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisindəki ictimai-iaşə obyektləri, marketlər, apteklər və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilib. Polis əməkdaşları obyektlərdə sosial məsafənin gözlənilməsi, o cümlədən satıcı və alıcıların maskalardan istifadə edib etməməsini yoxlanılıb. Qapalı məkanlarda tənəffüs yollarını qoruyan vasitələr, yəni maskalardan istifadə etməyənlər  cərimələnib. Açıq havada fəaliyyət göstərən iaşə obyektlərində ümumi karantin qaydalarının pozulmadığı aşkar edilib. Həmçinin polislər tərfindən sahibkarlar, eləcə də alıcıların diqqətinə sanitar-karamtin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi çatdırılıb. 
Reyd zamanı avtobuslarda maskadan istifadə etməyən sərnişinlər də Sumqayıt Şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyən edilərək cərimələniblər. Belə hallara yol verən avtobus sürücüləri barəsində də ciddi tədbirlər görülərək onlara xəbərdarlıq edilib.





Baxış sayı: 686


Bölməyə aid digər xəbərlər