22:40 / 02-11-2026
NATO kəşfiyyat təyyarəsi müşahidə edilib
22:27 / 02-11-2026
İsveçrə Avropada siyasi dönüş nöqtəsinə işarə edir
22:23 / 02-11-2026
Rayon administrasiyasının rəhbəri rüşvət işi üzrə həbs edilib
22:18 / 02-11-2026
Hollandiya vandalizm aktından sonra sovet əsgərləri qəbiristanlığında təhlükəsizliyi gücləndirəcək
18:56 / 02-11-2026
Polis əməkdaşlarına hücum edən şəxsə qarşı ittiham irəli sürülüb
18:53 / 02-11-2026
Uşaqlarına işgəncə verən məhkum edilib
18:47 / 02-11-2026
Zelenski Kliçkonu Malyukla əvəz etmək istəyir
18:41 / 02-11-2026
Avropada Rusiya qazının alınması çağırışları güclənə bilər
18:38 / 02-11-2026
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
18:32 / 02-11-2026
Rusiya Qazaxıstanla Türk Dövlətləri Təşkilatına qoşulmağı müzakirə edə bilər
18:27 / 02-11-2026
Tramp Vyetnam müharibəsini bir həftəyə qazana biləcəyi ilə öyündü
17:37 / 02-11-2026
Bir ekspert Polşadakı Alman polisi ilə bağlı məlumatları Tuska qarşı uydurma adlandırdı
17:33 / 02-11-2026
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
17:30 / 02-11-2026
Zelenski Kliçkonu vəzifəsindən uzaqlaşdırmaq üçün dəstək tapa bilmədi
17:27 / 02-11-2026
Ömürlük həbs cəzasına məhkum edilib
17:19 / 02-11-2026
Belçikanın Baş naziri istefa verib
16:40 / 02-11-2026
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
16:36 / 02-11-2026
Ekspert ABŞ-ın İrana nüvə zərbəsinin fəlakətli nəticələrini etiraf edir
16:32 / 02-11-2026
Federasiya Şurası İrana mümkün nüvə zərbəsi ilə bağlı şərh verdi
16:28 / 02-11-2026
Stubb Finlandiyanın müdafiəsini gücləndirməyə çağırdı
16:24 / 02-11-2026
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
20:23 / 01-11-2026
Ov edərkən təsadüfən tanışını güllələyib
20:19 / 01-11-2026
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
20:16 / 01-11-2026
ABŞ kəşfiyyat təyyarəsi Rusiya sərhədi yaxınlığında patrul xidməti göstərir
20:12 / 01-11-2026
İran ordusu Rusiyadan alınan "Su-35" qırıcı təyyarələrinin çatdırılma tarixlərini açıqladı
20:03 / 01-11-2026
Şirkətlər neyron şəbəkələri naminə işdən çıxarılan işçiləri geri qaytarırlar
18:05 / 01-11-2026
Almaniyanın Frankfurt-Mayn şəhərində baş verən iğtişaşlar zamanı 100-dən çox polis əməkdaşı yaralanıb
18:00 / 01-11-2026
Fransada nümayişlərdə təxminən 800 nəfər saxlanılıb
17:54 / 01-11-2026
Oğullarına bir neçə il işgəncə verən qadın məhkəmə qarşısına çıxarılacaq
17:51 / 01-11-2026
Zaxarova Kallasın Putinin G20 sammitində iştirakı ilə bağlı dediklərinə cavab verdi
17:48 / 01-11-2026
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
17:44 / 01-11-2026
Zelenski ABŞ-dan "Patriot" raketləri məsələsini təcili olaraq həll etməyi tələb edir
17:36 / 01-11-2026
Şotlandiya Rusiyanı Şetland adaları üçün təhlükə elan etdi
11:07 / 01-11-2026
Noyabr ayında -45°C (-45°F)-ə qədər temperatur düşə bilər
11:04 / 01-11-2026
Amerikalı analitik Zelenskinin danışıqlar üçün şərtlərini tənqid etdi
11:01 / 01-11-2026
Peskov: "Rusiya İran və ABŞ arasındakı münaqişənin həllində vasitəçilik etməyə hazırdır"
10:58 / 01-11-2026
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
10:55 / 01-11-2026
ABŞ-da atışma baş verib
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 8-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib
Tarix: 22-08-2020 19:00 | Bölmə: Reportaj
Muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlər müdafiə təhlükəsizliyini tam təmin edib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvandakı ordu, birləşmə və hissələri mühüm təşkilatlanma və inkişaf yolu keçib, xidmət günün tələbləri səviyyəsində qurulub. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında da maddi-texniki baza xeyli gücləndirilib, sərhəd xidmətində geniş quruculuq işləri aparılıb, infrastruktur yenilənib, şəxsi heyətin peşəkarlığı artırılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 22-də - "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının yaranmasının ildönümündə 8-ci Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev Ali Məclisin Sədrinə raport verib.
Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib.
Bildirilib ki, zastavada tikinti işlərinə 2019-cu ildə başlanılıb. Kompleksə qərargah, sərhədçi ailələri üçün yaşayış binaları, eləcə də digər xidməti və yardımçı binalar daxildir. İkimərtəbəli qərargah binasında 48 yerlik yataqxana, 32 yerlik yeməkxana, anbar və iş otaqları yerləşir. Yaşayış binasında hər biri 2 otaqdan ibarət 8 mənzil vardır. Mənzillər təmir olunub, lazımi məişət əşyaları və mebel dəstləri qoyulub, istilik sistemi ilə təchiz edilib. Ərazidə hamam-camaşırxana, qazanxana, əşya, ərzaq, tərəvəz, yanacaq-sürtkü materialları və silah anbarları, avtomobillər üçün 2 saxlanc yeri tikilib. Eyni zamanda xidməti heyvanların saxlanması üçün yardımçı bina istifadəyə verilib, vertolyot meydançası yaradılıb və müşahidə qülləsi təmir edilib.
1-ci Sərhəd Komendantlığının sərhəd zastavaları tam şəkildə video-nəzarət sistemi ilə təchiz olunub, HD görüntü keyfiyyətinə malik 8 idarəolunan və 21 sabit kamera quraşdırılıb. 11 sabit və 2 idarəolunan kamera 8-ci sərhəd zastavasının xidmət sahəsini əhatə edir. Çəkilən video-kadrlar uzun müddət sistemin yaddaşında saxlanılır.
Ali Məclisin Sədri sərhədçi ailələri ilə görüşüb, onları xidməti yaşayış binasının istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: Xidməti ərazidə istifadəyə verilən yaşayış binasında zabit ailələri yaşayacaqlar. Zastava üçün istifadəyə verilən əsgəri-məişət kompleksində və yeni yaşayış binasında hərtərəfli şərait vardır. Yeni yaşayış kompleksinin istifadəyə verilməsi ailələrin rahatlığının təmin olunması ilə yanaşı, eyni zamanda xidmətin də uğurlu təşkilinə imkan verəcəkdir.
Ali Məclisin Sədri sərhədçi uşaqlarına hədiyyələr təqdim edib.
Sərhədçi ailələri adından minnətdarlıq edən Heyran Əliyeva deyib: “Hərbçi ailələrinə göstərilən yüksək qayğı sayəsində ailə-məişət şəraitimiz xeyli yaxşılaşdırılıb. Bu gün yeni yaşayış binası istifadəmizə verilir. Biz sərhədçi ailələri bunun sevincini yaşayır və dövlətimizlə qürur duyuruq".
Sonra şəxsi heyətlə görüş olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərhədçiləri salamlayıb, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının ildönümü və 8-ci sərhəd zastavasının yeni yaşayış və xidmət kompleksinin istifadəyə verilməsi münasibətilə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyətini, sərhədçi ailələrini təbrik edib, sərhəd zastavasının yeni kompleksinin qurulmasında əməyi olanlara təşəkkürünü bildirib.
Ali Məclisin Sədri deyib: Ümummilli liderimiz Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda həyata keçirdiyi ordu quruculuğu tədbirləri sırasında sərhəd qoşunlarının formalaşması və inkişafı mühüm yer tutur. 1992-ci il avqustun 22-də Ulu Öndərin rəhbərliyi ilə Naxçıvandakı sərhəd dəstəsində müstəqil Azərbaycanın üçrəngli bayrağı qaldırılmış və bununla da ilk milli sərhəd dəstəsinin təməli qoyulmuşdur. 1992-ci il sentyabrın 19-da isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi “Naxçıvan Muxtar Respublikasının müdafiəsi və sərhədlərinin qorunmasının təşkili haqqında” qərar qəbul etmiş, bu qərardan 10 gün sonra - sentyabrın 29-da Naxçıvandakı 41-ci sərhəd dəstəsi ləğv olunmuş və onun funksiyaları, bütün hərbi və təsərrüfat əmlakı 1-ci sərhəd dəstəsinə təhvil verilmişdir. Ümummilli liderimiz Heydər Əliyev bu barədə demişdir: “Naxçıvanın qonşu İran və Türkiyə ilə sərhədləri on illər boyu rus qoşunları tərəfindən qorunmuşdur. Biz keçmiş Sovetlər İttifaqının, sonra isə Rusiyanın 41-ci Sərhəd qoşunları hissəsinin buradan tamamilə çıxıb getməsinə nail olduq və Azərbaycanda ilk dəfə olaraq milli sərhəd qoşunlarının 1-ci dəstəsi yaradıldı. Bütün bunlar tarixi hadisələrdir və nəinki bugünkü, hətta gələcək nəsillər tərəfindən layiqincə qiymətləndirilməlidir”.
Ali Məclisin Sədri deyib: Ümummilli Liderimizin ali hakimiyyətə qayıdışından sonra Azərbaycan Silahlı Qüvvələri tam təşkilatlanma və inkişaf yolu keçmiş, ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında nümunəvi və peşəkar sərhəd qüvvələri formalaşmışdır. Dahi şəxsiyyətin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanları ilə 2004-cü il yanvarın 14-də Naxçıvan Sərhəd Dəstəsinin əsasında “Naxçıvan” Sərhəd Diviziyası, 2015-ci il avqustun 17-də isə “Naxçıvan” Sərhəd Diviziyasının bazasında “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası yaradılmış, vəzifə və səlahiyyətlər artırılmışdır.
Qeyd olunub ki, bu gün muxtar respublikada sərhədlərin mühafizəsi, bu sahədə həyata keçirilən quruculuq işləri yeni mərhələyə qədəm qoymuşdur. Ötən dövrdə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 14 sərhəd zastavası, eləcə də 2 sərhəd komendantlığı üçün yeni yaşayış və xidmət kompleksləri istifadəyə verilmiş, maddi-texniki baza gücləndirilmiş, sərhədçilərin xidmət və məişət şəraiti yaxşılaşdırılmışdır. Eyni zamanda “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının Naxçıvan şəhərindəki hərbi şəhərciyində və zastavalarda sərhədçi ailələri üçün xidməti yaşayış binaları tikilmiş, mövcud binalar yenidən qurulmuşdur. Bu illər ərzində “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının inkişafı təkcə maddi-texniki bazanın gücləndirilməsi ilə məhdudlaşmamış, diviziyanın təşkilati cəhətdən formalaşması da diqqətdə saxlanılmışdır. Qərargahın, sərhəd komendantlıqlarının və zastavaların, çevik hərəkət taborunun ştat sayı xidmət funksiyalarına uyğun artırılmış, döyüş hazırlığı bölməsi, təlim-tədris mərkəzi, zenit artilleriya və mühəndis-istehkam bölükləri, 2-ci sərhəd komendantlığı və onun tərkibində sahil mühafizə qrupu yaradılmış, xidmət günün tələbləri səviyyəsində qurulmuşdur.
“Sərhəd ölkə üçün vacib sahə, onu qorumaq isə şərəfli işdir”,- deyən Ali Məclisin Sədri bildirib ki, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyəti bundan sonra da hərbi intizama ciddi əməl etməli, sərhəd nəzarəti və xidməti fəaliyyət günün tələbləri səviyyəsində qurulmalı, hərbi qulluqçuların peşəkarlığı artırılmalıdır. Sərhədçilər sərhədlərin mühafizəsi ilə yanaşı, həm də narkotik maddələrin və silah-sursatın qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı da mübarizədə sayıqlıq göstərməli, əməliyyat şəraiti daim nəzarətdə saxlanılmalıdır. Sərhəd hər bir ölkənin müstəqillik rəmzidir. Sərhədləri etibarlı qorunan ölkədə inkişaf və sabitlik də davamlı olur. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyəti də Azərbaycan Respublikasının muxtar respublikadakı 234 kilometrlik sərhəd ərazisini etibarlı mühafizə edir.
Ali Məclisin Sədri xidməti nümunəvi təşkil etdiklərinə görə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyətinə təşəkkürünü bildirib, çıxışını ölkə Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlayıb: “Hər bir ölkənin təhlükəsizliyi onun sərhədlərindən başlayır. Biz elə etməliyik ki, sərhədlərimiz tam şəkildə qorunsun”.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev çıxış edərək deyib: “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının keçdiyi inkişaf yolu, xidmətin günün tələbləri səviyyəsində qurulması, eləcə də 8-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksinin istifadəyə verilməsi yaradılan şəraitin və görülən işlərin nəticəsidir. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər Diviziyanın maddi-texniki bazasını möhkəmləndirib, hərbi qulluqçuların xidmət və məişət şəraiti xeyli yaxşılaşıb. Niyaməddin Tağıyev yaradılan şəraitə görə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Şəxsi heyət “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarını səsləndirib.
Sonra Azərbaycan Respublikasının medallarının təqdimatı olub. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli Sərəncamına əsasən “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının zabitləri “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
Ali Məclisin Sədri Azərbaycan Respublikasının medallarını təqdim edib.
Təltif olunan zabitlərdən Rauf Mirzəliyev deyib: “15 ildir Naxçıvan Qarnizonunda xidmət edirəm. Bu müddət ərzində ordu quruculuğuna göstərilən diqqət və qayğı hərbçilərin xidmətinə öz müsbət təsirini göstərib. Mən və yoldaşlarım bu yüksək dövlət təltifinə görə minnətdarlığımızı bildirir və söz veririk ki, bundan sonra da dövlət sərhədinin etibarlı mühafizəsini təmin edəcək, Vətənimizə ləyaqətlə xidmət edəcəyik”.
Əsgər Fariz Əlizadə minnətdarlıq edərək deyib: “Vətən sərhəddən başlanır. Sərhədlərimizin mühafizəsi üçün muxtar respublikamızda yaradılan hərtərəfli şərait məsuliyyətimizi daha da artırır. Şəxsi heyətin yaşayışı, qidalanması və xidməti üçün bütün imkanlar var. Çalışacağıq ki, mövcud şəraitdən düzgün istifadə edək”.
Ali Məclisin Sədri şəxsi heyətlə xatirə şəkli çəkdirib.
Zastavada nəzarət-buraxılış məntəqəsi, sıra meydanı, idman şəhərciyi, təlim meydançası, sərhədçi ailələri və şəxsi heyət üçün istirahət və əyləncə parkı, nəzarət-buraxılış məntəqəsi yaradılıb. Ərazidə 2 subartezian quyusu qazılıb, sutəmizləyici qurğu, 250 kilovoltluq transformator və generator quraşdırılıb, kanalizasiya xətti çəkilib. 4 hektar sahədə abadlıq işləri aparılıb, 2 minə yaxın ting və gül kolu əkilib, sərhəd zastavasına 2100 metr məsafədən yol çəkilib.
Həmin gün “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına “NİVA” markalı iki xidməti avtomobil təqdim olunub.
Ali Məclisin Sədri yaradılan şəraitə uyğun xidmətin təşkili ilə bağlı tapşırıqlar verib.
Gətirilmiş ərzaq məhsulları zastavanın anbarına təhvil verilib.

Baxış sayı: 1 613
Bölməyə aid digər xəbərlər
Tarix: 22-08-2020 19:00 | Bölmə: Reportaj
Muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlər müdafiə təhlükəsizliyini tam təmin edib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvandakı ordu, birləşmə və hissələri mühüm təşkilatlanma və inkişaf yolu keçib, xidmət günün tələbləri səviyyəsində qurulub. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında da maddi-texniki baza xeyli gücləndirilib, sərhəd xidmətində geniş quruculuq işləri aparılıb, infrastruktur yenilənib, şəxsi heyətin peşəkarlığı artırılıb.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 22-də - "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının yaranmasının ildönümündə 8-ci Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib.

12-10-2026, 13:20
Şəhidin adını daşıyan "Sumqayıt-Xəzər" FK ilk start oyununda qalib gəldi-VİDEO+FOTOLAR
21-07-2026, 00:58
Sumqayıt Dövlət Texniki Kollecinin şəhid məzunu Saleh Nuriyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-07-2026, 18:09
Şəhid polis Ramil Şirinovun doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-06-2026, 16:18
"Ədəbi incilər" antologiyasının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
31-05-2026, 00:49
Şəhid XTQ giziri Şəhriyar Quliyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
26-05-2026, 17:34
Bu gün şəhid Rizavan Qayıbovun doğum günüdür-Sabaha-inamla.az
11-05-2026, 03:14
Şəhidlərin adı verilən sinifin açılışı-VİDEO+FOTOLAR
12-03-2026, 01:28
Şəhidin adı verilən sinifin açılışı oldu-VİDEO+FOTOLAR
20-02-2026, 09:27
Kəşfiyyatçı şəhid Tacəddin İsmayılzadənin xatirə gecəsi-VİDEO+FOTOLAR
9-02-2026, 23:24
Şəhid Asim Camalzadənin doğum günündən-VİDEO+FOTOLAR
26-01-2026, 23:54
Şəhid leytenant Balakişi Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
16-01-2026, 00:48
Şəhid Anar Qorçuyevin və Ramil Quluyevin doğum günündən-VİDEO+FOTOLAR
13-01-2026, 23:30
Şəhid general Polad Həşimovun doğum günündən-VİDEO+FOTOLAR
23-12-2025, 13:11
Şəhid atası Hacı Əhmədin Musiqi Kollecində dunya azerbaycanlılarının həmrəyliyi münasibətilə layihəsi-VİDEO+FOTOLAR
9-12-2025, 21:57
QHT 35 İllik yubileyini qeyd etdi-VİDEO+FOTOLAR
29-11-2025, 22:09
Şəhid Natiq Baxşalıyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 23:05
Şəhid Rəhman Məmmədovun anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 20:31
Şəhid Elgin Abbaslının anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 13:44
Şəhid Təbriz Alməmmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 12:42
Sumqayıtda şəhid Səbuhi Həsənquliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
3-11-2025, 22:19
Şəhid leytenant Ülvü Məhərrəmovun anım günündən-FOTO+VİDEOLAR
2-11-2025, 20:04
Şəhid kəşfiyyatçı mayor Taleh Kərimovun anım günündən-VİDEO+FOTOLAR
30-10-2025, 10:37
Sumqayıtda şəhidlik zirvəsinə ucalmış Akif Cabbarovun anım günü keçirilib-VİDEO+FOTOLAR
28-10-2025, 10:18
Deputat Zaur Şükürov şəhid Müşfiq Bəktiyevin anım günündə çıxış etdi-VİDEO+FOTOLAR
24-10-2025, 02:01
Şəhid Şəhriyar Quliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 23:05
Şəhid Ramil Quluyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 21:14
Şəhid Fərhad Fərhadlının anım günü keçirilib-VİDEO+FOTOLAR
20-10-2025, 09:21
Sumqayıtda şəhid Elmar Nəsibovun anım günündən-VİDEO+FOTOLAR
20-10-2025, 01:16
Sumqayıtda şəhid Elçin Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
17-10-2025, 20:51
Sumqayıtda şəhid Nadir Rzayevin anım günü keçirilib-VİDEO+fotolar
16-10-2025, 16:01
Sumqayıtda Rüfət Mustafayevin anım günü keçirilib-VİDEO+FOTOLAR
11-10-2025, 01:29
Sumqayıtda şəhid Abdulla Əhmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
9-10-2025, 12:55
Sumqayıtda şəhid Emil Əliyevin anım günündən-VİDEO+FOTOLAR
29-09-2025, 10:46
Sumqayıtda Anım Günü münasibətilə şəhidlərin xatirəsi yad edilib
25-07-2025, 17:49
Sumqayıt şəhərində Saleh Nuriyevin mövludundan-VİDEO+FOTOLAR
18-07-2025, 22:28
Sumqayıtın tarixi muzeyində mətbuatın 150 illik yubileyi ilə bağlı tədbir keçirilib-VİDEO+FOTOLAR
13-07-2025, 20:43
Sumqayıtda Tovuz döyüşləri və Qubadlı şəhidlərinin anım günü keçirilib
14-06-2025, 21:33
Milli qəhrəman Şükür Həmidovun oğlu məzun oldu-FOTOLAR
26-05-2025, 12:38
Sumqayıt şəhərində XTQ-nin giziri, "Qarabağ" ordenli şəhid Şəhriyar Quliyevin 35 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
23-05-2025, 00:23
Birinci Qarabağ müharibəsinin şəhidi Səyavuş Məmmədovun ildönümü keçirilib-VİDEO+FOTOLAR