Bütün xəbərlər
Muxtar respublikada yenidən qurulan və ya tikintisi başa çatdırılan obyektlərdə istilik xətləri yenilənib
Tarix: 22-08-2020 01:44 | Bölmə: Reportaj

Bu ilin ötən dövründə muxtar respublikada yenidən qurulması və ya tikintisi başa çatdırılmış obyektlərdə xarici və yeraltı istilik xətləri yenilənib, dam örtüklərinə izolyasiya qatı verilib, tüstü bacaları təmizlənib. Bu, binaların istilik təchizatı ilə təmin edilməsində qənaətə şərait yaradacaq.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan şəhərinin Heydər Əliyev prospektində 40, 64, “İstiqlal” küçəsində 89, 97, 125, 129, Zəroş Həmzəyeva küçəsində 117, Əliqulu Qəmküsar küçəsində 16 nömrəli yaşayış binalarının təmiri və ya yenidən qurulması zamanı qazanxanalardan binalara gedən xarici istilik xətləri yenilənib, istilik sistemləri tam saz vəziyyətə salınıb.





Baxış sayı: 637


Bölməyə aid digər xəbərlər