Bütün xəbərlər
Sədərək rayonunda biçilmiş taxıl sahələrində şum aparılır
Tarix: 17-08-2020 15:42 | Bölmə: Reportaj

Muxtar respublikanın Sədərək rayonunda torpaq mülkiyyətçiləri və fermerlər biçilmiş taxıl sahələrində torpaq şumunu sürətlə davam etdirirlər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, indiyədək 63 hektar sahədə şum qaldırılıb. Erkən şum edilmiş torpaqdakı müxtəlif zərərvericilər, bitki qalıqları və alaq toxumları günəş şüalarının təsirindən məhv olur. Həmçinin şumun vaxtında aparılması torpağı müəyyən qədər zənginləşdirir.
Rayonda taxıl əkini üçün yaradılmış toxum ehtiyatının səpindən qabaq dərmanlanması üçün lazım olan preparatlar da tədarük edilib. Sahələr əkin üçün hazırlanır.
Qeyd edək ki, Sədərək rayon taxılçıları cari ili yüksək göstəricilərlə başa vurublar. Gələcəkdə də məhsuldarlığın yüksək olması üçün indidən lazımi tədbirlər görülür.




Baxış sayı: 1 184


Bölməyə aid digər xəbərlər