Bütün xəbərlər
Muxtar respublikada miqrasiya proseslərinə nəzarət gücləndirilir
Tarix: 13-08-2020 12:25 | Bölmə: Reportaj

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər iyul ayında da davam etdirilib.
Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan 1 əcnəbi barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Ötən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 140 müraciət daxil olub. Onlardan 105-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi və yenidən rəsmiləşdirilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, müvəqqətiolma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.
Ötən ay olduğu yer üzrə qeydiyyatla bağlı 35 müraciət qeydə alınaraq icrası təmin olunub. Həmin müraciətlərdən 32-si elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib. Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılıb.




Baxış sayı: 1 305


Bölməyə aid digər xəbərlər