Bütün xəbərlər
Polis çimərliklərdə nəzarət-profilaktik tədbirlər keçirir - Fotolar
Tarix: 08-08-2020 17:07 | Bölmə: Reportaj

                   Polis çimərliklərdə nəzarət-profilaktik tədbirlər keçirir


Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən avqustun 5-dən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində çimərliklərin istifadəsinə icazə verilib. 
Bakı şəhər BPİ Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, bununla əlaqədar polis və Daxil Qoşunların hərbi qulluqçularından ibarət naryad qrupları tərəfindən paytaxtın rayonlarındakı bütün çimərliklərdə, istirahət mərkəzlərində nəzarət-profilaktik  tədbirlər həyata keçirir. 
Karantin şəraitinə uyğun olaraq, çimərliklərdə işarələnmə, nişanlanma və  sosial məsafə ilə bağlı məhdudlaşdırmaya əməl olunması qaydalara nəzarət olunur. 
DİN əməkdaşları və digər dövlət nümayəndələri tərəfindən sosial məsafə gözlənilməklə və COVID-19 pandemiyası dövründə təhlükəsizlik qaydaları nəzərə alınmaqla bütün zəruri tədbirlər icra olunmaqdadır. Vətəndaşlar tərəfindən daxil olan bütün müraciətlərə çevik və operativ reaksiya verilməklə, istirahət edənlərə özünü ə ailə üzvlərini pandemiyadan qorumaq üçün mövcud sanitar-epidemioloji tələblər izah olunur. 
Nəzarət-profilaktiki tədbirlər davam etdirilir.








Baxış sayı: 524


Bölməyə aid digər xəbərlər