Bütün xəbərlər
DTX XİN-nin daha bir vəzifəli şəxsini SAXLADI
Tarix: 10-07-2020 16:54 | Bölmə: Reportaj

                   DTX XİN-nin daha bir vəzifəli şəxsiniSAXLADI


Azərbaycanın Türkiyədəki keçmiş səfiri, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
Unikal.org xəbər verir ki, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata Səbail Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrilyi ilə baxılacaq.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib. Onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Baxış sayı: 835


Bölməyə aid digər xəbərlər