Bütün xəbərlər
Azərbaycanın baş epidemioloqu İSTEFA VERDİ
Tarix: 08-07-2020 18:03 | Bölmə: Reportaj
          

İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən çıxıb.
Modern.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında İ. Ağayev özü məlumat verib.
O deyib ki, öz istəyi ilə ərizə yazaraq bu vəzifədən gedib:
“1976-cı ildən Azərbaycan Tibb Universitetində işləyirəm. 1992-ci ildən isə ATU-da professor, kafedra müdiriyəm. Həmçinin Əməkdar müəllim, Əməkdar elm xadimiyəm. 1991-ci il, ya da 1992-ci ildən ictimai əsaslarla baş epidemioloq oldum. İctimai əsaslarla işləyəndə heç kimə bunun müqabilində pul, maaş verilmir. Heç kim mənə heç nə deməyib. Sadəcə könüllü olaraq ərizə yazdım”.



Baxış sayı: 535


Bölməyə aid digər xəbərlər