Bütün xəbərlər
Prezident taxıl zəmisində olub - Foto
Tarix: 03-06-2020 18:21 | Bölmə: Reportaj

                  Prezident taxıl zəmisində olub


Azərbaycan Prezidenti İlham Əliyev iyunun 3-də Ağcabədi rayonunda səfərdə olub.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
***
Dövlət başçısı Ağcabədi rayonunun Hindarx qəsəbəsində fermer Nizami Hüseynovun əkin sahəsində taxıl biçininə başlanması mərasimində iştirak edib.
***
Bundan başqa, Ağcabədi rayonunda dənli bitki toxumlarının emalı zavodu istifadəyə verilib. İlham Əliyev tədbirdə iştirak edib. Kənd Təsərrüfatı naziri İnam Kərimov dövlət başçısına müəssisə barədə məlumat verib.
***
Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib. İlham Əliyev tədbirdə iştirak edib.









Baxış sayı: 402


Bölməyə aid digər xəbərlər