Bütün xəbərlər
"Azərkitab" Kitab Mərkəzində internet-viziual konfrans keçirildi
Tarix: 09-05-2020 21:57 | Bölmə: Reportaj
Bu gün "Azərkitab" Kitab Mərkəzinin, xüsusilə "Azərkitab"ın layihə rəhbəri Mirisrafil Sabir Həsənovun təşəbbüsü ilə Ümumilli Liderimiz Heydər Əliyev cənablarının anadan olmasının 97 illiyinə, "Azərkitab" Kitab Mərkəzinin 3 -cü ilinə və Böyük Vətən Müharibəsində qələbəmizin 75 illiyinə həsr edilmiş internet-viziual konfrans keçirildi. Konfransda ölkəmizin ziyalıları, Xalq yazıçısı Çingiz Abdullayev, Millət vəkili Jalə Əliyeva, Əməkdar jurnalist Qulu Məhərrəmli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, "Azərkitab"ın direktoru Misirxan Həsənov və Əməkdar artist Azad Şükürov iştirak etdilər. Yuxarıda qeyd etdiyimiz mövzular haqqında çox maraqlı məruzələr və çıxışlar dinlənildi. Şairə Nurəngiz Günün "Salamat ol, ağca yol" poemasından parçalar səsləndi. Şuşa şəhərinin işğalına aid, BVM-də qələbəmiz haqqında və Ümumilli Lider H.Əliyevin həyatından maraqlı videogörüntülər nümayiş etdirildi. İki saatdan artıq çəkən konfrans izləyicilərin böyük marağına səbəb oldu.
Sabaha-inamla.Az
Kamran Orucov





Baxış sayı: 751


Bölməyə aid digər xəbərlər