22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Natiq Cəfərlinin dairəsində 11 məntəqə ləğv edildi
Tarix: 23-02-2020 20:23 | Bölmə: Reportaj

                   Natiq Cəfərlinin dairəsində 11 məntəqə ləğv edildi

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən namizəd, “REAL”çı Natiq Cəfərlinin və "Müsavat"çı Elman Quliyevin şikayətinə baxılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, MSK sədri Məzahir Pənahov dünənki iclasdan öncə N.Cəfərlini gözlətdikləri üçün ona üzrxahlıq edib:
“Ona görə sizin borcunuzdan çıxmaq üçün dedim, bu gün sizi növbədənkənar qabağa salaq”.
Xatırladaq ki, dünən N.Cəfərli bir qədər gözlədikdən sonra ona şikayətinə sabahkı (bugünkü-red.) iclasda baxılacağı deyilib. N.Cəfərli şikayətində bildirib ki, həmin dairə üzrə bir neçə məntəqədə seçici fəallığı aşağı olsa da, səslər lider namizədin xeyrinə şişirdilib, həmin dairədə qeydiyyatda olmayan şəxslər səs verib və digər pozuntulara yol verilib. Şikayətçilər sözügedən dairə üzrə nəticələrin ləğv edilməsini tələb ediblər.
MSK üzvü bildirib ki, həmin dairə üzrə 23 protokoldan 11-də uyğunsuzluq qeydə alınıb.
MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, protokollardan birində məntəqə sədrinin imzası olmadığı üçün 22 protokol araşdırılıb. Komissiya üzvlərinin səsverməsi nəticəsində həmin dairə üzrə 6, 9, 10, 13,14, 23, 25, 27, 28, 29, 31 saylı məntəqələrin nəticələri etibarsız hesab edildiyi üçün ləğv olunub.
Həmin dairə üzrə lider YAP-ın namizədi Səbinə Xasayevadır. 



Baxış sayı: 560


Bölməyə aid digər xəbərlər