22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Rauf Arifoğlunun dairəsi də ləğv edildi
Tarix: 13-02-2020 17:21 | Bölmə: Reportaj

                Rauf Arifoğlunun dairəsi də ləğv edildi

Ümid Partiyasının səlahiyyətli nümayəndələri Mərkəzi Seçki Komissiyasına müraciət edib.
“Qafqazinfo xəbər verir ki, müraciətdə bildirilir ki, səsvermə prosesində DSK məntəqələrinin əksəriyyətində seçici fəallığı yüksək olmayıb, protokolların tərtib edilməsində ciddi qanun pozuntularına yol verilib. Seçicilərin sayı artıq göstərilib.
Protokollar partiya nümayəndələrinə verilməyib. MSK bununla bağlı sosial şəbəkələrdə yayılan görüntüləri araşdırıb. MSK tərəfindən 35 saylı seçki dairəsində quraşdırılmış 10 veb-kamera da araşdırılıb. MSK müəyyən edib ki, həqiqətən 35 saylı dairənin bütün məntəqələrində seçki qanunvericiliyinin tələbləri pozulub. Protokollar həmçinin verilməyib, eyni zamanda, onlarda uyğunsuzluq aşkarlanıb.
Beləliklə, MSK qərara alıb ki, 35 saylı seçki dairəsində bütün məntəqələrdə pozuntulara yol verilib və həmin dairədə seçkinin nəticələrini etibarsız hesab edib.
Qeyd edək ki, sözügedən dairədə MSK-nın nəticələrinə görə, lider namizəd tanınmış jurnalist Rauf Arifoğlu idi. 



Baxış sayı: 643


Bölməyə aid digər xəbərlər