Bütün xəbərlər
Deputatlığa namizəd Qorxmaz İbrahimli Binəqədi kəndində seçiciləri ilə görüşüb
Tarix: 25-01-2020 22:06 | Bölmə: Reportaj
Bu gün 10 saylı Binəqədi üçüncü seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Qorxmaz İbrahimli Binəqədi kəndində seçiciləri ilə görüşüb. Görüşdə ən diqqət çəkən məqamlardan biri də Qorxmaz İbrahimlinin azyaşlı dinləyicilərinə göstərdiyi diqqət və qayğı olub. Qorxmaz İbrahimli deputat seçiləcəyi təqdirdə uşaqların xoşbəxt gələcəyi naminə çalışacağını və bu missiyasının onun mühim vəzifələrindən biri olacağını səsləndirib.
O, həmçinin uşaqların müstəqil Azərbaycanın gələcəkdə layiqli vətəndaşı olacaqlarına inandığını və bu yolda əlindən gələni əsirgəməyəcəyini diqqətə çatdırıb.
Qorxmaz İbrahimli sonda uşaqlarla xatirə şəkilləri çəkdirib.
Sabaha-inamla.Az



Baxış sayı: 642


Bölməyə aid digər xəbərlər