22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Deputatlığa namizəd Mehriban Paşayeva qarlı havada Lerikin 4 kəndin sakinləri ilə görüşüb
Tarix: 25-01-2020 21:11 | Bölmə: Reportaj
Deputatlığa namizəd Lerikdə qarlı havada 4 kəndin sakinləri ilə görüşüb 78 saylı Lerik seçki dairəsindən deputatlığa namizədliyini verən Mehriban Paşayeva təbliğat kampaniyası çərçivəsində seçicilərlə görüşünü davam etdirir. Hər bir seçicisini fərdi qaydada dinləyən, problemini öyrənməyə çalışan namizəd yanvarın 23-dən müəyyən edilmiş proqrama uyğun olaraq Blaband, Qosmalyan, Mondigah və Kələxan kəndlərinin seçiciləri ilə görüşüb. Qeyd edək ki, bu kəndlərin seçiciləri bütün seçkilərdə aktiv olublar. İmzatoplama kampaniyası zamanı da 4 kəndin sakinlərindən böyük diqqət, etimad göstəriblər. Eyni əhvali-ruhiyyə ilə 4 kənddə görüşlərə yekun vurulub. Bütün görüşlərdə sakinləri parlament seçkilərində yaxından iştirak etməyə çağıran deputatlığa namizəd Mehriban Paşayeva bütün seçkilərdə vətəndaşların fəal iştirakını onların Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə verdikləri dəyərli töhfə kimi qiymətləndirib: "Xalqın səsi çox önəmlidir. Əziz Leriklilər, mən sizlərə inanıb bu yola çıxmışam. Sizlər mənim istinad yerim, güc mənbəyimsiniz". Mehriban Paşayeva kənd sakinlərinə qarlı havada onunla görüşə gəldikləri və xoş münasibət göstərdikləri üçün dərin təşəkkürünü bildirib: "Böyük ruh yüksəkliyi ilə seçicilərimlə görüşlərim davam edir. Səmimi görüşdən məmnun qalan
sakinlərə platformam barədə məlumat verdim. Qarlı havada mənimlə görüşə gələn kənd sakinlərinə mənə dəstək olduqları üçün təşəkkür edirəm".






Baxış sayı: 1 802


Bölməyə aid digər xəbərlər