22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Sumqayıt Tələbələri” İctimai Birliyinin “Tələbər arasında “Polyup” ilə hesablama təfəkkürünü inkişaf etdirək” layihəsinə yekun vuruldu
Tarix: 17-12-2019 17:21 | Bölmə: Reportaj
14 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatı dəstəyi ilə “Sumqayıt Tələbələri” İctimai Birliyi tərəfindən Sumqayıt şəhər Gənclər evində “Tələbər arasında “Polyup” ilə hesablama təfəkkürünü inkişaf etdirək” layihəsi çərçivəsində təlim keçirilmişdir. Təlimdə Sumqayıt şəhərində yerləşən ali, orta ixtisas, peşə təhsil müəssisələrinin tələbələri və ümumtəhsil müəssilərinin şagirdləri iştirak etmişdir. Təlim ekspert, təlimçi Ramil Süleymanov tərəfindən kerilmişdir, təlimdə robot texnologiyalarının tətbiqi, “Polyup” ilə hesablama təfəkkürünü inkişaf etdirilməsi metodları barədə interaktiv müzakirələr və qrup işləri həyata keçirilmişdir. Layihənin məqsədləri - şagirdlər və tələbələr arasında hesablama düşüncəsini inkişaf etdirmək, real həyatda problemlərin səmərəli üsullarla həllinə yönəlmiş oyun tipli təhsil platformasında şagirdlərə öz bilik və bacarıqlarını kəşf etməyə imkan yaratmaq idi. Üç ay müddətində davam edən layihədə ümumilikdə 140 nəfər gənc iştirak etmişdir.



Baxış sayı: 689


Bölməyə aid digər xəbərlər