22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Sumqayıtda 9 noyabr – Dövlət Bayrağı Günü” münasibəti ilə “Bayraqdar” intellektual oyunu keçirildi
Tarix: 09-11-2019 03:12 | Bölmə: Reportaj

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Heydər Əliyev Parkında  9 noyabr- Dövlət Bayrağı Günü” münasibəti ilə “Bayraqdar” intellektual oyunu keçirildi. Oyunun keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaq, komanda ilə işləmək bacarığını artırmaq, eləcədə asudə vaxtlarını  səmərəli təşkili olmuşdur. Yarışmada şəhərin müxtəlif sahələrini təmsil edən gənclərdənibarət 5 komanda,  hərbirində 8 nəfər olmaqla ümumilikdə 40 nəfər iştirak etmişdir. Komandaların üzvlərinin üzlərində faceartlar Azərbaycan Respublikasının bayrağını əks etdirmişdir.
Yarışmada  mərkəzi meydan olaraq komandaların toplaşma yeri  Heydər  Əliyev Mərkəzinin qarşısı nəzərdə tutulmuşdu. Yarışmaya start verilməzdən öncə komanda üzvlərinə oyunun qaydaları izah edilmişdir.
Gərgin və maraqlı keçən oyunun sonunda I yeri Sumqayıt Gənclər Klubunun “Zirvə” komandası, II yeri Sumqayıt regional “ASAN xidmət” mərkəzinin “Mübariz” komandası və III yeri Sumqayıt Dövlət Texniki Kollecinin “Troya" komandasıtutmuşdur.
Qalib komandalar Baş İdarənin fəxri fərmanı və medalları ilə təltif edilmişdir.
Sabaha-inamla.Az







Baxış sayı: 705


Bölməyə aid digər xəbərlər