21:57 / 23-11-2024
"Bloomberg": Mask yenə planetin ən zəngin adamıdır
21:36 / 23-11-2024
Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu bəyanat yayıb
21:30 / 23-11-2024
Xumar Qədimovanın yeni “Ay”ı... - Video
21:26 / 23-11-2024
Litvada 2,5 mindən çox NATO əsgəri yerləşdirilib
21:17 / 23-11-2024
Karine Jean-Pierre G20 sammitində rusiyalı jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib
20:59 / 23-11-2024
"Yle": Finnair pilotların tətili səbəbindən təxminən 300 uçuşu ləğv etdi
20:54 / 23-11-2024
Zalujnı hesab edir ki, Rusiya Silahlı Qüvvələri 2027-ci ildə cəbhəni yarıb keçəcək
20:46 / 23-11-2024
Qaz partlayışı nəticəsində bir nəfər xəsarət alıb
20:43 / 23-11-2024
Putin miqrantların sənədlərinin saxtalaşdırılmasına görə 60 milyon rubla qədər cərimələr haqqında qanun imzalayıb
20:34 / 23-11-2024
Fransanın xarici işlər naziri Borro: "Ukraynanın Rusiya Federasiyasına SCALP raketləri atmaq hüququ var"
20:28 / 23-11-2024
HƏMAS bildirir ki, Qəzzanın şimalında israilli girov ölüb
20:23 / 23-11-2024
Zaxarova: "Paris Kiyevi dəstəkləmir, amma bitirir"
20:20 / 23-11-2024
Bir nəfər yaşıl metro xəttinin üzərinə yıxılıb
20:17 / 23-11-2024
Zelenski: Ukraynada 300-dən çox liman infrastrukturu obyekti zədələnib
20:11 / 23-11-2024
Bir qrup şəxs təltif olundu - Siyahı
20:07 / 23-11-2024
Prezidentdən elektrik enerjisi və su təchizatı ilə bağlı - Fərman
19:59 / 23-11-2024
Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
14:20 / 23-11-2024
Rusiyanın Qırğızıstandakı səfiri əmək miqrasiyası məsələsini kəskin, lakin çox vacib adlandırıb
14:16 / 23-11-2024
Abxaziya İttifaq dövlətinin vahid valyutasının sınaqdan keçirilməsini təklif edib
14:13 / 23-11-2024
"Yabloko" Şlosberqin saxlanmasının səbəbini açıqlayıb
14:08 / 23-11-2024
Peskov: "Qərbdə söz azadlığı yoxdur, son illərin hadisələri bunu göstərir"
14:03 / 23-11-2024
Ovçu silahını boşaldarkən ovçuya atəş açıb
13:57 / 23-11-2024
Həkimlər bir yeniyetmənin sidik kisəsindən 46 maqnit top çıxarıblar
13:52 / 23-11-2024
"Qazprombank" UnionPay kartlarının Türkiyədə qəbulu dayandırılıb
13:46 / 23-11-2024
Bastrıkin qızın döyülməsindən sonra cinayət işinin açılmasını əmr edib
13:40 / 23-11-2024
Qırğızıstan-Rusiya Slavyan Universiteti 15 min nəfərlik kampus tikəcək
13:37 / 23-11-2024
"Bloomberg": Avropa növbəti enerji böhranı ilə üz-üzədir, qazın qiyməti 45% artıb
13:02 / 23-11-2024
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
22:33 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
22:20 / 22-11-2024
İsrailli nazir Bakıda Aqarunovun məzarını ziyarət etdi - Fotolar
21:58 / 22-11-2024
Laosda 6 turist metanoldan zəhərlənib
21:26 / 22-11-2024
Putin: "Oreşnik zərbəsinin təsiri strateji silahla müqayisə oluna bilər"
21:01 / 22-11-2024
Zaxarova amerikalı senatorun Hollandiyanı işğal etmək çağırışına cavab verib
20:44 / 22-11-2024
Livanın cənubundakı UNIFIL bazasına raket zərbələri endirilib, nəticədə dörd italyan sülhməramlısı yaralanıb
20:28 / 22-11-2024
"Guardian": Rusiyanın yeni "Oreşnik" raketi Avropadakı hədəflərə çata bilər
20:23 / 22-11-2024
Vladimirdə kütləvi davanın 4 iştirakçısı həbs edilib
20:13 / 22-11-2024
Bir şagirdin telefonu dərs zamanı yanıb
Rektor: “Hər bir telekanalın imici onun rəhbərinin imicidir”
Tarix: 01-07-2019 18:54 | Bölmə: Müsahibə
Faiq Hüsiyev: “Biz seçdiyimiz tələbələrin hamısını işlə təmin edə bilmərik”
“Azərbaycan Televiziya və Radio verilişləri” QSC-nin nəzdindəki Televiziya və Rradio Akademiyasının məzunlarının buraxılış mərasimi keçirilib.
Tədbirdə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC sədrinin səlahiyyətlərini yerinə yetirən Rövşən Məmmədov, Akademiyanın rektoru Faiq Hüsiyev, müəllimlər və məzunlar iştirak ediblər.
Faiq Hüsiyev bildirib ki, müsabiqə nəticəsində 81 dinləyici seçilsə də, tədris müddətində (29 aprel-28 iyun) dərslərdə iştirak etmədiyinə görə 2 nəfər kursdan kənarlaşdırılıb. Odur ki, məzun adına 79 nəfər layiq görülüb. Onlar aparıcı (15 nəfər), müxbir-redaktor (25 nəfər), TV rejissoru (16 nəfər), səs rejissoru (1 nəfər), operator (22 nəfər) peşələri üzrə sertifikata layiq görülüblər. Rektor qeyd edib ki, tədris prosesinə Azərbaycan Televiziyasının və Radiosunun ustad və peşəkar diktorları, rejissorları, redaktorları, jurnalistləri, operatorları, eləcə də Akademiyanın müəllimləri cəlb olunublar. İyunun 3-dən 28-dək isə tələbələrin müxtəlif redaksiyalarda və studiyalarda təcrübə keçdikləri bildirilib.
Modern.az saytı Akademiyanın rektoru, əməkdar jurnalist Faiq Hüsiyevlə müsahibəni təqdim edir.
- Faiq müəllim, elanlarda qeyd olunmuşdu ki, Akademiyada təhsil alan tələbələrin bəziləri işlə təmin olunacaq. Akademiyada tələbələrin hazırlanıb, daha sonra işə qəbulu ümumilikdə telekanala nə qazandıracaq?
- Biz düşünürük ki, Azərbaycan Televiziyasının kadr təminatı, kadr balansı Teleradio Akademiyasının hesabına formalaşacaq. Biz burada tələbələrimizi öyrədəcəyik və bəzilərini, yəni ən istedadlılarını Azərbaycan Televiziyası üçün kadr olaraq işə götürəcəyik. Yəni burada təhsil alan tələbə ondan nə tələb olunacağını və imkanlarının bizə uyğun olub -olmadığını müəyyən etməyi bacaracaq. Adətən kənardan gələn içilər və tələbələr TV mühitinə uyğunlaşa bilmirlər və bu, həm rəhbərlik üçün, həm də insanın özü üçün çətinlik yaradır. Akademiyanın üstünlüyü ondan ibarətdir ki, tədrisin ikinci ayında tələbələr televiziyada praktikaya qatılaraq, işin müəyyən bir qismini mənimsəməyə çalışırlar. Bu zaman həm rəhbər qurumlar, həm də tələbələrin özləri işə yararlı olub-olmadıqlarını anlayırlar. Artıq bizdə tədris prosesi bitdi. Tələbələrin az bir qismi televiziyada işlə təmin olunacaq.
Bildiyimiz kimi, televiziyada iş imkanları sonsuz deyildir və biz tələbələrin hamısını işlə təmin edə bilmərik. Mən düşünürəm ki, kursumuzun məzunları arasında çox istedadlı tələbələrimiz var. Ümumiyyətlə, televiziya elə mühitdir ki, burada yaradıcı və daim axtarışda olan insanlar çox olmalıdır. Həmçinin də biliyi, qabiliyyəti və müsbət insani keyfiyyətləri yüksək olan insanlar.
Televiziyaya eyni zamanda, kollektivlə işləməyi bacaran insanlar üz tutmalıdırlar. Məsələn, elə insanlar var ki, öz fərdi keyfiyyətlərini hər şeydən üstün tuturlar və kollektivin ümumi ab-havasına uyğunlaşa bilmirlər. Bu tipli insanlar həm televiziya, həm də özləri üçün problem yaratmış olurlar.
- İki aylıq kurslar müddətində siz həm tələbələrin Akademiyaya qəbul, həm də təhsili müddətində yaxından iştirak etdiniz. Jurnalistika və redaktor dərslərində müəllim kimi çalışdınız. Bu zaman tələbələrin imkanları və probləmləri ilə yaxından tanış ola bildiniz. Bəs məzunlarınızın işə qəbulu hansı mərhələlərdə aparılacaq? Seçilən tələbələri rektor olaraq siz, yoxsa qrup müəllimləri rəhbərliyə təqdim edəcək?
- Biz bu prosesi kifayət qədər mütərəqqi və demokratik bir proses etmişik. İşə qəbul prosesində müəllimlərin və tələbələrin praktika keçdikləri redaksiyaların rəhbər şəxslərinin fikirləri bizim üçün əsas götürüləcək. Əgər o şəxslər təşəbbüs göstərərək çıxış edəcəklərsə, biz də təqdimat yazaraq, həmin tələbələrin adlarını rəhbərliyə təqdim edəcəyik. Seçilən tələbələrimiz bir ay müddətində praktikaya dəvət olunacaqlar və bundan sonra onlarla bağlı qəti qərar veriləcək. Televiziya çox unikal bir sahədir. Televiziya jurnalistikası təbii ki, öz çəkisi ilə yazılı KİV və s. sahələrdə olan jurnalistikadan xeyli fərqlənir. Ola bilər ki, bu, bir az konservativ yanaşma olsun və ümüd edirəm ki, digər sahədə olan jurnalistlərimiz bu sözümə görə məndən inciməzlər. Çünki televiziya ən kütləvi informasiya vasitəsidir. Ən kütləvi informasiya vasitəsində çalışan jurnalistlərimiz ən nümunəvi, ən intellektual və ən savadlı olmalıdırlar.
730 nəfər Teleradio Akademiyasına qəbul üçün CV göndərmişdi və biz onların arasından 530 nəfəri müsahibəyə dəvət etdik. On gündən yuxarı müddət ərzində uşaqlarla söhbətlərimiz oldu. Buraya seçilən gənclər üç mərhələnin sonunda seçilənlər oldu. Bugün sertifikat alan 80 tələbəmiz ümumi olaraq seçilmiş tələbələrdir.
On ilə yaxındır ki, Akademiyamız fəaliyyətdədir. Bu il ilk dəfə olaraq Akademiyamıza kənardan tələbələr qəbul olundu. Bu illər ərzində Akademiyada Azərbaycan Televiziyasında hansı sahədə boşluq və ya zəiflik vardısa, işçilərimiz üçün o sahədə xüsusi proqramlar əsasında dərslər təşkil olunurdu. Eyni zamanda, işçilərimiz üçün ödənişsiz olaraq dil kursları keçirilirdi. Akademiyamız bu müddət ərzində ödənişsiz olaraq fəaliyyət göstərirdi. Heç bir tələbədən tədris prosesi ərzində ödəniş alınmadı.
- Bəs gələcəkdə necə, Akademiya yenə də öz ənənəsinə sadiq qalaraq, ödənişsiz fəaliyyət göstərəcək?
- Müəyyən dərslərimiz var ki, ödənişsiz tədris olunacaq. Lakin ödənişli olaraq da, bəzi dərslərin keçirilməsi nəzərdə tutulur. O kursların keçirilməsində biz xarici ölkələrdən mütəxəsislər dəvət edəcəyiksə, təbii ki dərslər ödənişli olacaq. Məsələn, yeni montaj texnologiyaları əsasında keçiriləcək videomontaj kurslarımız ödənişli olacaq. Bu sahədə yeni və keyfiyyətli texnologiyaların alınması və eyni zamanda, o texnologiya ilə işləyə bilən, xaricdən dəvət olunmuş müəllimlərin Akademiyamıza dəvəti planlaşdırılır. Burada təhsil alan tələbələr o proqramlarda işləməyi bildikdən sonra asanlıqla iş tapacaqlar.
Akademiyamızda tədris prosesi təkcə biliyin ötürülməsi ilə bağlı deyil. Eyni zamanda, mərhələli olaraq müəllimlər və digər yoldaşlarla ünsiyyət prosesidir və dünya praktikasına yaxından baş vurmaqdır. Biz kurslara ümumilikdə 100 nəfər dəvət etmişdik və onların 20-si tədris müddəti ərzində müxtəlif səbəblərdən (davamiyyət və s.) kursdan uzaqlaşdırıldı. Dinləyicinin bizim üçün ən mühüm əhəmiyyət kəsb edən keyfiyyəti onun fərdi məsuliyyətidir. Əgər bir insanda fərdi məsuliyyət yoxdursa, o heç bir sahədə yaxşı mütəxəsis ola bilməz. İnsan eyni zamanda, özünü tərbiyələndirmək prosesi ilə də məşğul olmalıdır. Əgər hər bir insan öz üzərində çalışırsa, gələcəkdə yaxşı bir mütəxəsis kimi özünü cəmiyyətə təqdim edə bilər.
- Uzun illər televiziyada fəaliyyət göstərən bir jurnalist kimi Akademiyada təhsil alan jurnalistlərə tövsiyələriniz nə oldu?
- Hər bir jurnalist öncə şəxsiyyət olmağı bacarmalıdır. Bu gün mətbuatımızda senzuranın olmaması çox unikal və nadir bir şeydir və biz bundan maksimum istifadə etməyi bacarmalıyıq. Senzor hər bir jurnalistin içində olmalıdır və o, öz içində müəyyən etməlidir ki, nəyi efirə vermək olar və nəyi olmaz. Mütləq qaydada hər bir jurnalist özünü formalaşdırmağı bacarmalıdır və ilk növbədə nəzərə almalıdır ki, hazırlayacağı materialı oxuyanlar arasında onun ailə üzvləri və övladları da var. Həm oxucu, həm tamaşaçı, həm də ailəsi qarşısında məsuliyyət hissi duymalıdır.Jurnalist cəmiyyətdə tərbiyələndirici bir insan olmalıdır.
- Son dövrlərdə tərbiyəvi materiallara telekanallarımız arasında demək olar ki, yalnız Azərbaycan Televiziyasında rast gəlinir. Bu barədə fikirlərinizi öyrənmək maraqlı olardı...
- Ümumiyyətlə, televiziya jurnalistikasında bir varislik halqası var idi. Mən çox təəssüf edirəm ki, bu gün həmin halqa qırılıb. 1956-cı ildə Azərbaycan Televiziyası yarandıqda, digər telekanallar yox idi. Lakin 1990-cı illərdə Azərbaycan müstəqillik qazandıqdan sonra bir neçə telekanal fəaliyyətə başladı. Varislik halqasının qırılması çox ciddi problemlərə yol açır...
Bəzi telekanallarda çox ucuz məzmunlu, ancaq reytinqə hesablanmış verilişlər ortaya çıxır. Mən düşünürəm ki, bu tipli verilişlər ciddi təhlükə mənbəyidir. Bədii auditoriyanın zövqünü bu cür korlamaq olmaz. Jurnalistikanın əsas özülləri məlumatlandırmaq, maarifləndirmək və əyləndirməkdir. Təəssüflər olsun ki, bu gün elə telekanallarımız var ki, onların korparativ siyasətində ancaq əyləndirmək dayanır. Təbii ki, tamaşaçı ekran qarşısında əylənməlidir. Amma bu o demək deyil ki, tamaşaçı ancaq əylənərək, vaxt itirməlidir. Əyləncə yalnız demək və gülməkdən ibarət deyil. Əyləncə eyni zamanda, bədii zövqü formalaşdıra biləcək tamaşa və yaxud film izləməkdir. Əyləncəyə yanaşma tərzi də, fərqli olmalıdır. Məsələn, Amerikanın özündə “infoteymnt” deyilən bir janr var. Bu janrda informasiyanın özünü də əyləncəli şəkildə çatdırırlar. Əgər tamaşaçı ekran qarşısında əyləşdikdə heç nə öyrənə bilmirsə, bu, həmin telekanalın korporativ siyasətinin sıfıra bərabər olması deməkdir. Əgər sən auditoriyanı öz qarşında saxlayırsansa, ona mütləq şəkildə nə isə öyrətməlisən. Məsələn, öyrətməlisən ki, insanla rəftarda necə olmaq lazımdır və s. Həmçinin, televiziya cəmiyyətlə iqtidar arasında bir bufer rolunu oynayır. Bu çox önəmli məsələdir. Televiziyanın korporativ siyasəti sosial sorğular əsasında və ya siyasi sorğular əsasında formalaşır. Yəni öz-özündən korporativ siyasət formalaşa bilməz. Bu faktdır ki, televiziyanın rəhbər şıxsləri həmin siyasətin birbaşa yönəlməsində çox böyük rol oynayırlar. Telekanalın yaxşı və ya pis olması, sırf onların da istedadından asılıdır. Hər bir telekanalın imici onun rəhbərinin imicidir. Bu çox önəmli məsələdir. Mən düşünürəm ki, kənardan kadrlar cəlb etmək məqsədilə atılan addımlar, bugünkü rəhbərliyin ən uğurlu addımlarından biridir. Ola bilər ki, axtardığımız ideyaları biz kənardan götürək. Hər bir sturuktur üçün bu kifayət qədər normal bir haldır. Təbabətdə belə bir ifadə var: yeni qan lazımdır. Əgər həyat özü və fəsillər dəyişirsə, niyə də televiziya dəyişməsin? Televiziya cəmiyyətin bir güzgüsüdür və cəmiyyətin güzgüsü də, cəmiyyətə uyğun olaraq dəyişməlidir.
- Bildiyimiz qədər Akademiyaya qəbul olunanlar arasında qeyri-ixtisas təhsilli və televiziya mühitindən xeyli uzaq tələbələr də var idi. Akademiyanın müəllimləri isə uzun illər televiziyada çalışan insanlardır. Məhz belə tələbələrlə müəllimlər arasında anlaşılmazlıqlar olurdumu?
- Mən bu iki ay ərzində belə problemlə qarşılaşmamışam. Düşünürəm ki, əgər Akademiyamızda bu tip hallar olsaydı, mənim mütləq şəkildə bundan xəbərim olardı. Müəllimlərin isə pedaqoji təhsilinin, yəni əvvəllər müəllimlik fəaliyyətinin olması bizim üçün mütləq deyildi. Onlar uzun illər televiziyada çalışmış peşəkar kadrlar idilər. Ümumiyyətlə, Televiziya və Radio Akademiyası ali təhsil müəssisəsi deyildi. Kadrların ixtisas artırması ilə məşğul olan bir müəssisədir. Bizə daha çox maraqlıdır ki, burada dərs deyən kadrların bilik və bacarıqları çox olsun və onlar öz bilik və bacarıqlarını ötürməyi bacarsınlar. Klassik təhsil və tədris sistemi bizdə olmayıb. Dərs deyən müəllimlər arasından üç nəfər filologiya üzrə fəlsəfə doktorudur. Müəllimlər arasında 30-35 il televiziyada çalışan insanlar var. Bu qədər təcrübəli insanların təcrübəsindən bəhrələnməmək olar? Biz mütləq onların təcrübələrini tətbiq etməliyik.
- Azərbaycan Televiziya və Radio Akademiyasını ölkə teleməkanında ilk hesab edə bilərik?
- Nəinki Azərbaycan televiziya məkanında, hətta sərhədyani ölkələrdə belə bu cür bir Akademiyanın olması ilkdir.
- Bəs qonşu dövlətlərdən, digər xarici ölkələrdən gələcəkdə Akademiyaya dinləyici qəbul etmək fikriniz var?
- Bəli. Maddi-texniki bazamızı yüksəltdikdən sonra digər dövlətlərdən də dinləyici qəbul etmək fikrindəyik.
- Baza olaraq Akademiyanın təchizat prosesi necədir? Tələbələr çəkiliş üçün lazım olan bütün avadanlıqla təmin olunurmu?
- Bəli.Akademiyamızın texniki bazası Azərbaycan Televiziyası nəzdində formalaşıb. Hazırda Akademiyamızda tələbələrə lazım olan bütün avadanlıqlar var. Çəkiliş üçün 4 xüsusi videokameramız və bir əlavə red-kameramız var. Eyni zamanda, səs aparatları və montaj otaqlarına da sahibik.
- Akademiyanı bitirən tələbələr növbəti illərdə dərslərdə iştirak edə bilər?
- İkinci dəfə gələ bilərlər, amma inanmıram ki, biz onlara qeyri-adi nə isə öyrədək. Artıq onlar bütün baza proqramını keçdilər. Biz artıq yeni tələbələri götürməyin tərəfdarı olacağıq. Əgər tələbə bilmədiyi ixtisası mənimsəmək istəyirsə, yəni Akademiya nəzdində keçirilən başqa bir sahəni öyrənmək istəyirsə, artıq o tələbə qəbul mərhələlərini keçmədən birbaşa olaraq dərslərə qatılmaq imkanı qazanacaq. Bunun üçün tələbə Akademiyamıza müraciət edərək, bizdən aldığı sertifikatı təqdim etməlidir.
- Akademiyanın digər telekanallarla əlaqəsi necədir? İşçi qüvvəsi üçün sizin Akademiyaya müraciət ediblər?
- Bəli. Çox maraqlı bir nüansa toxundunuz. Gələcəkdə digər hər hansı bir kanaldan Akademiyamıza müraciət olunarsa, biz buranı bitirən tələbələrimizin işlə təmin olunması üçün digər telekanallara təqdim edəcəyik. O tələbələr ki, bizdə işlə təmin oluna bilməyiblər, biz onları digər kanallara yönləndirəcəyik. Həmçinin, o tələbələrlə bağlı lazım olarsa, digər televiziya kanallarına təqdimat da yazıb göndərə bilərik.
- Tələbələrin qəbulu prosesində ortaya qoyduğunuz yaş məhdudiyyəti nə ilə əlaqədardır?
- Jurnalistikada və ümumiyyətlə televiziyada yaş məhdudiyyəti çox önəmlidir. Televiziya gənc və çevik insanları çox sevir. Yəni bu sahədə olan insan hər zaman öyrənməli və öz üzərində işləməyi bacarmalıdır. Təbii ki, təhsil almağın heç bir məhdudiyyəti yoxdur. Amma televiziya fiziki cəhətdən işləmək üçün daha sağlam orqanizm və daha mükəmməl bir beyin tələb edir. İnsan həytının müəyyən mərhələsində öyrənir, daha sonra iş təcrübəsi qazanır və ən sonda öz bilik və bacarıqlarını öyrətməyə çalışır. Televiziyada elə incəliklər var ki, biz onları yaşlı insanlara öyrədə bilmərik.
- Akademiyanın rektoru olmaqla bərabər, həm də müəllim kimi də tədris prosesində iştirak edib gənc jurnalistlərimizin bilik və bacarıqları ilə tanış oldunuz. Peşəkar jurnalist kimi gənclərdə hansı müsbət və mənfi məqamlarla qarşılaşdınız?
- Tələbələrimiz öyrənməyə və özlərini inkişaf etdirməyə çox həvəsli idilər. Sadəcə, həvəslə kifayətlənmək olmaz. Mən tələbələrin intellektual səviyyələrini də yoxlamağa çalışdım. İntellekt zəifliyi deməzdim, sadəcə gənclərin müəyyən qədər dünyagörüşlərində məhdudluq var idi.
- Bəs bu hal sizə görə, nədən irəli gəlirdi?
- Deyərdim ki, informasiya yükünün bolluğundan irəli gəlir. Tələbələr informasiya yükünü mənimsəyir, lakin intellektual yükü mənimsəyə bilmirlər. Gənclər öz dünyagörüşlərini formalaşdırmaq üçün kifayət qədər çox oxumalı və zəngin mütaliəyə malik olmalıdırlar. Onun üçün ilk növbədə tələbələrimə mütaliə bacarıqlarını artırmağı tövsiyə etdim. Peşəkar bir jurnalist təkcə oxumaqla kifayətlənməyərək, yazmağı da bacarmalıdır. Yazmazdan öncə isə mütləq olaraq oxumaq lazımdır ki, kimlərdənsə bəhrələnərək, özünü inkişaf etdirməyi bacarasan. Jurnalistin mütləq olaraq, oxucu zövqü formalaşmalıdır. Hər bir jurnalist öz peşəsinə hörmətlə yanaşmalıdır. Peşə indeksinin toxunulmazlığını qorumağa çalışmalıdır. Ümumiyyətlə, peşə indeksi aşağı düşdükdən sonra, o sənətə hörmət də azalır.
- Akademiyanı bitirən tələbələrə nə arzu edərdiniz?
- Bütün tələbələrimizə gələcək fəaliyyətlərində uğurlar arzu edirəm. İlk növbədə isə özlərini şəxsiyyət kimi formalaşdırmağı bacarmaqlarını arzulayıram. Arzu edirəm ki, onların vətənə, millətə olan məhəbbətləri daim artsın. Bu, söz xatirinə olmasın. İnsan peşəkar ola və olmaya bilər, amma əsas odur ki, vətəni sevsinlər. İndiki zamanın ən böyük problemlərindən biri də şəxsiyyətsizlik problemidir. Eyni zamanda, gənclərimizə ədalətli olmağı arzu edirəm. İnsan öncə öz vicdanına, daha sonra isə cəmiyyətə qarşı ədalətli olmağa çalışmalıdır.
Baxış sayı: 814
Bölməyə aid digər xəbərlər

19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə
1-03-2023, 13:59
"Media ilə işgüzar əlaqələr qurmalıyıq” - Kamran Əliyev
5-02-2023, 12:16
“Bığ saxlamaq istəyirdim, yoldaşım icazə vermədi” - Video
3-02-2023, 11:54
Artur Beterbiev: "Nokautlar hakimlərin işini asanlaşdırır"
19-01-2023, 19:51
İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibə verib
24-12-2022, 13:32
Fiqurlu konkisürən Medvedeva: Xəyallarınızın adamı etibarlı, dürüst və yaxşı yumor hissi ilə olmalıdır
21-12-2022, 13:00
Psixoloq Ronaldonun Messini 2022 Dünya Kubokunu qazanması münasibətilə niyə təbrik etmədiyini izah etdi
7-12-2022, 22:33
Nyu-Yorkda polis işləyən azərbaycanlı qadın: “Ölkəm üçün hər zaman faydalı olmağa hazıram” - MÜSAHİBƏ + FOTO
4-12-2022, 22:36
Əsgərləri şəhid komandirlərinə ehsan veriblər-VİDEO+FOTOLAR
4-12-2022, 13:30
ABŞ İranla nüvə sazişini müzakirə etmək fikrində deyil
4-12-2022, 13:19
Sankt-Peterburq zavodu plandan artıq gülləkeçirməz jiletlər verir
9-11-2022, 20:21
Deputat Svetlana Jurova: "ABŞ seçkilərdən sonra Kiyevə faydalı olarsa, kömək etməyə davam edəcək"
1-11-2022, 19:28
ABŞ senatoru Baydenin "ən böyük günahını" diqqətə çatdırdı
27-10-2022, 02:45
David Namaniya: Biz Azərbaycanla bərpaolunan enerji sahəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik
13-10-2022, 23:47
“Onlardan topu almaq heç də asan deyildi” - “Olimpiakos”un baş məşqçisi
13-10-2022, 20:40
Abdul-Hamid Qafarov: “Azərbaycanı yüksək səviyyəli avtomobil yarışlarında təmsil etməkdən qürur duyardım”
9-10-2022, 20:21
“Daha hakimlərin işinə qarışmayacam” - Qurban Qurbanov
20-09-2022, 21:59
"Təhsildə ən ciddi problem müəllimlərlə bağlıdır"- Misir Mərdanov
15-09-2022, 09:45
“Ravil deyirdi ki, mən ya Milli Qəhrəman, ya da general olacam”