21:28 / 05-07-2026
Azərbaycanın sülh diplomatiyası
21:20 / 05-07-2026
2,5 milyon rubl dəyərində mal oğurlayıb yenidən satıb
21:16 / 05-07-2026
Politoloq Rusiya-ABŞ danışıqlarının sürətini Rusiyanın hərbi uğurları ilə əlaqələndirdi
21:13 / 05-07-2026
Filippot AB dəyərlərinin Ukrayna neonazistlərini dəstəkləməyə çevrildiyini bildirdi
21:10 / 05-07-2026
Paşinyan Ermənistan seçkilərindən sonra ilk dəfə Rusiyaya səfər edəcək
21:06 / 05-07-2026
Könüllülər itkin düşmüş qızlardan birinə məxsus terlik tapdılar
21:03 / 05-07-2026
Xameneinin oğulları mərhum İran lideri ilə vidalaşdılar
20:59 / 05-07-2026
Bir qızın qətlində şübhəli bilinən şəxs ölkədən qaçmağa cəhd edib
20:50 / 05-07-2026
Rusiya milli xokkey komandasının keçmiş kapitanı ABŞ-da ev almaq üçün ipoteka götürüb
19:02 / 05-07-2026
Ana öz oğlunu bıçaqlayıb
18:57 / 05-07-2026
Çoxmərtəbəli binada baş verən yanğında bir nəfər ölüb
18:54 / 05-07-2026
Lixaçev amerikalıları mikroreaktorlarının istifadəyə verilməsi münasibətilə təbrik etdi
18:52 / 05-07-2026
Zelenski yenidən Qərbdən "Patriot" tutucu raketləri tələb edir
18:48 / 05-07-2026
Kiyev Kostyantinivkada həlak olan Ukrayna Silahlı Qüvvələri əsgərlərinin cəsədlərini qaytarmaqdan imtina etdi
18:40 / 05-07-2026
Uşaq oğurluğu işi açılıb
18:34 / 05-07-2026
Ukrayna Dunayda Rusiya donanmasının peyda olması ilə Avropanı qorxudur
18:32 / 05-07-2026
Prezidentlik müddətini başa vurduqdan sonra Makron milyarder Nielin rəhbərliyi altında vəzifə tuta bilər
18:22 / 05-07-2026
Finlandiya piyada əleyhinə minalar almağa hazırlaşır
18:16 / 05-07-2026
Rutte NATO sammitində müzakirə olunacaq əsas məsələləri açıqladı
21:34 / 03-07-2026
“Dayı”ya hökm oxundu - 3 aya azadlığa çıxır
21:27 / 03-07-2026
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
21:15 / 03-07-2026
Araz Ağalarovun 27 yaşlı xanımı ilk dəfə danışdı - “Yoldaşım yun yorğana üstünlük verir”
21:08 / 03-07-2026
Azərbaycan nümayəndə heyəti Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - VİDEO+FOTO
20:36 / 03-07-2026
В последние годы цифровизация в Азербайджане последовательно развивается как одно из приоритетных направлений государственной политики-Конул Нуруллаева
20:34 / 03-07-2026
Nazirin müşavirinə yeni vəzifə verildi
20:14 / 03-07-2026
Azərbaycanda rəqəmsallaşma dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi şəkildə inkişaf etdirilir-Könül Nurullayeva
19:47 / 02-07-2026
Politoloq fon der Leyenin Ermənistana səfərinin əhəmiyyətini izah etdi
19:44 / 02-07-2026
Kuban yanacaq kanistrlərində satışını qadağan edə bilər
19:40 / 02-07-2026
Meksika şəhərinin meri dişi timsahla nişanlanıb
19:37 / 02-07-2026
Terror aktı planlaşdırdığına görə üç rusiyalı məhkum edilib
19:33 / 02-07-2026
Ermənistan prezidenti qəbul zalından Ararat dağının şəklini yığışdırıb
19:30 / 02-07-2026
Ermənistanın Baş naziri Əli Xameneinin dəfn mərasimində iştirak edəcək
18:05 / 02-07-2026
110 ton neft məhsulunun oğurlanması ilə bağlı cinayət işi açılıb
18:01 / 02-07-2026
İnzibati binada baş verən yanğını söndürürlər
17:59 / 02-07-2026
Vertolyot mühərrikinin nasazlığı səbəbindən hava limanına qayıdıb
17:56 / 02-07-2026
"Tagor" tankeri həbsdən azad ediləcək, sahibi 1 milyon avro cərimə olunacaq
Arif Quliyev: “Aylıq gəlirim 2 min manatdır, yalandan niyə şikayət etməliyəm?..” - MÜSAHİBƏ
Tarix: 11-06-2019 08:40 | Bölmə: Müsahibə

“Yaşar Nurininin ölüsü də bizdən zirvədədir”
““Lotu Quli”nin mənlə heç bir əlaqəsi yoxdur”
Xalq artisti Arif Quliyev Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik.
- Arif müəllim, əhvalınız necədir?
- Hər vaxtınız xeyir olsun. Mən əlayam. Baxmayaraq ki, hazırda teatrda işləmirəm, təqaüddəyəm, amma çox yaxşıyam. Mayın 16-da 69 yaşımı qeyd etdim. Vəziyyət əladır.
- Yeni film çəkilişlərinizdən nə danışa bilərsiniz?
- Son 4 il ərzində 10 dənə filmə çəkilmişəm. Hazırda isə “Ay yay yay” serialının çəkilişlərinə başlanılıb. Onlarla müqavilə bağladığıma görə işləyirəm.
- Aldığınız qonorar sizi qane edirmi ?
- Əlbəttə, qane edir.
- Nə qədər qonorar alırsız?
- Günümə 100 manat pul alıram.
- Arif Quliyev deyəndə insanların üzündə istər-istəməz gülüş yaranır...
- Bu, elə bir sənətdir ki, onu arzulamaqla, istəməklə deyil, bunu ancaq istedadla bacarmaq olar. Bizdə məsələn, Qara Qarayev bəstələri ilə, Səttar Bəhlulzadə rəsm əsərləri ilə, Zeynəb Xanlarova, Rəşid Behbudov səsi ilə dünyada məşhurdur. Bu şöhrəti ancaq istedadla əldə etmək olar. Mən bu sənəti özümdə hiss eləmişəm və demişəm ki, mən bu sahəyə gəlsəm, nə isə əldə edə bilərəm.
- Siz daha çox yumor ustası kimi tanınırsınız. Amma tamaşaçı düşünür ki, əsl aktyor bütün rolları ifa edə bilməlidir. Bəs siz niyə dramatik rolları canlandırmamısınız? Ümumiyyətlə, dramatik rol təklifi alsanız, bunu bacararsınızmı?
- Mərahim Fərzəlibəyovun rejisorluğu ilə çəkilmiş “Mənim ağ şəhərim” filmi var. Mənim orda qəmgin bir obrazım var. Bu iş ümumiyyətlə rejissor işidir. Rejissor rolları seçir və təxmin edir ki, rolun öhdəsindən kim gələ bilər. Düzü, mən ciddi obrazlar oynamamışam. Özümdə də hiss eləməmişəm ki, bu rolların öhdəsindən gələ bilərəm. Əslində biz komediya ustaları insanlara ciddi söhbətləri gülüşlə çatdırırıq. Məsələn, əliəyri, oğru insanları obraz olaraq, canlandırırıq ona yumor qatırıq və beləcə fikrimizi insanlara onları güldürərək çatdırırıq. Mən inana bilmirəm ki, insanları ağlatmağı bacarım.
--- Oynadığınız
-Oynadığınız hansı roldan daha çox xoşunuz gəlmir?
-“Xoşum gəlmir” deməyə ixtiyarım yoxdur. Çünki məsələn, belə deyək, 10 övlad da olsa, ata və ana onların hamısını eyni cür istəyir. Çünki ata-ana onları dünyaya gətirib, əziyyətini çəkiblər. Birini sevməmək söhbəti mümkün deyil. Mən də eyni ilə, bütün rollarımı sevirəm. Çünki mən onlara əziyyət çəkmişəm. Məsələn, Musiqili Komediya Teatrında “Durna” tamaşasında Dursun obrazını, “Gözün aydın”da Salyanskini, “Qaynana”da Əli, “Ev bizim, sirr bizim”də Tofiq, “Evlənmə”də Şiraki obrazını və s. oynamışam. Sadalamaqda məqsədim odur ki, biləsiniz ki, oynadığım rollar çoxdur və mən heç birini unutmamışam.
Bir dəfə “Təzə gəlin” əsərində Şərbətəli obrazını zəif oynamışdım. Qəzetdə də məni tənqid etdilər. Amma mənim üçün tənqid gözəl şeydi. Bəzi insanlar var ki, tənqidi qəbul edir, bəziləri isə yox.
Mən tənqidi qəbul etməsəydim, ortaya çıxa bilməzdim. Tənqid olunan insan özünə nəticə çıxarır.
- “Arif Quliyevin yumorunda düşündürücülük yoxdur, zarafatları olduqca bayağıdır” – belə düşününlər də var.
- Ola bilər. Hər aktyoru hamı sevə, hamı qəbul edə bilməz. Mən həmişə tənqidə açıq yanaşmışam. Və 10 barmağın 10-u da eyni ola bilməz. Ümumiyyətlə, bu sənətdə zirvə yoxdur. Hərənin öz zirvəsi var. Həsən Turabov bir zirvədir, Həsən Məmmədov bir zirvədir. Kamal Xudaverdiyev bir zirvədir, Yaşar Nuri bir zirvədir. Yəni heç kəs heç kəsdən üstün ola bilməz.
- Yaşar Nurininin xanımı Rəhimə Nuriyeva bizə müsahibəsində qeyd edib ki, Yaşar Nuri güldürsə də, özü gülən insan deyildi. Bildirdi ki, onu yalnız Arif Quliyev güldürürdü. Bu barədə nə deyə bilərsiniz?
- Bir dəfə sənət dostlarım xəstəxanaya getmişdilər. Xəstələri güldürüb, əhval-ruhiyyələrini düzəltmək üçün. Həkim bir az sonra deyib ki, bunlar əməliyyat olunublar, çox gülmək olmaz. Tikişləri partlayar. Yaşar Nuri ona deyib: “Biz indi gedirik, 1 saat sonra bura Arif Quliyev gələcək. Görün o xəstələrin tikişi qalacaq yerində ya yox”. (Gülür).
- Bəzi sənət dostlarınız olub ki, müxtəlif aslılıqlardan əziyyət çəkiblər. Məsələn, Yaşar Nuri, Səməndər Rzayev çox içki içən olub. Sizin belə vərdişləriniz olubmu?
-Sizə bir sirr verəcəyəm. Rəhmətlik Yaşar Nuri... O, həmişəyaşardır.
Bir dəfə də dedilər ki, Yaşar elə-Yaşar belə. Dedim ki, Yaşar Nurinin ölüsü də bizdən zirvədədir. Yəni indi içki içib, içməyib – məsələ bu deyil. Əsas odur ki, sənətkar olublar. Hər aktyorun öz gözəlliyi var. Amma mənim aləmimdə insan elə içməlidir ki, o, spirtli içkiyə qalib gələ bilsin. Əgər hiss edirsənsə ki, o, sənə qalib gəlir, deməli sən onun qarşısında acizsən. İçəndə həmişə cəmiyyəti düşünmək lazımdır. Ən çox da biz sənətkarlar düşünməliyik. Çünki həmişə göz qabağındayıq. Biz sənətkarları insanlar əllərinin içi kimi tanıyırlar. Ona görə də gərək biz yalan danışmayaq, bir adamın xətrinə dəyməyək, pis vərdişlərə yiyələnməyək. Çünki bu, böyük bir rezonansa çevirilir. Məsələn, Allah rəhmət eləsin Səməndərə. İndi bir-iki dəfə içib, görürsünüz, hələ də yadda qalıb. Mən sənətimə meyilli olmuşam. Sənətə iki cür meyillik var. Bəziləri sənətkar olmağı ona görə istəyir ki, məşhur olsunlar, tanınsınlar, xalq onları sevsin. Belələri özlərini sənətdə sevirlər. İkinci növ insanlar sənəti özlərində sevirlər. Sənəti özlərində sevən insanların adı fədaidir.

- Türk aktyor Kamal Sunalın filmlərində ictimai-siyasi mövzularda mesajlar var. Amma bəzi filmləri də var ki, bəyənilmir, sevilmir. Siz Kamal Sunalı bəyənirsinizmi?
- Mən Kamal Sunalın oynadığı rolları sevərək izləyirəm. Çünki dediyim kimi, gülüş bizim üçün silahdır. Kamal Sunal əgər dəyərsiz filmlərə çəkilsəydi xalq onu sevməzdi. Və o dövrdə senzura var idi, onun filmləri senzuradan keçə bilməzdi.
- Arif müəllim, senzura demişkən, əvvəlki Azərbaycan film və tamaşalarında vulqar ifadələrən istifadə olunmayıb. Lakin indi bir az daha fərqli üslub seçilib. Bundan əlavə elə əvvəlki dövrü götürsək, Kamal Sunal da vulqar ifadələrdən, söyüşdən istifadə edib. Bu sizdə necə təəssürat yaradır, söyüşlü komediyaları qəbul edirsinizmi?
- Hər şey yerində gözəldir. Amma Kamal Sunalın işlətdiyi ifadələrə gəlincə demək istəyirəm ki, o vaxt senzura var idi, demək ki, qəbul edilib ki, işlədib o ifadələri. Herakl deyib ki, hər şey dəyişir, hər şey yenilənir. Məişətdən götürsək, hər şeyə qatqı qatılıb - konfetə, şokolada, südə, qatığa və s. Yumor da belədir. Zaman keçdikcə yumora da qatqı qatılıb, əlavələr edilib.
İndiki aktyorlardan məni ən çox Rafael və Coşqun, Tahir və Cabir qardaşları güldürür. Onların yumorunda böyük hikmət var.
- Rafael və Coşqun, Tahir və Cabir qardaşlarını bəyəndiyinizi vurğuladınız. Sizcə onlar keçmiş sənətkarların yerini verə bilirlərmi, onları əvəz edə bilirlərmi?
- Yox, yox, qətiyyən. Heç kim heç kimin yerini verə bilməz. Yaşarın, Hacıbaba müəllimin yerini kim verə bilər?! Onları əvəz edə bilərlər sadəcə. Bəli, bu gün səhnəmiz boş deyil. Bu gün Nəsibə Zeynalova, Siyavuş Aslan yoxdur, amma teatr yenə var, camaat yenə gəlir. Bu gün burada Afaq xanım Bəşirqızı, İlham Namiq Kamal, Çingiz Əhmədov, Nadir Xasıyev və bir çoxları işləyir.
-Təbii ki, həyatda siz də kədərlənmisiniz. Həyatınızda gedən kədərli hadisələr gülməyinizə və güldürməyinizə mane olubmu?
- Xeyr. Ola bilməz. Allah rəhmət eləsin Əliağa Ağayevə. Bir dəfə gəlib tamaşaya. Deyiblər ki, anan rəhmətə gedib. O, həmin gün tamaşada insanları gülməkdən “öldürüb”. Amma ürəyində özü ağlayıb. Bizim ixtiyarımız yoxdur ki, öz kədərimizi qarşı tərəfə ötürək. Çünki tamaşaçı öz yorğunluğunu atmaq üçün gəlib tamaşaya.
- Bir oğlunuz rəhmətə gedib. Bəs o biri oğlunuz hazırda nə işlə məşğuldur?
- Mədəniyyət və İncəsənət Universitetini aktyorluq ixtisası üzrə oxuyub. İşsizdir sadəcə. Evdədir indi, işləmir. Amma işləyəcək inşallah.
- Ata olaraq oğlunuza iş axtarırsınızmı?
- Oğlum aktyorluğu oxusa da, bu sahəyə heç marağı yoxdur. Satira teatrında quruluşcu rejisor kimi işləyib, amma gərək adamın işinə həvəsi olsun.
- Arif müəllim, xalqın sevgisi, şan-şöhrət bir qırağa, maddi cəhətdən bu sənət sizə nə qazandırıb?
- Bir işə maddiyyat kimi baxırsansa, o iş sənə heç vaxt uğur qazandırmaz. Gərək sən işləyəsən, əziyyət çəkəsən. Sonra isə onun bəhrəsini görəsən. Mən də vaxtilə çox zəhmət çəkmişəm bu sahədə. İndi də hər şeydən razıyam.
- Bir neçə il əvvəl saytlara verdiyiniz müsahibənizdə maddi cəhətdən sıxıntılarınızın olduğunu qeyd etmişdiniz.
- Onu yalan yazıblar. Ona görə saytlara müsahibə verməyi sevmirəm. Mən Xalq artistiyəm, prezident təqaüdçüsüyəm. Aylıq gəlirim 2 min manatdır. Dolana bilirəmsə, mən yalandan niyə şikayət etməliyəm? Film və seriala da çəkilirəm, pulumu alıram.

- Yol polisi sizi saxlayanda hörmət edir?.
- Düzdür hörmət edirlər. Amma biz gərək səhv etməyək ki, insanlar “Polis Arifi məşhurdu deyə buraxdı” deməsinlər.
Bir gülməli əhvalatı danışım sizə: taksi var idi, yaxınlaşdım. Sürücü maşının şüşəsini endirib dedi ki, Arif müəllim, qabaq yerdə xalamın paltarları var, xəstəxanaya aparıram. Amma oturun sizi aparım. Mindim taksiyə, gedirik. Sürücü maşını sürə-sürə arxaya dönür deyir ki, “Arif müəllim bağışlayın arxası sizə tərəf oturmuşam, üzr istəyirəm”. Bir gözü qalıb arxada, tez-tez üzr istəyir. “Belə özümü çox pis hiss edirəm vallah” deyirdi. Yenə maşını sürə-sürə dönür deyir ki, “Arif müəllim, atam bilsə ki sizə arxamı çevirib oturmuşam, öldürəcək məni”. Dedim: “Yaxşı, özünü öldürmə. İndi ki belədi, sükanı götür gəl otur arxada yanımda”. (Gülür)
- Yaradıcılığınızın şah əsəri adlandırdığınız obrazınız hansıdır?
- Bayaq da qeyd etdiyim kimi, rollarıma əmək sərf etdiyim üçün hamısını ayrı-ayrılıqda sevirəm. Lakin mənim ən çox sevdiyim obrazım “Bəyin oğurlanması”nda Miriş obrazıdır.
-Bildiyimiz qədəri ilə “Bəyin oğurlanması” filminin ssenarisində siz olmamsınız, təsadüfən yer verilib filmdə sizə.
- Səməndər Rzayev dostum idi, Yaşar Nuriylə də yaxın idim deyə, film çəkilişləri olan yerə getdim. Gəldim gördüm ki, dağın ətəyində oturublar, somovar dəmləyib çay içirlər. Orda görkəmli sənətkarlarımız - Həsən Turabov, Ələsgər Məmmədoğlu, Eldəniz Zeynalov, Muxtar Manıyev, Mirzə Babayev, İlham Namiq Kamal da var idi. Mövlud Süleymanlı da orda idi. Mənə dedi ki, elə gəl səni də əlavə edək ssenariyə. Adımı da Miriş qoydular.
- Arif müəllim, xanımınızla münasibətiniz necədi?
- Çox yaxşı. 1977-ci ildən ailə qurmuşuq. Ümumiyyətlə ailədə qarşılıqlı hörmət olmasa ailə uzunömürlü olmaz. Sevib seçmisənsə, niyə də hörmət etməyəsən... Şükür Allaha ki, uzun illərdir birlikdəyik. Mən elə təsəvvür edirəm ki, həyat yoldaşı yaxşı olanda, işlər də yaxşı olur.
- Sizə gələn bütün rol təkliflərini qəbul etmisiniz ya bəzilərində seçici olmusunuz?
- Mən hamısını qəbul edirəm. Seçici deyəndə ki, rejisor obrazı sənə uyğun bilirsə və sən imtina edirsənsə, artıq o sənin zəifliyindir.
- Hazırda türk seriallarına maraq daha çoxdu, nəinki Azərbaycan seriallarına. Sizcə bunun səbəbi nədir?
- “Bəyin oğurlanması”nda hava bürosunu yoxlayan kişi var idi. Ondan filmlərlə bağlı nəsə soruşanda deyir ki, “elə çəkin ki, sizin də filmlərə baxsınlar”. Əslində seriallar da bizdə təzə-təzə çəkilir, tənqid etmək də istəmirəm.
- Məişət işlərindən nələri bacarırsınız?
- Mən bütün işləri bacarıram. Təmizlik, paltar yumaq, yemək bişirmək və s. Əslində insan bütün işləri bacarmalıdır. Amma məndə bu internat məktəbində oxumağımla əlaqədardır.
- Sonunçu sualımızı veririk. Mətbuatda “Lotu Quli” ləqəbiylə tanınan Nadir Səlifovun adı dolayısı ilə sizə aid olan bir məsələdə hallandı. O yazıları niyə dövriyyəyə buraxmışdılar?
- Yox, yox, “Lotu Quli”nin mənlə əlaqəsi yoxdur. Ola bilsin ki, oğlum olan həbsxanada minlərlə məhbus var idi. Ola bilər ki, həmin məhbuslardan biri də o olub. İçəridə hamı bir-birini tanıyır.
Baxış sayı: 1 241
Bölməyə aid digər xəbərlər

--- Oynadığınız -Oynadığınız hansı roldan daha çox xoşunuz gəlmir?

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə