10:52 / 09-10-2026
Azərbaycanın Mərkəzi Asiya formatında yeni mövqeyi
23:18 / 08-10-2026
Murad dünya üçüncüsü oldu
23:13 / 08-10-2026
Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
23:06 / 08-10-2026
Elvin Mahmudzadə yenə həbs edildi
22:59 / 08-10-2026
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub
22:56 / 08-10-2026
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
22:50 / 08-10-2026
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
22:43 / 08-10-2026
İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
22:35 / 08-10-2026
ABŞ məhkəməsi Maduronun həyat yoldaşının həbsdən azad edilməsini rədd etdi
19:47 / 08-10-2026
375 məktəb və liseydə tədris dayandırılıb
19:44 / 08-10-2026
Aqressiv ayını güllələyərək öldürüb
19:41 / 08-10-2026
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
19:37 / 08-10-2026
Moldova parlamenti Rusiya mayonezinin qadağan edilməsini müzakirə etdi
19:33 / 08-10-2026
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
19:30 / 08-10-2026
İspaniya hərbi təyyarəsi müşahidə edilib
19:24 / 08-10-2026
Litva Baş naziri Rusiya taxıl tranzitini qadağan etmək istəyir
19:20 / 08-10-2026
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
19:17 / 08-10-2026
Çinin "Tianvan" Atom Elektrik Stansiyasında 7-ci blok reaktoru işə salınıb
19:12 / 08-10-2026
Husilər Ər-Riyad hava limanına raket hücumu elan etdilər
19:09 / 08-10-2026
Bir ana və onun azyaşlı oğlu təqaüdçüləri öldürməkdə ittiham olunurlar
19:05 / 08-10-2026
Rubio Ukraynadakı münaqişənin genişlənmə riski barədə xəbərdarlıq etdi
19:01 / 08-10-2026
Slovakiyanın Baş naziri Avropa Parlamentindən Qızıl Tramp heykəlinin çıxarılmasını gözləyir
18:57 / 08-10-2026
Botanika bağında ayı izləri aşkar edilib, ərazi bağlanıb
18:53 / 08-10-2026
Polşada bir qadını bıçaqlayan yeniyetmənin başında videokamera olan dəbilqə var idi
18:48 / 08-10-2026
Xarici avtomobildə olan yeniyetmə polisdən yayınmağa çalışıb
18:45 / 08-10-2026
Kaşpirovskinin qohumları onu Ukraynada dəfn etmək istəyirlər
18:42 / 08-10-2026
Belarus Xarici İşlər Nazirliyi Bryansk yaxınlığındakı hücumu Minskin münaqişəyə cəlb edilməsi cəhdi adlandırıb
18:35 / 08-10-2026
Fransa xarici işlər naziri Jan-Noel Barro Rusiyanı mikrofonunu kəsməkdə günahlandırdı
18:31 / 08-10-2026
Fiqurlu konkisürən Trusova Almatıda qüsursuz qısa proqramda konkisürmə etdi
18:23 / 08-10-2026
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
21:07 / 07-10-2026
Zaporojyedə kabelli körpüyə hava bombası zərbələrinin videosu yayılıb
21:04 / 07-10-2026
Ekspert Trampın Yəməndəki münaqişəyə müdaxilə etməyəcəyini bildirib
20:58 / 07-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının hərbi-siyasi bloka çevrildiyini elan etdi
20:55 / 07-10-2026
Rusiyanın Antalyadakı Baş Konsulluğu rus paraplançısının ölümünü təsdiqlədi
20:52 / 07-10-2026
Fransada etiraz aksiyalarında saxlanılanların sayı 6600-ü keçib
20:49 / 07-10-2026
Hollandiya Ukraynaya hərbi yardım göstərməyin səmərəsiz olduğunu etiraf edib
20:32 / 07-10-2026
Qızıl internat məktəbinin yaxınlığında ayı göründü
20:24 / 07-10-2026
Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb
“Onların niyyəti Azərbaycanın 3-cü Qarabağ döyüşlərində məğlubiyyətinə nail olmaqdır”
Tarix: 18-07-2022 16:41 | Bölmə: Müsahibə
Milli Məclisin sədr müavini Adil Əliyev qazilərin intihar halları, onların sosial vəziyyəti və bunun cəmiyyətə təsirləri ilə bağlı müsahibə verib.
“Qafqazinfo” Musavat.com-a istinadən həmin müsahibəni təqdim edir:
-Son zamanlar qazilərin intihar halları gündəmdən düşmür. Qazilərlə vaxtaşırı maraqlanan, onların qayğısına qalan deputatlardan biri də sizsiniz. Necə hesab edirsiniz, qazilərimiz niyə öz həyatlarına qıyırlar? Onlara niyə layiq olduqları qayğı göstərilmir?
-Qazilərə, müharibə veteranlarına, şəhid ailələrinə nə qədər qayğı göstərilsə, azdır. Çünki onların fədakarlığı, qəhrəmanlığı hesabına Azərbaycan həm öz itirilmiş ərazilərini geri qaytardı, həm də bütün dünyaya ölkəmizin gücünü nümayiş etdirdi. Təsadüfi deyil ki, 44 günlük müharibədən sonra dünyanın aparıcı hərbi qüdrətləri Azərbaycan Ordusunun təcrübələrini, yeni müharibə taktikalarını öyrənməyə başladılar. Burada söhbət təkcə ən müasir silahların tətbiqindən də getmir. Söhbət həm də Şuşa kimi təbii istehkamlarla əhatə olunan və bu səbəbdən alınmaz qala hesab edilən ərazilərin piyada qüvvələri tərəfindən alınmasından gedir. Azərbaycan xüsusi təyinatlılarının Şuşa əməliyyatı dünya hərb tarixində nadir hadisələrdən biri sayılır və müxtəlif ölkələrin hərbi ekspertləri tərəfindən bu gün də araşdırılır. Sözsüz ki, bu qəhrəmanlıqları göstərən hər bir əsgərimiz hər cür qayğıya, diqqətə layiqdir və ölkə rəhbərliyi də onların rahat yaşaması üçün əlindən gələni əsirgəmir. Bilirsiniz ki, bu yaxınlarda Azərbaycan Prezidenti cənab İlham Əliyev 2022-ci ilin ilk yarısının yekunlarına dair hesabat çıxışında da Qarabağ döyüşlərində yaralanmış əsgərlərimizə və şəhid ailələrinə göstərilən yardımlardan danışmışdı. O qeyd etmişdi ki, ötən il bu kayeqoriyaya daxil olan 3 min ailəyə mənzil və fərdi ev verilib, bu il daha 1500 şəhid və qazi ailəsinin evlə təmin olunması nəzərdə tutulub. Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib. Bundan sonra da müharibə iştirakçılarının social vəziyyətinin yaxşılaşdırılması istiqamətində gərəkli addımlar atılacaq.
Bundan əlavə, Azərbaycan hakimiyyəti Qarabağ döyüşlərində sağlamlığını itirən hərbçilərimizin demək olar hamısı ən müasir protezlərlə təmin olunub. Onlar bu protezlərlə nəinki gəzə, rahat hərəkət edə, hətta bir çox idman növləri ilə məşğul ola bilirlər. Mən bir fərd olaraq, tez-tez onların idman yarışlarına qatılır və həmin insanların necə rahat hərəkət etdikləri ilə tanış oluram. Bəzən bizim Kikboks Federasiyasının üzvləri müharibə əlillərinin yığma komandası ilə birlikdə futbol oynayırlar. Bir çox hallarda onlar qalib gəlirlər. Bu fakt həmin əlillərin ən müasir protezlərlə təmin olunmasının göstəricisi deyilmi?
Əlillərə verilən təqaüdlər də az deyil. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin açıqlamalarına görə, onların müavinətləri, pensiyaları 60%-dən çox artırılıb. Bəziləri bir neçə kateqoriya üzrə müavinət alırlar. Bir çoxları minik avtomobilləri ilə təmin olunublar. Bunları qiymətləndirməmək doğru deyil.
- Amma gəlin, onunla da razılaşaq ki, 44 günlük savaşdan sonra 36 əlil intihar edib. Onlardan bəziləri intihardan qabaq çəkdirdikləri videolarda qayğısızlıqdan şikayətlənib və məhz bu səbəbdən canlarına qıydıqlarını bildiriblər.
-Bəli, bu faktı danmıram və onların canlarına qıymalarının real səbəbinin obyektiv araşdırılmasını vacib hesab edirəm. Bilirsiniz ki, 44 günlük müharibə çox ağır şəraitdə aparıldı. Düşmənin mövqeləri bizimkilərlə müqayisədə çox üstün idi. Qarabağın bütün zirvələri, yüksəklikləri onların əlində idi. Üstəlik, biz hücum əməliyyatları həyata keçirirdik. Adətən, hücum edən tərəf daha çox itkilərə məruz qalır. Bizim hərbi-taktikamız isə düşmənin daha çox itkilərlə üzləşməsi ilə nəticələndi. Bununla belə, bu ağır döyüşlərin əsgərlərimizdə yaratdığı əsəb gərginlikləri onlarda hadisələrə daha həssas yanaşma sindromları yaratmış ola bilər. O cür ağır döyüş yolu keçmiş ordu mənsubları üçün mütləq reabilitasiya mərkəzləri yaradılmalı və onlar müharibədən sonrakı həyata adabtasiya olunmalıdırlar. Və bu işdə təkcə dövlət orqanları yox, bizim hər birimiz, sadə vətəndaşlar da fəal iştirak etməlidirlər. Bizim bəzi bədniyyətli insanlarımız isə tamamilə fərqli tuturlar. Əlillərimizin taleyi ilə maraqlanmaq əvəzinə, onların kiçik incikliklərindən, narazılıqlarından dövlətə qarşı istifadə edirlər. Əlillərimiz qəsdən qızışdırılır və hakimiyyət orqanlarına qarşı radikal addımlar atmağa, hətta özlərinə qəsd etməyə təşviq olunurlar. Siz fikir verdinizsə, Sabirabadda özünə qəsd edən müharibə əlilinin son videosunda ətrafına toplanan insanların onu intihara həvəsləndirdikləri açıq şəkildə görünür. İstisna etmirəm ki, əlillərin radikallaşmasında dövlətin bəzi strukturlarında işləyən məmurların da “xidmətləri” az rol oynamır. Onlara göstərilən diqqətsizlik, kobudluq halları da var. Amma bütün bu neqativlikləri dövlətin adına yazmaq ədalətsizlikdir. Dövlət, xüsusilə onun başçısı, Ali Baş Komandanın əlillərə, şəhid ailələrinə göstərdiyi diqqət ortadadır.
Açığı, mən belə hesab edirəm ki, kimlərsə əlillərin psixoloji halından dövlətimizə qarşı qəsdən istifadə edirlər. Və bu zümrənin hamısı eyni mərkəzdən idarə olunur. Bəziləri müxalif düşərgədə, bəziləri isə hakimiyyət orqanlarında oturub təxribat törətməyə çalışırlar. Məqsəd isə Azərbaycanın qazandığı qələbəyə kölgə salmaq, insanlarımızın ordumuza münasibətlərini soyutmaqdır. Sirr deyil ki, Azərbaycan hələ də Vətən uğrunda savaşını tamamlamayıb. Ermənilər 44 günlük müharibədə əldə edilən razılaşmalara əməl etmir. Atəşkəs sazişinin şərtlərini pozur, sülh müqaviləsi bağlamaqdan yayınırlar. Hər an yenidən müharibə başlaya bilər. Azərbaycan ordusu buna hazır olmalıdır. Bunun üçün isə insanlarımız mənəvi-psixoloji cəhətdən döyüşə hazır vəziyyətə gətirilməlidir. Hesab edirəm ki, əlillərimizin ruhdan salınması və intihara sürüklənəcək qədər motivasiya edilməsi qəsdən yürüdülən siyasətdir və nə yazıq ki, bu məsələdə bir sıra müxalif qüvvələrlə yanaşı hakimiyyətdəki 5-ci kolonun nümayəndələri də birgə fəaliyyət göstərirlər. Daha açıq deyəcəyəm; Azərbaycanda 5-ci kolonla bəzi müxalif qüvvələr dövlətçiliyimizə qarşı ittifaq qurublar. Niyyətləri isə Azərbaycanın 3-cü Qarabağ döyüşlərində məğlubiyyətinə nail olmaqdır. Görünür, Prezident İlham Əliyevin 44 günlük müharibədən sonra qazandığı nüfuz və son zamanlar korrupsiya və rüşvətxorluğa qarşı apardığı mübarizə həm müxalifətdəki, həm də iqtidardakı düşmənlərini narahat edir və onları eyni mərkəzdə birləşdirir.
-Ciddi ittihamdır. Belə çıxır ki, Azərbaycan iqtidarı da monolit deyil. Hakimiyyətdə İlham Əliyevə qarşı fəaliyyət göstərən güclü komanda var…
-Əlbəttə, bu, artıq sir deyil ki. Bilirsiniz ki, uzun illər Prezident Administrasiyasının rəhbəri vəzifəsini icra edən Ramiz Mehdiyev məhz bu təxribatçı əməllərinə görə işdən qovuldu. Baxmayaraq ki, bu, açıq şəkildə ifadə olunmasa da, əsas səbəb Ramiz Mehdiyevin təxribatçı əməlləri idi. Bu adam əlində olan səlahiyyətlərindən istifadə edərək əksər dövlət strukturlarına özünə bağlı kadrları yerləşdirib. Dövlət əmlakını tar-mar edən bu kadrlar qəsdən dövlət ilə xalq arasında uçurumlar yaradır. Korrupsioner məmurların hamısı onun ətrafında cəmləşdirən Ramiz Mehdiyev PA-dan qovulduqdan sonra da rahat dayanmadı. AMEA-nın prezidenti işlədiyin zamanlar tez-tez köhnə məmurları öz ətrafına toplayıb onları təlimatlandırdığına dair məlumatlar var. Sonunda AMEA-dakı yerindən də uzaqlaşdırıldı. Kreslosunu isə öz adamına buraxdı. Düzdür, hələ ki, Arif Həşimov AMEA-nın prezidenti vəzifəsinə təyin olunmayıb, sadəcə bu vəzifənin icraçısı kimi fəaliyyət göstərir, amma onun da Ramiz Mehdiyevin təlimatı ilə işlədiyi bəllidir. Görünür, buna görə də indiyədək rəsmən AMEA prezidenti vəzifəsinə gətirilməyib. Korrupsioner komandanın bütün üzvləri hakimiyyətdən uzaqlaşdırılmayanadək Azərbaycan rahat nəfəs ala bilməyəcək.
Ramiz Mehdiyevin ölkədəki radikal müxalifətlə də gizli əlaqələri var. Bu əlaqələr xüsusilə 2019-cu ildə üzə çıxdı. Bilirsiniz ki, Azərbaycan Prezidenti 2018-ci ilin sonunda Yeni il və Həmrəylik günü münasibətilə etdiyi çıxışında ölkədə institusonal və kadr islahatlarına başlayacağının anonsunu vermişdi. Üzərindən az keçməmiş, 2019-cu ilin 19 yanvarında Azərbaycanın radikal müxalifəti mitinq keçirməyi qərarlaşdırdı. Məqsəd prezidentə təzyiq göstərərək onu islahatlardan yayındırmaq idi. Məhz bu səbəbdən islahatları bir neçə ay təxirə salan ölkə başçısı ilk öncə DİN-də və DTX strukturlarında kadr dəyişikliyi apardı. Ardınca da bu islahatlar digər strukturları əhatə etdi. Ramiz Mehdiyev komandasının maliyyələşdirdiyi radikal müxalifətin növbəti təxribatçı aksiyasının qarşısı alındıqdan və onlar hüquq-mühafizə orqanları tərəfindən yerinə oturulduqdan sonra ölkə başçısı ciddi kadr dəyişikliklərinəimza atdı. Ramiz Mehdiyev də 2019-cu ilin oktyabrında işindən uzaqlaşdırıldı. Prezidentin bu islahatları bir də 2020-ci ilin iyul ayında ermənilərin Tovuza hücumları ilə səngidi. Bir neçə aydan sonra 44 günlük müharibə başladı. Beləcə, Azərbaycan hakimiyyəti qarşısında daha prioritet məsələlər ortaya çıxdı. Son zamanlar ölkə başçısı yenidən kadr və institusional islahatlara başlamaq əzmi göstərir. Bu islahatların əsas məqsədi Avropa İttifaqına daha yaxın inteqrasiyadır. Bilirsiniz ki, Prezident bir neçə gün bundan əvvəl Avropa İttifaqı ilə yeni saziş bağlayacağını açıq şəkildə ifadə edib. Sözsüz ki, bundan Ramiz Mehdiyev komandasının da xəbəri olmaya bilməz. Təsadüfi deyil ki, indi də həm hakimiyyətdəki bəzi qüvvələr, həm də radikal müxalifət yenidən fəallaşmağa başlayıb. Halbuki, özünü demokrat adlandıran müxalif qüvvələr Azərbaycanın Aİ-yə inteqrasiyasına hər kəsdən daha çox maraqlı olmalı və İlham Əliyevin bu təşəbbüsünü dəstəkləməlidirlər. Amma onlar tamamilə əks mövqe tutaraq, həssas nöqtələrimizlə oynayırlar.
-Maraqlı yanaşmadır. Son zamanlar radikal müxalifət adlandırdığınız qruplar Sizə qarşı da ciddi ittihamlarla çıxış edirlər. Necə hesab edirsiniz, bu kampaniya da eyni mərkəzdən idarə olunur?
-Bəli, məqsəd təkcə İlham Əliyevi qaralamaq deyil. Həm də onun ən yaxın ətrafını ləkələməkdir. Bilirsiniz, mən həmişə özümü Prezidentin əsgəri adlandırmışam. Ömrümün sonuna qədər də ona əsgər kimi sadiq qalacağam. 5-ci kolon və onun müxalifətdəki uzantıları məhz belə adamları hədəfə alaraq Prezidentin mövqeyini sarsıtmağa çalışırlar. Bu mənada mənə hücumlar əslində Prezidentə və onun islahatlarına qarşı yönəlib. Amma bu hücumlar bizi sarsıtmaz. Biz sonuna qədər Ramiz Mehdiyevin özünə və uzantılarına qarşı mübarizə aparacağıq.
O ki qaldı müxaliflərin mənim barədə əsassız ittihamlarına, bu barədə çox danışmaq istəmirəm. Çünki onların da istədiyi əslində budur. Düşünürlər ki, mən onlara cavab verərəmsə, müzakirələr qızışar və Ramiz Mehdiyevin bu quyruqlarının şər-şamataları daha çox insan tərəfindən izlənər. Mən onlara sadəcə bunu demək istəyirəm: “İt hürər, karvan gedər, yel dərədən nə aparar”.
Baxış sayı: 941
Bölməyə aid digər xəbərlər

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə