22:56 / 05-10-2026
Fransada etirazlarda xəsarət alan məktəblilərin sayı 190-a çatıb
22:52 / 05-10-2026
Dünyanın ən bahalı və ən ağır kitablarından biri Fransadakı bir muzeydən oğurlanıb
22:49 / 05-10-2026
III Çarlz keçmiş şahzadənin xərclərini ödəməkdən imtina etdi
22:46 / 05-10-2026
Rumıniya 10.000 ehtiyatçı üçün səfərbərlik təliminə başlayıb
22:43 / 05-10-2026
Vagenknext Almaniya kansleri Merzin istefa verməli olduğunu söylədi
22:39 / 05-10-2026
Vens, İranın Fairford Hərbi Hava Qüvvələri Bazasındakı hadisədə iştirakının ola biləcəyini iddia edir
18:28 / 05-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Almaniyanı Rusiya ilə qarşıdurmaya çəkmək cəhdlərini açıqladı
18:26 / 05-10-2026
180-dən çox qəhvəyi ayı məhv edilib
18:22 / 05-10-2026
Argentinalı futbolçu Barko "Spartak Moskva" ilə müqaviləsini uzadıb
18:18 / 05-10-2026
Paraşütçü ölümü ilə bağlı cinayət işi açılıb
18:14 / 05-10-2026
Türkiyə Ukraynaya qısa mənzilli hava hücumundan müdafiə sistemləri çatdırdı
15:37 / 05-10-2026
Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarının bir mərhələsindəki vetosunu ləğv edə bilər
15:26 / 05-10-2026
Almaniya üçün Alternativ Partiyası Ukrayna üçün neytral status tələb edir
15:22 / 05-10-2026
Rjev Sovet Əsgərinin abidəsini təhqir edən keçmiş tələbə saxlanılıb
15:16 / 05-10-2026
Qətlə yetirilən qadının bədən hissələri ətçəkən maşından keçirilib
15:13 / 05-10-2026
Merzin Kiyevə səfəri onun siyasətinin əsas prioritetini ortaya qoydu
15:10 / 05-10-2026
Bir qadın, partnyorunun uşaqlarına işgəncə verdiyinə görə şərti cəza alıb
15:06 / 05-10-2026
Lavrov bildirib ki, Rusiya NATO qüvvələrinin Əfqanıstanda yerləşdirilməsinin əleyhinədir
15:03 / 05-10-2026
"The Wall Street Journal", Hörmüz boğazındakı vəziyyətlə əlaqədar mümkün qlobal böhran barədə xəbərdarlıq etdi
14:56 / 05-10-2026
Cəbrayıl rayonunun Zəfər yolu
21:34 / 04-10-2026
Təhsil işçiləri təltif edildi - Siyahı
21:15 / 04-10-2026
Adını cüdo tariximizə yazdırdı... - Video
21:12 / 04-10-2026
Milyarder Devid Ruben Britaniyadan Monakoya köçüb
21:02 / 04-10-2026
Polşanın keçmiş baş naziri:"Gənc ukraynalılar vətənlərinə qayıtmalıdırlar"
20:59 / 04-10-2026
İsrail HƏMAS hücumunun ildönümündə Qəzza sərhədindəki bütün keçid məntəqələrini bağlamaq niyyətindədir
20:54 / 04-10-2026
Olimpiya Oyunlarında üçqat arxa salto edən ilk gimnast Qoqoladze vəfat etdi
20:50 / 04-10-2026
Türkiyədə 5,2 bal gücündə zəlzələ baş verib
20:18 / 04-10-2026
Merz Ukrayna ilə bağlı sülh danışıqlarına hazır olduğunu bəyan etdi
20:18 / 04-10-2026
Merz Ukrayna ilə bağlı sülh danışıqlarına hazır olduğunu bəyan etdi
20:13 / 04-10-2026
Qərb Rusiya Müdafiə Nazirliyinin Ukraynaya zərbələrin artırılması ilə bağlı açıqlamasını pis adlandırıb
20:08 / 04-10-2026
Qadın və qızının qətlində şübhəli çoxmilyon dollarlıq borclu idi
20:02 / 04-10-2026
Keçmiş həyat yoldaşının qızını qaçıraraq Yəmənə aparıb
19:09 / 04-10-2026
KHL hakimi üzünə şayba dəydikdən sonra xərəkdə aparılıb
19:06 / 04-10-2026
İtaliyada keçirilən Dünya Kuboku mərhələsində qızıl qazandılar
19:03 / 04-10-2026
Moldova enerji tarifləri ilə bağlı etirazların olacağını proqnozlaşdırır
18:59 / 04-10-2026
Yəmən hakimiyyəti husilərə qarşı hərbi əməliyyata başlayıb
18:55 / 04-10-2026
Övladlığa götürdüyü anasını və uşağını öldürən kişi onları ən azı 90 dəfə bıçaqlayıb
“Elə anlar olur ki, Teymurla dostluğumuz unudulur” - Şəhriyar Məmmədyarov
Tarix: 23-06-2022 16:44 | Bölmə: Müsahibə
Kişi şahmatçılardan ibarət Azərbaycan yığmasının üzvü, üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinin suallarına cavab verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:
- Ötən ay çoxlu sayda turnirdə iştirak etdiniz. Ümumilikdə nəticədən razı qaldınızmı?
- Turnirlərdə çıxışım istədiyim kimi alınmadı. Son yarış Norveçdəki yarış uğurlu oldu. Ona qədər “Grand Chess Tour” silsiləsindən olan turnirlərdə istədiyim kimi çıxış edə bilmədim. Buna səbəb ardıcıl çoxlu yarışda iştirak etməyim və ya hazırlığa lazımi vaxtı ayıra bilməməyimdir.
- Sıx təqvimdə mübarizə aparmaq nə qədər çətindir?
- Stavangerdəki “Norway Chess” turniri göstərdi ki, hər şey yaxşıdır. Ardıcıl turnirlərə görə yorğunluq özünü göstərir. Amma xoş hisslərdi. Şahmat oynamaq mənə hər zaman xoş olur. Stavangerdəki yarış və ya digər nüfuzlu turnirlərdə iştirak etmək dünya şahmatının bir parçası olmaq deməkdir. Güclü rəqiblərlə qarşılaşmaq hər zaman maraqlı olur.
- Norveçdəki turnirdə son turda Azərbaycanın iki güclü şahmatçısı üz-üzə gəldi. Teymur Rəcəbova qarşı partiya barədə fikirləriniz maraqlıdır?
- Uzun illər millidə qələbə uğrunda birgə mübarizə aparırıq. Amma bəzi anlar olur ki, orada dostluq unudulur. Son turda məğlubiyyət kimi qələbə da ola bilərdi, heç-heçə ilə yekunlaşma ehtimalı var idi. Əksəriyyət Teymurla daha çox heç-heçələri xatırlayır. Unutmaq olmaz ki, bir-birimizi çox yaxşı tanıyırıq.
Bu yarışda son tur mənim üçün çox önəmli idi. Güzəştsiz mübarizə izlədik. Fikrimcə gözəl oyun oldu. Düzünü desəm, qələbəyə çox yaxın idim, sadəcə o biri oyunlara çox baxdığıma görə problem yaşadım. Maqnus Karlsen, Vişvanatan Anandın oyunlarına diqqət edirdim. Xüsusi olaraq Maqnusun partiyasına baxırdım. Bu hal öz oyunuma mane oldu. Tam olaraq öz oyunuma diqqət etsəydim, qalib gəlməyə böyük şansım var idi. Təəssüflər olsun qalib gələ bilmədim. Stavanger turnirində birinci olmaq mənim arzum idi. Amma alınmadı.
- Nə vaxtsa düşünərdiniz ki, nüfuzlu turnirdə məhz Teymurla partiyadakı nəticəyə görə yarışın qalibi ola bilməyəcəksiniz?
- Teymur dünyanın ən yaxşı şahmatçılarından biridir. Ona qalib gəlmək çox çətindir. Ümumiyyətlə Stavangerdə zəif rəqib yox idi. Norveçdə güclü şahmatçılar üzərində qələbə qazanmağı bacardım. Son tura qədər çempion olmaq şansını saxlayırdım. Təsəvvür edin, son turda Maqnus qalib gəlməzdən 15 dəqiqə əvvəl hamı mənim birinci olacağımı düşünürdü. Çünki qalib gəlmək şanslarım yüksək idi. Əlbəttə son turda qalib gəlməməyim pis oldu. İndi düşünürəm ki, mənim üçün son turda başqa rəqib olsaydı, daha yaxşı olardı.
- İddiaçılar Turnirində çıxış edən Teymur Rəcəbovun şanslarını necə dəyərləndirirsiniz?
- İddiaçılar Turniri çox çətin yarışdı. Bu turnirdə mübarizə aparmaq asan ola bilməz. Əksəriyyət gəncdir, üstəlik uzun müddət bu yarışa xüsusi hazırlıq keçiblər. Teymur İddiaçılar Turnirindən əvvəl Norveçdə oynadı. Təəssüf olsun ki, yarış Rəcəbovun yaxşı formada olmadığını göstərdi. Ona görə çox çətin mübarizə olacaq. Ümid edirəm çətin sınaqdan yaxşı çıxacaq.
- İyulda Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcəksiniz. Olimpiadanı millinin il ərzində ən vacib yarışı adlandırmaq olar?
- Əlbəttə, ən mühüm yarışlardan biridir. Ümumdünya Şahmat Olimpiadası şahmatçılarımızın ən zəif yeridir. Çünki bu yarışda heç vaxt medal qazanmaq qismət olmayıb. Hər dəfə biz olimpiadaya medal ümidi ilə yollanırıq. Hindistana uzun yol qət edəcəyik, ardınca ardıcıl yüksək oyun nümayiş etdirmək tələb olunur. Özümüzə inanırıq. Əlimizdən gələni edəcəyik. Federasiyamızın yeni rəhbərliyi hər bir şahmatçı ilə maraqlanır, hamıya kömək etməyə çalışır. Federasiya uğur qazanmaq üçün bütün şəraiti yaradıb. Ümidləri doğrultmaq üçün bütün turlarda sona qədər mübarizə aparacayıq.
- Tarixi Şuşa şəhərində şahmat üzrə beynəlxalq turnir keçiriləcək. Şuşa turnirində iştirak edəcəksiniz?
- Şuşa turniri barədə oxuyanda çox həyəcanlandım. Azərbaycanda Bakıdan kənarda böyük şahmat turnirlərində iştirak etmişəm. Amma Şuşanın adı gələndə qeyri-adi hisslər yaşadım. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa arzulayıram. Şuşada turnirin olacağını oxumaq qürurvericidir. Azərbaycan şahmatçıları Şuşa turnirində böyük həvəslə iştirak edəcək. Ümid edirəm Şuşa turniri bu il başlayacaq və hər il ənənəvi olaraq təşkil olunacaq.
Baxış sayı: 939
Bölməyə aid digər xəbərlər

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə