16:08 / 04-09-2025
Medvedev: "Britaniya Rusiya aktivlərindən gəlirləri Kiyevə köçürməklə cinayət törədib"
16:05 / 04-09-2025
Məşqdən sonra infarkt və insult keçirən yeniyetməni aparıblar
16:00 / 04-09-2025
Kişi pəncərədən şüşə ataraq uşağın başını əzib
15:57 / 04-09-2025
Özbəkistanda oxunan kitablara görə həbs müddəti azaldılacaq
13:42 / 04-09-2025
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO
13:37 / 04-09-2025
"National Interest": ABŞ Rusiya və Çinin Antarktika resurslarına çıxışının qarşısını almalıdır
13:33 / 04-09-2025
Medvedev Rusiyanın Kiyevə verdiyi aktivləri Ukrayna torpaqları ilə kompensasiya etməyi təklif edib
13:30 / 04-09-2025
N.İ.: ABŞ Rusiyanın Antarktika resurslarına çıxışına icazə verməməlidir
13:27 / 04-09-2025
Funikulyor qəzasında həlak olanlar üçün 4 günlük matəm elan edilib
12:33 / 04-09-2025
Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video
12:27 / 04-09-2025
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi - Foto
12:25 / 04-09-2025
FSB Xerson vilayətində SBU agentinin saxlanması və dindirilməsinin görüntülərini nümayiş etdirir
12:22 / 04-09-2025
Zelenski:" Rusiya tezliklə Parisə çata biləcək raketlərə sahib olacaq"
12:17 / 04-09-2025
Prokurorluq X-32 "Bekas"ın qəzaya uğradığı yerdən kadrları nümayiş etdirib
12:15 / 04-09-2025
NYT: Almaniya Ukrayna əsgərlərinə təlim keçmək üçün Polşaya qoşun göndərməyi planlaşdırır
12:12 / 04-09-2025
Funikulyor qəzasında yaralananların sayı 23 nəfərə çatıb
12:07 / 04-09-2025
Polis rəisi "Krokus" terror aktı ilə bağlı dindirilib
12:05 / 04-09-2025
NetEase: Putin AB ultimatumundan məharətlə yan keçərək Çini heyrətləndirdi
12:02 / 04-09-2025
Qəzaya uğrayan təyyarə ilə bağlı prokurorluq araşdırmalara başlayıb
11:57 / 04-09-2025
Deqtyarev beynəlxalq yarışlarda rusiyalı idmançıların sayının artdığını qeyd edib
11:39 / 04-09-2025
Qalmaqallı məktəb direktorunun yerinə yeni təyinat - Foto
11:35 / 04-09-2025
Yarım milyon mənimsəyən bacısını xilas etmək istədi - Öz 80 minindən oldu
23:12 / 03-09-2025
Aktyor Metyu Perrinin narkotik satıcısı günahını etiraf edib
23:10 / 03-09-2025
Professor Martınov: "Maduro hökumətini devirmək ABŞ-ın məqsədidir"
23:03 / 03-09-2025
Ağ Ev aydınlaşdırıb ki, Tramp Putinə deyil, Zelenskiyə zəngdən danışıb
23:01 / 03-09-2025
Rubio: "ABŞ narkotik-terror təşkilatları ilə müharibəyə başlayacaq"
19:45 / 03-09-2025
İlham Əliyevin Çinə işgüzar səfəri başa çatıb
16:39 / 03-09-2025
Vüqar Rəhimzadə: "3 sentyabr 1991-ci il Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsidir"
16:32 / 03-09-2025
Keçmiş Kazan hakimi Xusnutdinov ittiham edilib
16:31 / 03-09-2025
Polşanın keçmiş prezidenti Duda: "Ukrayna respublikanı Rusiya ilə müharibəyə sürükləmək istəyirdi"
16:28 / 03-09-2025
Putinin prezident təyyarəsi xərçəng xəstəsi olan uşağı Çindən Rusiyaya çatdıracaq
14:52 / 03-09-2025
London Kadırovun anası və atasının fonduna qarşı sanksiyalar tətbiq edib
14:49 / 03-09-2025
Kafenin pəncərəsinə qumbara atan şəxs saxlanılıb
14:46 / 03-09-2025
Taylandda yaralanan rus turist köhnə rus dilində danışır
14:44 / 03-09-2025
Təhlükəsizlik qüvvələri onu Rusiya Könüllülər Korpusuna dəstək verdiyinə görə saxlayıb
90 yaşlı akademik: "Akademiyanın heç bir imtiyazından istifadə etməyən yeganə insanam" - MÜSAHİBƏ
Tarix: 16-01-2022 18:58 | Bölmə: Müsahibə
Məmməd Salmanov
"Yeni yaşım mənim üçün bayram günlərindən biridir"
"Hər zaman təqaüdlə dolanmışam"
Azərbaycanın tanınmış mikrobioloq alimi, Azərbaycan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitutunun keçmiş direktoru, hazırda akademiyanın baş elmi işçisi, “Şöhrət” ordenli akademik Məmməd Salmanovun yanvarın 12-də 90 yaşı tamam olub.
O, AMEA-nın Mikrobiologiya İnstitutunda fəaliyyət göstərən Müdafiə şurasının sədri, Azərbaycan Mikrobioloqlar Cəmiyyətinin sədri, “Azərbaycan Standartları” jurnalının baş redaktoru, UNESCO yanında “Bioetika, elmi biliklərin və texnologiyanın etikası” üzrə Milli Komitənin üzvü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekspertidir.
1932-ci ilin yanvarın 12-də İrəvan mahalının Uluxanlı-Zəngibasar rayonunun Qaraqışlaq kəndində anadan olan Məmməd Əhəd oğlu Salmanovun elmi fəaliyyəti Azərbaycanda su mikrobiologiyasının əsasının qoyulması və inkişaf etdirilməsi ilə bağlıdır. Ölkənin bütün su hövzələrinin, o cümlədən də Xəzər dənizinin mikrobioloji, eləcə də ekoloji və hidrobioloji aspektləri baxımından araşdırılması onun birbaşa rəhbərliyi və iştirakı ilə həyata keçirilib. Son 50 ildə Xəzər dənizində, 5 dövlət ərazisi üzrə Kür, Araz çaylarında və hövzə boyu onların əsas qollarında, illər və fəsillər üzrə Məmməd Salmanov tərəfindən ilk dəfə həyata keçirilən monitorinq yönümlü fundamental mikrobioloji və ekoloji tədqiqatlar mühüm əhəmiyyət daşıyır.

Tanınmış alim 2002-ci ildə AMEA-nın Fəxri fərmanı, 2005-ci ildə “Şöhrət” ordeni, bu ilin yanvar ayının 11-də isə ölkədə elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
“Report”un əməkdaşı 90 illik yubileyi ilə bağlı akademiklə əvvəllər çalışdığı Mikrobiologiya İnstitutunda görüşüb, həmsöhbət olub:
- 90 illik yubileyinizdə özünüzü necə hiss edirsiniz?
- 90 illik ömürdə fizioloji olaraq əvvəlki kimi yeriyə bilmirəm, eşitməyimdə bir az qüsur var. Fərq yanlız bundadır. Yerdə qalan arzu-istək, harasa getmək-gəlmək, ünsiyyət və digər məsələlərdə heç nə dəyişməyib. Mənim üçün həyat davam edir, yazmasam, hər gün mütaliə etməsəm, dayana bilmərəm. Evimizdə, bəlkə də son 50 ildə yastığımın küncündə hər zaman kitab olur və onu oxumasam yata bilmərəm. Bütün bunları özüm üçün edirəm. Adətən öz yaşımda olan insanlar fiziki qüsurlarının öhdəsindən çətinliklə gəlirlər. Mən onlara da tövsiyə edərdim ki, heç vaxt təslim olmasınlar. Biz nəyisə edə bilərik, xoş söz deyə və nəyəsə yararlı ola bilərik. Biz ömrün verdiyi imkanı əsirgəməməliyik.
Yeni yaşım mənim üçün bayram günlərindən biridir. Bu günümdə belə yenə işlərimlə məşğul oluram, hətta instituta gəlib aspirantların işlərinin nə yerdə olduğu ilə maraqlanıram. Yaratdığım laboratoriyada dissertasiya rəhbəri idim və bu gün təqdim olunan işlərə baxıram. Namizədlərdən biri bir az ləng tərpənib. Hətta ad günümdə onu bir az danlamışam. Tələbələrimə hər zaman doğma övladım kimi yanaşmışam.

- İlk təbriki kimdən aldınız?
- İlk təbrikimi qızımdan almışam. Oğlum da var - Allah hamının övladının canını sağlam eləsin. Amma xanımlara, qız övladlarına qarşı hər zaman həssas olmuşam. Çünki təbiət xanımları daha incə və dözümlü yaradıb. Təbii ki, bütün qohumlar, həyat yoldaşım və tanışlar təbrik edib, ancaq ilk təbrikimi qızımdan aldım. Amerikada yaşayan nəvəm ad günümü təbrik etmək üçün mənə zəng etmişdi.
- Prezident İlham Əliyev sizi “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edib. Təltif xəbərini kimdən eşitdiniz, necə qarşıladınız?
- Heç ağlıma gəlməzdi ki, 90 illik yubileyimdə ölkə başçısı məni təltif etsin. Bunun üçün cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm. Güman ki, işlərimi, gördüyüm işləri ölkə başçısına çatdıranlar var. Təltif etmə ilə bağlı yoldaşıma zəng edib məlumat veriblər, mən də xəbəri televiziyada eşitmişəm. Zəhmətimə qiymət verdiklərinə görə hər kəsə təşəkkür edirəm. Həyatda taleyi gətirən insanlardanam. Haqqımı bu günə qədər heç kim kəsməyib. İşim hər zaman qiymətləndirilib. Böyük razılığımı bildirirəm ki, ağıllı, işgüzar, xalqın qeydinə qalan Prezident İlham Əliyev məni də yada saldı. Çox minnətdaram.
- Ömür yolunuza nəzər salanda əsasən nələri xatırlayırsınız? 90 il necə keçib?
- 90 illik həyatımda gördüyüm işləri kim mənə danışsa, bunlara inanmazdım. 90 il yaşamışam və zəhmətin nə demək olduğunu bilirəm. Mən hər kəsə deyirəm ki, dünyada bilik və zəhmət itmir. Bütün zamanlarda bunlar lazımdır. Dünyanı gözəlləşdirən, insanı insan kimi təqdim edən, mənəvi olaraq ömürdən razı qalmaq zəhmətə bağlıdır. Dünyanı çiynində saxlayan da məhz zəhmətdir. Çox şadam ki, özümü başa düşəndən nəsə etmişəm. İnsanlara hər zaman deyirəm ki, günün sonu özünə sual ver ki, bu gün nə etmisən? Nə yenilik eşitdim və nə etdim? Sərfəli olub-olmamasından asılı olaraq nəsə etmək lazımdır. Yeyib-içib yatmaq insana yaraşmaz, günahdır.

- Elm fəaliyyətiniz əsasən hansı istiqamətlərdə olub? Əsas elmi nailiyyətiniz hansılardır?
- Əsas sahəm su mikrobiologiyasıdır. Bu sahə İkinci Dünya müharibəsindən sonra yaranıb. Ümumi mikrobiologiyanın 300 ildən artıq tarixi var. Mən su mikrobiologiyası üzrə aspirant olanda SSRİ-də kimsə tapılmadı ki, mənə rəhbər olsun. Sonra məlum oldu ki, o zaman üçün bu sahə üzrə cəmi iki nəfər elmlər doktoru var. Tale elə gətirdi ki, mən onların ikisi ilə də tanış oldum. Mən Kür və Araz çayını ömrüm boyu öyrənmişəm. 1956-cı ildən həmin çayları araşdırıram. Heç bir müəllif Kür və Araz çayını beş dövlətdə öyrənməyib. Amma bunu mən etmişəm. Həmin çayların ilk bulaqlardan damla-damla yığılan yerlərindən Xəzərə gəlib çıxan dövrünə qədər öyrənmişəm. Bu, bizim elmdə analoqu olmayan nailiyyətlərdən biridir. Digər nailiyyətlərimdən biri Xəzər dənizi ilə əlaqəli olub. Mənim dövrümdə Xəzər dənizinin 80 faizi SSRİ-yə məxsus olub. Mən 1960-cı ildən 1998-ci ilə qədər fasiləsiz olaraq Xəzər dənizinin araşdırılması ilə məşğul olmuşam. Xəzəri 5 dövlətin payında öyrənmişəm. Yeganə insanam ki, Xəzərin ərazisinin 30 ildə 551 nöqtəsində iş görmüşəm, 120 ekspedisiyasını keçirmişəm. Xəzəri fəsillər, illər üzrə öyrənən olmayıb və yəqin ki, bundan sonra da olmayacaq. Amma mən bunu da etmişəm. Sovet dövrünün elm üçün xərclədiyi vəsaiti heç bir ölkə verməyib. Xəzəri başdan-başa tək öyrənən insanlardan biriyəm. Xəzərə axan 100-dən çox çayın 19-da iş aparmışam. Xəzərdə 20 adanın əhatəsini öyrənmişəm. Yeganə adamam ki, Xəzərin bütün körfəzlərini, buxtalarını və Xəzərin 1025 metr dərinliyində olan təbəqələri üzrə tədqiqat aparmışam.

- Belə bir fikir var ki, elm adamları uzunömürlü olur. Bununla razısınız? Ümumiyyətlə, uzun ömür yaşamağın sirri varmı?
- 1955-ci ilin avqust ayının 8-dən akademiyadayam. Arada bir-iki il Azərbaycan Tibb Universitetində kafedra müdiri olmuşam. Həmin müddətdə qocalıq yaşının elmi əsaslarından mühazirələr oxumuşam. Uzunömürlülüyün bir çox şərtləri var ki, ən başlıcası irsi olmasıdır. Daha sonra gərək insanda paxıllıq hissi olmasın, içini qurdlar yeməsin. Hamının nəyəsə ehtiyacı olur, indi də var. Lakin bu günə kimi heç kimin paxıllığını çəkməmişəm. Mən heç kimə maneə yaratmamışam ki, nəsə mənim olsun. Mən öz payımdan razı qalmışam. Xislətim belədir və məni tanıyanlar da bunu bilir. 14 yaşımdan evdən çıxmışam. 1946-47-ci illərdə talonla çörək alıb texnikumda oxumuşam. 18 il yataqxanalarda qalmışam. Mən heç yerdə pis əməllə məşğul olmamışam. Cavanların adətən gənclik dövrlərində çox dərdi olur. Mən isə yalnız bir şey düşünmüşəm ki, gərək valideynlərimin, o cümlədən xalqımın qarşısında xəcalət çəkməyim. Valideynlərimin zəhmətinə hər zaman böyük qiymət vermişəm. Salamat həyat yaşa, pis əməllərə uyma. Bu gün ölkədə min bəla var. Mənim zamanımda da müəyyən pis vərdişlər olub. Lakin onların heç birinə yaxın durmamışam. İnsanlara yaxşılıq etməyə çalışmaq lazımdır. Yaxşılıq edə bilmirsənsə, pislik də etmə. Bax insanı yaşadan da budur. Atam da 101 il ömür yaşayıb. Bu irsilik də vacibdir.

- Neçə övladınız, nəvəniz, nəticəsiniz var? Onlardan sizin yolunuzu davam etdirənlər varmı?
- İki övladım var, biri qız, digəri oğlandır. Beş nəvəm və iki nəticəm var. Bu günə kimi övladlarım və nəvələrimdən heç nə tələb etməmişəm. Yalnız bir tələbim olub ki, sən oxuyursansa niyə beş qiyməti almayasan. Çünki bu, sənin vəzifəndir. Mən maksimalistəm. Amerikada olan nəvəm Şakir 14 yaşında olanda İstanbulda Tibb Universitetinə qəbul olunmuşdu. 6 yaşı tamam olmamış komissiya vasitəsilə istedadı yoxlandıqdan sonra birbaşa ikinci sinfə qəbul edilmişdi. İkinci sinfi bitirəndən sonra isə V sinfə keçirdilər. Bir çoxları düşünürdü ki, babası akademik olduğundan belə olur. And olsun ki, onun inkişafında heç bir rolum olmayıb. Həmin nəvəmin bacısı Leyli də çox savadlı olub. O, liseyi bitirməmiş 9-cu sinifdə Amerikanın Azərbaycandakı səfirliyi dil biliklərini yoxladıqdan sonra 2000 dollar məbləğində mükafat vermişdilər. Leyli hətta dövlət hesabına Kanadanın universitetlərinin birində təhsilinin hər ilinə 55 min avroluq pul xərcləyib. Nəvəmin biri Ukraynada Şevçenko adına Konservatoriyanın vokal opera kursunu bitirib. Hazırda iki yerdə dərs deyir. Onların hamısından çox razıyam. Hər zaman demişəm ki, dünyada ülvi qabiliyyətlərin ən əsası tərbiyədir. Tərbiyənin məktəbi də əsas anadır. 90 yaşımda olsam da, bu gün də valideynlərimin tövsiyələrindən istifadə edirəm.
Hər zaman heyfslənmişəm ki, biologiya elmində 20-dən çox tələbəm olsa da, heç bir qohumum arasında bioloq yetişən olmayıb. Həkimlər olsa da, bioloq olan yoxdur.
- Bəzən belə fikir səsləndirilir ki, insan yaşlandıqca uşaqlaşır. Bəs sizin evinizdə ailə üzvlərinizə hər hansı ərköyünlünüz olurmu?
- Valideynin uşağını çox istəməyinin tərəfdarıyam, lakin onu ərkəsöyün böyütməsinlər. Övlada mütləq zəhməti aşılamalısan. Bu yaşa kimi çatmışam, amma heç bir şıltaqlığım olmayıb. Amma nəvələrimlə zarafat etmişəm, atmaca atmışam. Nəvələrim hər zaman deyir ki, babamızı çox istəyirik, çünki səs-küylüdür. Nəvələrimi oynadarkən o qədər çimdikləmişəm ki, yoldaşım deyirdi ki, uşaqları incitmə. Uşaqları çox istəyirəm, amma eyni zamanda tələblərim də olub. Onlar da bunu bilib. Uşaqlarımı da, nəvələrimi də çox gəzdirmişəm, lakin məndən nəsə almağı tələb etməyiblər.

- 2020-ci ilə qədər AMEA-nın Mikrobiologiya İnstitutunun direktoru vəzifəsində çalışmısınız. Akademiyaya yenə gedirsinizmi?
- Bu gün təkcə yubileyimlə əlaqədar instituta gəlməmişəm. Mən mütəmadi olaraq buraya gəlib-gedirəm. Mənə burada çox böyük hörmət var. Burada 20 ilə yaxın direktor olmuşam, bir nəfər də olsun həmin dövrdə məndən incik olmayıb. Mən heç nəyə də göz yuman olmamışam, kollektiv də bunu bilib. İşsiz qala bilmirəm. 500-ə yaxın elmi məqaləm, 22 kitabım, 7 monoqrafiyam var. Hələ də elə hesab edirəm ki, sonuncunu yazmamışam. Azərbaycanın bütün sularını bilirəm. Bütün bu sahədə görülən işlərin hamısı yazılıb. Lakin hamısını bir araya toplamaq istəyirəm.
- Necə dolanırsınız?
- Ataların yaxşı misalı var: “Ayağını yorğanına görə uzat”. Əlimdə nə olub, hər zaman onla qane olmuşam. Mən dövlətli deyiləm, amma istədiyim vaxt nəsə edə bilərəm. Ona görə də həyatımdan razıyam. Akademik olaraq məvacib alıram, pensiyam da var. Dünyanı özümlə aparan deyiləm. Bir o şeydən narazıyam ki, hökumətdən ev almamışam. Mənim evim olmayıb. Qohumlar vaxtı ilə yığılıb ev alıblar və indi həmin 22 kvadratlıq mənzildə qalıram. Bağ evim var və bunu akademiya verməyib. Akademiyada yeganə insanam ki, 1955-ci ildən burada çalışandan heç bir imtiyazlardan istifadə etməmişəm. Nə torpaq, nə ev, nə maşın almışam. Heç nə almamışam. Ancaq elə adam var ki, akademiyadan 3-4 dəfə ev alıb. Mənə qismət olmayıb deyə verməyiblər. Bu, uzun söhbətdir. Yenə də şikayət etmirəm.
Müsahibimin özünün yazdığı şeir:
Ey ahil, düz danış sən haqqı danma, yaxşılıq etməkdən bezib usanma.
Nə yığıbsansa gec-tez yox olacaq, ömürdən dünyada ikicə şey qalacaq
Çalış səndən varis savadın qalsın, sənə rəhmət deyib el yola salsın.
- Azərbaycan elminin hazırkı durumunu necə qiymətləndirirsiniz?
- Elmimizə əvvəlki münasibət yoxdur. Bu gün gəncləri danlayıram ki, sizə elmlə məşğul olmaqda kimsə maneə törətmir. Bu halda niyə işləmirsiniz?! Mən gənclərdən narazıyam. Onlar bizim can yandırdığımız kimi işə can yandırmırlar. Elmi jurnal gələndə onun növbəsinə dayanırdıq. İndi internet dövrüdür deyə bəlkə vəziyyət fərqlidir. Bu institutda bir dəfə refrativ jurnal alıb otağımda saxladım. Heç kim o jurnalla maraqlanmadı. İndiki gənclər elm üçün can yandırmır. Bundan da narazıyam. İndiki cavanlara sanki tənbəllik sirayət edib. Halbuki indiki imkanlar əvvəlkindən qat-qat çoxdur. Amma bundan istifadə etmirlər.

- Gəncləri elmə cəlb etmək üçün nə etmək lazımdır? Gənclərin elmdən uzaq düşməsini ölkəmiz üçün təhlükə sayırsınızmı?
- Mən hər zaman təqaüdlə dolanmışam. Aspirant olub valideynlərimdən pul almamışam. İndiki aspirantlar aldıqları təqaüdlə dolana bilmirlər. Ona görə də gənc alimlərin güzəranının yaxşılaşması lazımdır. Güzəranı düzələn 10 gənc alimdən heç olmasa 5-i vicdanla işləsə biz qazanarıq. Rəhbərim hər zaman deyirdi ki, 100 elmi işdən heç biri göydən ulduz endirmir. 100 aspirantdan beşi gələcəkdə elmi davam etdirsə, bu, qazancdır. Bu gün ölkədə kasıb və ac adam yoxdur. Heç nə etmə amma nəsə tələb etmək düzgün deyil. Gənclərə deyirəm ki, ömür qabağdadır. Ona görə də indidən çalışmaq lazımdır. Elmdə təminat məsələsi kifayət qədər deyil. Ancaq işləyən kadr üçün hər zaman şərait var. Elmin inkişafında maddi cəhətdən yardım bir az artırılsa yaxşı olar. Biz də tələbkar və can yandıran olmalıyıq. Elmdə rəhbər ikinci valideyndir.
- Bu günə qədər hər istədiyinizi yetəri qədər edə bilmisinizmi? Dünyadan köçəndə gözüm arxada qalmayacaq deyə bilərsiniz?
- Mənə elə gəlir ki, həyatımdan tam razı deyiləm. Çünki daha çox iş görə bilərdim. Amma konkret deyə bilmirəm ki, nəyi edə bilməmişəm. Bilirəm ki, hər hansı iş barədə 3-5 il artıq əmək sərf etmişəm. Halbuki onun yerinə başqa nəsə edə bilərdim. Lakin xalqımızın qarşısında əliboş deyiləm. Buna baxmayaraq ömrümdən də çox razı deyiləm. Nəsə də yenə etmək olardı. Qocalığın belə şərtləri var ki, hazırda yadıma 80 illik yaşımdakı hadisələr gəlir. Görünür ki, yaddaş üstünə yığılan qayğılar hələ indi azalır. Son iki ildə bu günə qədər xatırlamadığım hadisələr yadıma düşür. Hər kəs öz ömrünün tarixçəsinə baxmalıdır. İnsan özünə hesabat verməlidir.
Baxış sayı: 793
Bölməyə aid digər xəbərlər

28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə
1-03-2023, 13:59
"Media ilə işgüzar əlaqələr qurmalıyıq” - Kamran Əliyev
5-02-2023, 12:16
“Bığ saxlamaq istəyirdim, yoldaşım icazə vermədi” - Video
3-02-2023, 11:54
Artur Beterbiev: "Nokautlar hakimlərin işini asanlaşdırır"
19-01-2023, 19:51
İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibə verib
24-12-2022, 13:32
Fiqurlu konkisürən Medvedeva: Xəyallarınızın adamı etibarlı, dürüst və yaxşı yumor hissi ilə olmalıdır
21-12-2022, 13:00
Psixoloq Ronaldonun Messini 2022 Dünya Kubokunu qazanması münasibətilə niyə təbrik etmədiyini izah etdi
7-12-2022, 22:33
Nyu-Yorkda polis işləyən azərbaycanlı qadın: “Ölkəm üçün hər zaman faydalı olmağa hazıram” - MÜSAHİBƏ + FOTO
4-12-2022, 22:36
Əsgərləri şəhid komandirlərinə ehsan veriblər-VİDEO+FOTOLAR
4-12-2022, 13:30
ABŞ İranla nüvə sazişini müzakirə etmək fikrində deyil