18:03 / 19-11-2026
Putin bildirib ki, Avropa İttifaqı və Ukrayna kompromisə hazır deyil
17:54 / 19-11-2026
Putin bildirib ki, BMT-nin işi bugünkü reallıqlara uyğunlaşdırılmalıdır
17:50 / 19-11-2026
Putin beynəlxalq təhlükəsizlikdə Rusiya, ABŞ və Çinin əhəmiyyətini bildirdi
17:45 / 19-11-2026
Putin: "Tramp Ukraynadakı münaqişəni səmimi qəlbdən həll etməyə çalışır"
17:42 / 19-11-2026
Putin Çin və ABŞ liderləri ilə görüşlərin davam etməsini istədiyini bildirib
17:35 / 19-11-2026
Tramp Si və Putinlə üçtərəfli görüşdən sonra Çini tərk edir
16:44 / 19-11-2026
Lavrov Putin-Tramp görüşündə və üçtərəfli görüşdə atmosferi qiymətləndirdi
16:28 / 19-11-2026
Putin, Tramp və Si Cinpinq arasında keçirilən görüşdən sonra birgə bəyanat verilməyib
16:24 / 19-11-2026
Mikroavtobus aşıb, xəsarət alanlar var
16:21 / 19-11-2026
Şimali Osetiyada itkin düşmüş turistin axtarışı aparılır
16:18 / 19-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında üçtərəfli görüş başa çatdı
16:06 / 19-11-2026
Kuryer polisə zərərli narkotik saxlama faktını aşkar etməyə kömək edib
08:58 / 19-11-2026
Məktəbdə ayı xəbərindən sonra dərslər ləğv edildi
08:56 / 19-11-2026
Tramp bildirib ki, ABŞ Asiya-Sakit Okean regionunda sülhü təşviq etmək niyyətindədir
08:49 / 19-11-2026
Britaniya hökuməti Ukraynaya 1000-dən çox uzunmənzilli dron təhvil verəcəyini elan edəcək
08:46 / 19-11-2026
Tramp Putin və Si Cinpinlə görüşməyi səbirsizliklə gözlədiyini etiraf etdi
22:55 / 18-11-2026
Heqset bildirib ki, ABŞ və Venesuela müdafiə sahəsində əməkdaşlıq edəcəklər
22:50 / 18-11-2026
Paşinyan vəzifəsindən getməyə hazır olduğunu açıqladı
16:09 / 18-11-2026
Peskov Avropanın Ukraynadakı münaqişənin həllinə kömək etmək qabiliyyətinə şübhə ilə yanaşıb
16:05 / 18-11-2026
İsveç idmançılar da daxil olmaqla Rusiya vətəndaşlarına giriş məhdudiyyətləri tətbiq edəcək
16:02 / 18-11-2026
Finlandiya yarışını buraxan konkisürənlər Tokioda yarışa biləcəklər
15:58 / 18-11-2026
Avtomobildə buzun içinə düşən üç nəfər ölüb
15:51 / 18-11-2026
Uşakov qeyd edib ki, Putin və Tramp Şençjendə keçiriləcək görüşdə Ukraynanı müzakirə edəcəklər
15:47 / 18-11-2026
Putin APEC sammiti çərçivəsində Vyetnam Prezidenti ilə görüşüb
15:44 / 18-11-2026
Jurnalist Trampın Çində harada qaldığını açıqladı
15:38 / 18-11-2026
Kirayəçilər mübahisə zamanı ev sahibini öldürüblər
15:35 / 18-11-2026
İtkin düşən iki uşaq anasının qətli ilə bağlı araşdırma aparılır
15:28 / 18-11-2026
Stritinq Qərb ölkələrini Kiyevə maliyyələşdirməni davam etdirməyə çağırdı
15:25 / 18-11-2026
Lixaçev Türkiyədə Akkuyu Atom Elektrik Stansiyasının fiziki işə salınmasının yaxınlaşdığını elan etdi
15:20 / 18-11-2026
Jurnalist APEC sammitində Putinin avtomobilini göstərdi
15:16 / 18-11-2026
42 yaşlı mədənçi mədəndə ölüb
15:13 / 18-11-2026
Dmitriyev bildirib ki, Rusiya Avropanın əməkdaşlığa qayıtmasını gözləyir
15:09 / 18-11-2026
Lixaçev Rosatom-un ABŞ və Çin planlarının həyata keçirilməsindəki əsas rolunu vurğuladı
14:52 / 18-11-2026
İsrail iyun ayında Kallasla birbaşa əlaqəni dayandırıb
11:15 / 18-11-2026
Poddubnı Rusiya ilə ABŞ arasında danışıqları pozmaq cəhdlərindən danışdı
11:12 / 18-11-2026
Çin Putinin təhlükəsizlik xidmətinin əməkdaşının "qara portfeli"nin olmadığını gördü
Vətən Müharibəsi Qəhrəmanı: "İki il məni hərbçi olmaq fikrindən daşındırmağa çalışdılar"
Tarix: 17-05-2021 13:24 | Bölmə: Müsahibə
"Atam hərbçi olub. Onun yaddaşının dərinliklərindən süzülən mətləbli xatirələr, bu xatirələrdən doğan məsləhətlər övladlarının gələcək həyatının formalaşmasında əhəmiyyətli oldu. Buna müəyyən mənada, pedaqoji xarakterli də deyə bilərik. Hər misrasında həyat fəlsəfəsini, milli-mənəvi dəyərləri oxucuya aşılayan xalq şairi Məmməd Araz İnfil kişinin kəlmələrinin cəminə "Atamın kitabı" deyib. Müharibə görən, döyüşən ataların, babaların döyüş xatirələri oğulların dəyərli vətənpərvərlik kitabıdır. Atamın həyat yolundan və könül xatirəsindən gələn ifadələr mənim də, qardaşımın da həyat yolunu işıqlandırdı. Böyük qardaşım Ramil qərar verdi ki, hərbçi olacaq. Nəticədə ali hərbi təhsilini uğurla başa vuraraq zabit oldu. Hazırda Hərbi Hava Qüvvələrinin "N" hərbi hissəsində Mİ-24 hücum və hərbi nəqliyyat helikopterində pilotdur. Ramil kimi, mənim də ata sənətinə rəğbətim vardı. Eləcə də qardaşımın hərbi mundirinin məndə yaratdığı həvəs həyat yolumu müəyyənləşdirdi".
"Report" xəbər verir ki, bunu Vətən Müharibəsi Qəhrəmanı kapitan Rəşad Qasımlı müharibə dövründə döyüş uçuşlarından danışarkən deyib.
O, şərəfli təyyarəçilik peşəsini seçəndə ailənisinin reaksiyasından danışıb: "Səmimi cavab verəcəm. Atam uzun illər hərbi xidmətin çətinliklərini və şərəfini yaşayıb. Bunları uşaqlıqdan biz də yaşamışıq. Sonra qardaşım hərbi mundir daşımağın məğrurluğunu hiss etdi. Lakin hər ikisi bu yolun mənim üçün çətin olacağını deyirdi. Çünki həmyaşıdlarımla müqayisədə fiziki cəhətdən xeyli zəif idim. Bu səbəbdən də deyirdilər ki, sən bacarmazsan, hərbçi ola bilməzsən. Anam Sevinc məni ağ xalatda, həkim olaraq görmək istəyirdi. Lakin atam da, qardaşım da, anam da qəlbimdə tumurcuqlanan arzularımdan xəbərsiz idilər. Çünki 2004-cü ildə qardaşım C.Naxçıvanski adına Hərbi Liseydə oxuyanda mən 6-cı sinifdəydim. Həftə sonları Ramil hərbi geyimdə evə gələndə, hərbi xidmətin çətinliklərindən söz açardı. Maraqlısı burasındadır ki, mənim qəlbimdə tumurcuqlanan hərbçi olmaq arzusu qardaşımın sözləri ilə daha da alovlanır, çiçək açırdı. Həmin ildən qərar verdim ki, mən də forma daşıyacağam. Bütün peşələr şərəflidir, lakin mənim üçün həyat amalı, ən yüksək pillə hərbçi olmaq idi. Ailəm başqa peşədə uğur qazanacağımı düşünsə də, mən artıq qərarımı çoxdan vermişdim. Hərbçi olub, torpaqlarımızın işğaldan azad olunacağı gün döyüşənlərin sırasında olacaqdım. İki il məni bu fikrimdən daşındırmağa çalışdılar. Qardaşım deyirdi ki, sən zəifsən, yüklənmələrə, çətinliklərə tab gətirə bilməzsən. Amma mən qətiyyətlə bildirdim ki, mən bacaracam. Mütləq bacaracam. Beləliklə, 2006-cı ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil oldum".

"Hərbi təhsilinizdə və təyyarəçi kimi formalaşmağınızda dəstək verənləriniz kimlər olub?" sualına Vətən Müharibəsi Qəhrəmanı belə cavab verib: "Bir təyyarəçi asanlıqla yetişmir. Çünki istər mənəvi, istər psixoloji, istərsə də fiziki baxımdan təyyarəçinin formalaşmasında təhsilindən ilk sərbəst uçuşunadək əməyi, əziyyəti olan insanlar olur. Bunun da ilk təməli hərbi təyyarəçilik məktəbində qoyulur. Orta məktəbdə, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə aldığım təhsil də buna zəmin yaratmışdı. Düşünürəm ki, təyyarəçi kimi yetişməyimdə təhsil ocaqlarında aldığım hərbi biliklər təcrübəli zabitlərin rəhbərliyi ilə keçdiyim təlim uçuşlarında nəticəsini verdi. Atalar sözündə deyildiyi kimi: "Yüz eşitməkdənsə, bir görmək yaxşıdır". Belə ki, bu kəlamın doğruluğunu təlimatçı mayor Rəsul İsmayılovla L-39 təlim təyyarəsində uçarkən anladım. Yaşadığım hissləri sözlə ifadə etmək mümkün deyildi. Bu nə sinif otağında dərs oxumağa, nə də trenajorda maket təyyarə üzərində məşq etməyə bənzəyirdi. O gündən sonra təyyarəçi olduğumu bir daha dərindən dərk etdim. Növbəti uçuşlarımı Su-25 təyyarəsində Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik Zaur Nudirəliyev və Vətən Müharibəsi Qəhrəmanı general-mayor Namiq İslamzadə ilə həyata keçirdim. Bu gün qazandığım uğurlarda hər birinin əziyyəti, əməyi danılmazdır".

R.Qasımlı ilk uçuşunu belə xatırlayır: "O günü əsla unutmaram... 2012-ci ilin yayı idi... 3-cü kursda oxuyurdum... Mən və mənim kimi bu ixtisasa yiyələnən bütün kursantların həyatında ən əlamətdar günlərdən biri olacaqdı... Bu gün bizlərlə bərabər, müəllimlərimiz üçün də önəmli idi. Çünki illər uzunu bizlərə verdikləri təhsilin bəhrəsini görəcək, Vətənə təyyarəçi yetişdirməyin qürurunu bir daha yaşayacaqdılar. O gün hamı kimi, mənim üçün də xüsusilə unudulmaz oldu. Sıra ilə uçuşlara başladıq. Mayor Rəsul İsmayılovla təyyarəyə əyləşdik. Mühərrikin gur səsi elə bil ürəyimdəki həyəcanın, sevincin ifadəsiydi. Bir neçə saniyə sonra təyyarə havalanacaq, uzun illərdən bəri aldığım təhsili, içimdə böyütdüyüm arzuları nümayiş etdirəcəkdim. Bildiyiniz kimi, əgər təlimatçı mənfi rəy versə, "bu kursantdan pilot olmaz" ifadəsini işlətsə, arzularım da, xəyallarım da yarımçıq qalardı. Təyyarə hərəkətə başladı, bir qədər irəlilədikdən sonra artıq yerlə təmasın kəsildiyini hiss etdim. Çox keçmədən təlimatçı idarəetməni mənə verdi. Təyyarəni idarə etdiyim zaman fərqli yüksəkliklərə qalxmağım və enməyim bildirilir, müəyyən manevrlər tələb olunurdu. Yüksəkliyə qalxdıqca düşünürdüm ki, arzularımın ən uca zirvəsindəyəm. Bu zirvə bir zamanlar əlçatmaz idi. Bu yüksəklik iradəmin, zəhmətimin, təhsilimin azimutuydu".
Baxış sayı: 1 045
Bölməyə aid digər xəbərlər

20-10-2026, 13:08
“Qardaşım bu günümü görsəydi, mənimlə fəxr edərdi” - Video
18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ