21:05 / 16-07-2026
Kurlaeva: "Zaporojye AES-in baş mühəndisi nüvə fəlakətinin qarşısını almaq üçün hər şeyi etdi"
20:54 / 16-07-2026
Filippot Makronu yanğınlarla mübarizə aparmaq üçün vəsait çatışmazlığına görə tənqid etdi
20:51 / 16-07-2026
FESCO-nun keçmiş həmsahibi və prezidenti Moskvada qiyabi həbs edilib
20:47 / 16-07-2026
Zelenski Ukraynanın müdafiə naziri vəzifəsinə müvəqqəti Təhlükəsizlik Xidmətinin rəhbəri Xmaranı təklif etdi.
19:29 / 16-07-2026
Əməkdar jurnalist Səyyad Ağbabalı sabiq polis rəisinin yasında çıxış etdi
17:18 / 16-07-2026
ABŞ Rusiyaya qarşı sanksiyalar haqqında qanuna Lindsi Qrehemin adının verilməsini təklif edib
17:13 / 16-07-2026
İki işçi tikinti sahəsində yıxılaraq ölüb
17:11 / 16-07-2026
İstanbulda saxlanılan Rusiya vətəndaşları cümə günü deportasiya ediləcəklər
17:09 / 16-07-2026
Qadın balta ilə üç avtomobili əzdi
17:05 / 16-07-2026
Türkiyə Ukraynaya dəniz təhlükəsizliyi zəmanətləri verməyə hazırdır
16:59 / 16-07-2026
Raket zərbəsindən sonra qurbanların hüquqları izləniləcək
16:56 / 16-07-2026
Rusiya və Ukrayna həlak olan əsgərlərin cəsədlərini mübadilə etdilər
16:53 / 16-07-2026
Narkotik təbliğatına görə cərimələndi
16:49 / 16-07-2026
Kreml Ukrayna və İran ətrafındakı vəziyyətlər arasında paralellər çəkməkdən çəkinirdi
16:46 / 16-07-2026
Rusiya ABŞ-dan sonra Avropaya mayeləşdirilmiş təbii qazın ikinci ən böyük təchizatçısına çevrilib
16:42 / 16-07-2026
AB Bolqarıstan üçün müstəqil kurs tələb edən Radevi izləyir
16:38 / 16-07-2026
Dövlət Duması Rusiyanın nüvə triadası qüvvələrini Ukrayna pilotsuz təyyarələrinin zərbələrinin əsas hədəfi hesab edir
16:30 / 16-07-2026
Puqaçova Moskvanın mərkəzindəki lüks mənzilin qiymətini aşağı salmağa məcbur oldu
16:23 / 16-07-2026
Rusiyanın ATƏT-dəki Daimi Nümayəndəsi Aİ-ni Ukraynanın mülki şəxslərin qətlini dəstəkləməkdə günahlandırdı
16:17 / 16-07-2026
Politoloq Vuçiçin Kiyev sammitinə niyə getdiyini izah etdi
16:15 / 16-07-2026
Kibercinayət işi ilə əlaqədar Ermənistanda saxlanılıb
20:18 / 15-07-2026
Dünya birincisi adına layiq görülən 11 yaşlı Ali Aslanov və onun müəllimi Murad Əliyev Adil Əliyevlə görüşüblər
20:10 / 15-07-2026
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
20:01 / 15-07-2026
Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir
19:58 / 15-07-2026
Polşa Müdafiə Naziri Ukraynaya qarşı üç tələb irəli sürdü
19:53 / 15-07-2026
İki sakin dəmir yolunu partlatmağa cəhddə təqsirli bilinib
19:49 / 15-07-2026
Fransa anormal istilər səbəbindən fəlakətli vəziyyətlə üzləşir
19:44 / 15-07-2026
Polşada evli cütlüyə hücumdan sonra üç ukraynalı saxlanılıb
19:38 / 15-07-2026
Almaniya Polşada keçiriləcək "İstəklilər koalisiyası" təlimlərində iştirak edəcək
19:34 / 15-07-2026
Milli Kəşfiyyat Direktoru vəzifəsinə namizəd Rusiya ilə münasibətlərin yaxşılaşdırılması üçün şərt irəli sürüb
19:31 / 15-07-2026
Fırıldaqçılar tələbəni aldadaraq 80 milyon rubldan çox ziyan vurublar
19:26 / 15-07-2026
Ərazi İşə Qəbul Mərkəzinin əməkdaşı səfərbərliyə mane olmağa çalışan qadına hücum edib
19:22 / 15-07-2026
Zaxarova Qərbi Ukraynaya silah təchizatını dayandırmağa çağırdı
18:22 / 15-07-2026
Tramp Netanyahuya Suriya və Livandan qoşunlarını çıxarmağa çağırdı
18:19 / 15-07-2026
İran ordusu İordaniyadakı ABŞ bazasına hücum etdi və qələbəyə qədər hücumları davam etdirəcəyinə söz verdi
18:15 / 15-07-2026
Britaniya İİKK-nı Avropadakı hadisələrdə iştirakda şübhəli bilir
18:12 / 15-07-2026
Fransanın 2026-cı il Dünya Kubokundan kənarlaşdırılmasından sonra polis Parisdəki Şanzelize Meydanını bağladı
18:09 / 15-07-2026
İİKK üç Yaxın Şərq ölkəsindəki Amerika bazalarına edilən hücumların nəticələrini açıqladı
“Olduğumuz yerə “Smerç” düşdü, elə bildilər yaralanmışam” - Pilot Həşimov
Tarix: 09-05-2021 21:22 | Bölmə: Müsahibə
Vətən müharibəsinin qəhrəmanlarından biri də pilot Taleh Həşimovdur. "Qafqazinfo" xəbər verir ki, Müdafiə Nazirliyinin "Azərbaycan Ordusu" qəzeti təcrübəli pilotla müsahibə edib.
Müsahibəyə keçməzdən əvvəl bildirək ki, evin sonbeşiyi olan Taleh hərbçi ailəsində dünyaya göz açıb. Həyatı dərk etdiyi andan əmiləri Fikrət və Arazı hərbi mundirdə görüb. Qardaşları Qalib və Alim də hərbçi olublar. Bütün bunlar Talehin də həyat yolundan yan keçmir və o, 2004-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olur. 2007-2011-ci illərdə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində təhsil alıb. Hazırda hərbi hissədə uğurlu xidmətini davam etdirir.
- Sizdə hərb sənətinə maraq nə vaxtdan yaranıb?
- Uşaqlıqdan bu sahəyə böyük həvəsim olub. Müxtəlif oyuncaq təyyarələr bir həvəs idi, sonra isə sevdiyim peşəyə çevrildi. Sahib olduğum sənətə sevgiylə, rəğbətlə yanaşıram. Sevgisiz heç bir sənəti inkişaf etdirmək olmaz. Ona görə də hərb peşəsini seçdim. Təyyarəçilik məktəbində oxuduğum zaman dərslərimə xüsusi diqqət yetirdim ki, gələcək xidmətimdə çətinlik çəkməyim. Fikrimcə rütbəsindən, vəzifəsindən asılı olmayaraq hər bir hərbi qulluqçu intizamlı və yüksək mənəvi keyfiyyətlərə malik olmalıdır.
- Xidmətinizə nəzər saldıqda uğurlarınızın üstünlük təşkil etdiyini görürük. Vətən müharibəsində də qəhrəmanlığınızla seçilərək Ali Baş Komandan İlham Əliyev tərəfindən "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmusunuz. Xidməti uğurlarınızı nədə görürsünüz?
- Verilən hər bir təşəkkürə, fəxri fərmana, medala, ordenə layiq olmağa çalışıram. Yəqin ki, bu da daxili intizamdan irəli gəlir. Xidmətim zamanı bədbinliyi özümdən uzaq tuturam. Əhvalım xoş, şən olanda işlərim rəvan, xidmətim problemsiz keçir. Vətən müharibəsinə də xoş əhval-ruhiyyə ilə yollandım. Belə ki, hər zaman dediyim kimi, biz bu döyüşə uzun illər yüksək səviyyədə hazırlaşmışdıq. Qələbə qazanacağımıza, qövr eləyən yaralarımızın sağalacağına inanırdım. Düşünürəm ki, Böyük Qələbəni bizlərə bəxş edən Vətən sevgisi, qorxusuz Azərbaycan əsgərinin Qarabağ həsrətinə son qoymaq istəyi oldu.
- Vətən müharibəsi zamanı çiyin-çiyinə döyüşdüyünüz və hazırda xidmətdə olan hərbçilər haqqında nə deyə bilərsiniz?
- Ümumilikdə döyüşlər zamanı birlikdə xidmət göstərdiyim hər kəsin gözündən Vətən sevgisi, torpaqları tez azad etmək həvəsi sezilirdi. Müharibədə göstərdikləri şücaətə görə polkovnik-leytenantlar Əliyar Əsgərov, Elçin Rəfiyev, mayorlar Sabir Nəsirov, Fərid Bəkirov və kapitanlar Etibar Rzayev, Rasim Abdullayev də müxtəlif medallarla təltif olunublar. Adını çəkdiyim hərbçilər mərd, cəsur insanlardır. Elçin, Sabir, Fərid və Etibar hazırda bizim hərbi hissədə xidmətdədirlər. Əliyar isə xidmət yerini dəyişsə də, Azərbaycan Ordusunda uğurlu xidmətini davam etdirir. Belə mərd, cəsur hərbçilərlə çiyin-çiyinə döyüşməkdən fərəhlənirəm.
- Müharibə dövründən danışaq. Uğurunuza görə kimə borclusunuz, necə oldu ki, döyüşlərə bu qədər həvəslə qatıldınız?
- Bilirsiniz, insan hansısa uğura birdən-birə imza atmır. İllərin əməyinin nəticəsi, bu yolda uğura çatanadək üzərində əziyyəti olan kəslərin səyi önəmli faktordur. Mən də uğurlarımı Boladi kənd 2 saylı tam orta məktəbdən Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini bitirənədək təhsilimdə əməyi olan müəllimlərimə borcluyam. Bir təyyarəçi kimi təcrübəli zabitlər Həmzə Allahverdiyev, İntiqam Rzayev, Mikayıl Hüseynov və Ramin Həsənovun təcrübəsindən yararlandım. SU-25 bombardmançı təyyarəsində isə ilk uçuşlarımı Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik Zaur Nudirəliyevlə birgə yerinə yetirdim. Döyüş tətbiqi uçuşları və gecə uçuşlarımda Vətən Müharibəsi Qəhrəmanı general-mayor Namiq İslamzadənin böyük əməyi olub. Adlarını qeyd etdiyim zabitlərin hər birinin təyyarəçi kimi yetişməyimdə zəhməti böyükdür.
- Vətən müharibəsində unudulmaz an haqqında danışmağınızı istəyərdim...
- Vətən müharibəsində unudulmaz an olaraq ilk döyüş uçuşuna gedəcəyimiz tapşırığı alanda çox həyəcanlandığımı qeyd etmək istərdim. Çiynimizdə çox böyük məsuliyyət vardı. Əks-hücum əməliyyatı başlamışdı və düşmənə havadan zərbə endirməliydik. Burada ən önəmli faktor özgüvən, illərin yaratdığı təcrübə və Vətən sevgisi idi. Çünki insan özünə və təcrübəsinə güvənərək vəzifəsini icra edirsə, ürəkdəki Vətən sevgisi ən pik həddə çataraq canından belə dəyərli olur. Bu istək və sevgiylə düşmənə zərbə vuracaqdıq. Zərbələr nə qədər sarsıdıcı və dəqiq olacaqdısa, qoşunlarımız bir o qədər rahat irəliləyəcəkdi. Şükürlər olsun ki, tapşırığın öhdəsindən layiqincə gəldik. İlk döyüş uçuşuna qalxarkən ağlımda bir düşüncə var idi: Qarabağın və səmaların açarı qəlbdəki Vətən sevgisidir... Zədələnən kombinezona gəldikdə isə döyüş mövqelərindən birində olarkən düşmən tərəfindən atılan SMERÇ tipli raket olduğumuz yerə düşdü. Dərhal təyin olunan sığınacaqlara qaçmağa başladıq. Bu zaman ikinci raketi atdılar və sanki yer ayağımın altından üzüldü. Yıxıldım və mayor Fərid Bəkirov yaralandığımı sandı. Amma təkcə kombinezonum cırıldı. Bu gün həmin kombinezonu ən dəyərli əşyamtək saxlayıram. Qeyd edim ki, xoşbəxtçilikdən nə mən, nə də başqa biri xəsarət almadı.
Baxış sayı: 967
Bölməyə aid digər xəbərlər

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə