21:05 / 16-07-2026
Kurlaeva: "Zaporojye AES-in baş mühəndisi nüvə fəlakətinin qarşısını almaq üçün hər şeyi etdi"
20:54 / 16-07-2026
Filippot Makronu yanğınlarla mübarizə aparmaq üçün vəsait çatışmazlığına görə tənqid etdi
20:51 / 16-07-2026
FESCO-nun keçmiş həmsahibi və prezidenti Moskvada qiyabi həbs edilib
20:47 / 16-07-2026
Zelenski Ukraynanın müdafiə naziri vəzifəsinə müvəqqəti Təhlükəsizlik Xidmətinin rəhbəri Xmaranı təklif etdi.
19:29 / 16-07-2026
Əməkdar jurnalist Səyyad Ağbabalı sabiq polis rəisinin yasında çıxış etdi
17:18 / 16-07-2026
ABŞ Rusiyaya qarşı sanksiyalar haqqında qanuna Lindsi Qrehemin adının verilməsini təklif edib
17:13 / 16-07-2026
İki işçi tikinti sahəsində yıxılaraq ölüb
17:11 / 16-07-2026
İstanbulda saxlanılan Rusiya vətəndaşları cümə günü deportasiya ediləcəklər
17:09 / 16-07-2026
Qadın balta ilə üç avtomobili əzdi
17:05 / 16-07-2026
Türkiyə Ukraynaya dəniz təhlükəsizliyi zəmanətləri verməyə hazırdır
16:59 / 16-07-2026
Raket zərbəsindən sonra qurbanların hüquqları izləniləcək
16:56 / 16-07-2026
Rusiya və Ukrayna həlak olan əsgərlərin cəsədlərini mübadilə etdilər
16:53 / 16-07-2026
Narkotik təbliğatına görə cərimələndi
16:49 / 16-07-2026
Kreml Ukrayna və İran ətrafındakı vəziyyətlər arasında paralellər çəkməkdən çəkinirdi
16:46 / 16-07-2026
Rusiya ABŞ-dan sonra Avropaya mayeləşdirilmiş təbii qazın ikinci ən böyük təchizatçısına çevrilib
16:42 / 16-07-2026
AB Bolqarıstan üçün müstəqil kurs tələb edən Radevi izləyir
16:38 / 16-07-2026
Dövlət Duması Rusiyanın nüvə triadası qüvvələrini Ukrayna pilotsuz təyyarələrinin zərbələrinin əsas hədəfi hesab edir
16:30 / 16-07-2026
Puqaçova Moskvanın mərkəzindəki lüks mənzilin qiymətini aşağı salmağa məcbur oldu
16:23 / 16-07-2026
Rusiyanın ATƏT-dəki Daimi Nümayəndəsi Aİ-ni Ukraynanın mülki şəxslərin qətlini dəstəkləməkdə günahlandırdı
16:17 / 16-07-2026
Politoloq Vuçiçin Kiyev sammitinə niyə getdiyini izah etdi
16:15 / 16-07-2026
Kibercinayət işi ilə əlaqədar Ermənistanda saxlanılıb
20:18 / 15-07-2026
Dünya birincisi adına layiq görülən 11 yaşlı Ali Aslanov və onun müəllimi Murad Əliyev Adil Əliyevlə görüşüblər
20:10 / 15-07-2026
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
20:01 / 15-07-2026
Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir
19:58 / 15-07-2026
Polşa Müdafiə Naziri Ukraynaya qarşı üç tələb irəli sürdü
19:53 / 15-07-2026
İki sakin dəmir yolunu partlatmağa cəhddə təqsirli bilinib
19:49 / 15-07-2026
Fransa anormal istilər səbəbindən fəlakətli vəziyyətlə üzləşir
19:44 / 15-07-2026
Polşada evli cütlüyə hücumdan sonra üç ukraynalı saxlanılıb
19:38 / 15-07-2026
Almaniya Polşada keçiriləcək "İstəklilər koalisiyası" təlimlərində iştirak edəcək
19:34 / 15-07-2026
Milli Kəşfiyyat Direktoru vəzifəsinə namizəd Rusiya ilə münasibətlərin yaxşılaşdırılması üçün şərt irəli sürüb
19:31 / 15-07-2026
Fırıldaqçılar tələbəni aldadaraq 80 milyon rubldan çox ziyan vurublar
19:26 / 15-07-2026
Ərazi İşə Qəbul Mərkəzinin əməkdaşı səfərbərliyə mane olmağa çalışan qadına hücum edib
19:22 / 15-07-2026
Zaxarova Qərbi Ukraynaya silah təchizatını dayandırmağa çağırdı
18:22 / 15-07-2026
Tramp Netanyahuya Suriya və Livandan qoşunlarını çıxarmağa çağırdı
18:19 / 15-07-2026
İran ordusu İordaniyadakı ABŞ bazasına hücum etdi və qələbəyə qədər hücumları davam etdirəcəyinə söz verdi
18:15 / 15-07-2026
Britaniya İİKK-nı Avropadakı hadisələrdə iştirakda şübhəli bilir
18:12 / 15-07-2026
Fransanın 2026-cı il Dünya Kubokundan kənarlaşdırılmasından sonra polis Parisdəki Şanzelize Meydanını bağladı
18:09 / 15-07-2026
İİKK üç Yaxın Şərq ölkəsindəki Amerika bazalarına edilən hücumların nəticələrini açıqladı
Əsmər Nərimanbəyova: "Azərbaycan rəssamlarının əsərlərini dünyaya tanıtdırmaqdan zövq alıram"
Tarix: 09-02-2021 17:08 | Bölmə: Müsahibə
Əsmər Nərimanbəyova
Rəssam Əsmər Nərimanbəyova təkcə ölkəmizdə yox, ölkə hüdudlarından çox-çox uzaqlarda da məşhurdur. İyirmi ildən çoxdur Fransada yaşayıb-yaradan sənətkarımızı doğma yurdunda daha çox valideynləri Xalq rəssamı Toğrul Nərimanbəyov və Əməkdar rəssam, heykəltaraş Elmira Hüseynovaya görə tanıyırlar. Bizim cəmiyyətdə çoxdandır mövcud olan ehkam düşüncə tərzi məşhur valideynlərin özünü doğrultmağa bacarmış övladlarını “hə də, atası (anası) arxa durub, qabağa çıxarıb onu” deyə damğalayır. Amma Əsmər xanım xaricdə şöhrət qazanmaqla sırf öz istedadı və zəhmətkeşliyi ilə ad-san sahibi olduğunu sübut edənlərdəndir.
“Report”a verdiyi müsahibədə Əsmər Nərimanbəyova yaradıcılıq, Parisdə sürdüyü həyat, Vətənlə əlaqələri haqqında söhbət açıb:
- Əsmər xanım, görkəmli sənətkarlar ailəsində doğulub böyüməyiniz Sizə nələr qazandırıb?
- Çox şey qazandırıb desəm, sönük çıxacaq. Bizim ailədə milli adət-ənənələrə ehtiram, incəsənətə heyranlıq hakimdi, atam da, anam da, onların dostları da yaradıcı insanlardı. Biz sənətin ab-havası içində yaşayır, onu ciyərimizə çəkirdik. Uşaqlığımdan Azərbaycan mədəniyyətinin içində böyüsəm də, bununla yanaşı Avropa mədəniyyətilə də hərtərəfli qaynayıb-qarışmışam. Evdə olan saysız-hesabsız incəsənət kitabları mənim tərbiyəmin əsasını qoydu. O kitablar sevimli mütaliəmdi, indiyədək həmin duyğular içimdədir. Elə ilk kitab şəkillərimi də Velaskesin “Las Meninas” əsərini görəndən sonra işləməyə başladım. Qədim Avropa cəngavərliyi haqqında kitabları, Orta dövr, İntibah dövrü ilə bağlı ədəbiyyatı oxumağı çox sevərdim. Boyakarlıq əsərlərinin yer aldığı kitabları vərəqləməkdən sinov gedərdim. İllər sonra, artıq böyüyəndə də o zaman məni bu cür yaradıcılıq mühitində böyüdüb tərbiyə verdiklərinə görə valideynlərimə dərin minnətdarlıq hissi qalıb ürəyimdə. İndi də oğlum üçün bu cür ab-hava yaratmağa çalışıram... Həmçinin Azərbaycan və fars miniatür sənətilə də marqlanırdım. Nəticədə Şərq və Qərb mədəniyyətlərinə, onların qovuşmasına maraq yarandı məndə. Bu mədəniyyətlərin hər biri digəri olmadan mövcud ola bilməz, tarix boyu onlar arasında qarışıqlı əlaqələr, mübadilə olub. Dünya vahid bir bütövdür.

- Görünür, Qərb insanını həm öz əsərlərinizlə, həm də Azərbaycanın başqa rəssamları ilə tanış etmək istəməyiniz elə bununla bağlıdır.
- Fransada 1996-cı ildən yaşayıram. Buraya köçməyim həyat yoldaşımın Avropa Şurasında işləməsilə bağlı oldu. Atam da buraya köçmüşdü. Fransada elə ilk günlərdən həm fərdi sərgilərimi, həm də soydaşlarımızın əsərlərindən ibarət sərgilər təşkil etməyə başladım. Azərbaycan rəngkarlıq məktəbini burada tanıtdırmağa can atırdım. Bu sərgilər bəlkə də 50-yədək oldu. Təkcə Fransada yox, Bakıda öz qalereyamda, həmçinin Almaniyada, İngiltərədə, başqa ölkələrdə də keçirmişik. İlk üç sərgi, o cümlədən mənim fərdi sərgim və iki qrup sərgisi 2001-ci ildə Strasburqda, ölkəmiz Avropa Şurasının üzvlüyünə daxil olduğu ərəfədə keçirildi. Bu hadisə ilə əlaqədar Strasburqa səfər edən ümummilli liderimiz Heydər Əliyev də mənim bəxtimdən sərgilərimizlə tanış oldu. Bundan bir müddət sonra isə Əməkdar rəssam adına layiq görüldüyümü bildim. Bakıda gənc rəssamlarımızın sərgilərini təşkil etməklə bağlı ATƏT-in bir neçə layihəsini həyata keçirtdik. Eyni zamanda rəngkarlıq ustalarımızın bir çox sərgilərini Avropada da təşkil etmişəm. Parisdə lap prezident iqamətgahının yaxınlığında “Sotheby’s” və başqa məşhur hərrac binaları, habelə “Rus incəsənəti qalereyası” yerləşir. Yəni həmin ərazi çox hörmətli yerdir. Burada fırça ustalarımızın dörd böyüklər, iki uşaqlar sərgisini təşkil etmişik. Əslində təşkil etdiyim bütün sərgilərdən danışmaq çətindir, amma bir də Parisdəki “Bortone” qalereyasında dəfələrlə Azərbaycan və Türkiyə rəssamlarının sərgiləndiyini qeyd etmək istəyirəm.

Fransada banisi olduğum “Association de Togrul Narimanbekov” adlı təşkilatın məqsədi müxtəlif ölkələrdən sənətkarlar arasında mədəni mübadilə, habelə incəsənət sərgilərinin keçirilməsidir. Yəqin ki, bu cür tədbirlərin təkcə sənətsevərləri yox, həm də siyasətçiləri, ictimai xadimləri, beynəlxalq təşkilatların nümayəndələrini də cəlb etməsini söyləməyə lüzum yoxdur.
Mən sözlə yox, daha çox işlərimlə, əsərlərimlə danışmağı xoşlayıram. İndi sizə danışmaq istədiyim bir müsabiqə mənə maraqlı gəlir. Belə ki, “Faberge” şirkətinin Londonda keçirdiyi “The Big Egg Hunt” (yəni böyük yumurta ovu) adlı xeyriyyə sənət layihəsində iştirak etmişdim. Yumurta axtarmaq oyunu Qərb ölkələrində qeyd edilən Pasxa (mövlud) bayramının qədim adətidir. Həmin tədbir zamanı da paytaxtın müxtəlif yerlərində qurulan bir metrə yaxın hündürlükdə şüşə plastik yumurta maketləri bir çox ölkələrdən gələn həm peşəkar, həm də gənc dizaynerlər tərəfindən rənglənmişdi. Mən də bizim ölkə adından iştirak edərək yumurta rənglədim və həmin əsərin adını “Bakım” qoydum. Həmin əsər sonradan Londondakı məşhur Hayd Parkda sərgiləndi, daha sonra da “Sotheby’s”də satıldı. Onu da deyim ki, həmin layihədən əldə olunan vəsaitlər Asiya fillərinin mühafizəsilə məşğul olan “Elephant Family” və uşaqların problemlərilə məşğul olan “Action for Children” təşkilatların nəfinə toplanırdı. Həmçinin Vyanada, Berlində fərdi sərgilərim, İtaliyanın 5 şəhərində qrup sərgiləri keçirilib. İtalyanlar bizim sənət nümunələrinə çox böyük maraq göstərirdilər. Öz fərdi sərgilərim haqqında danışmağımın səbəbi vətənim Azərbaycanı təmsil və təqdim etməyimdir. İkinci Qarabağ müharibəsi dövründə Fransada baş verənlər burada bizim ölkəni, Azərbaycan və Qarabağ həqiqətlərini, sənət adamlarımızı tanıtdırmağın nə qədər böyük əhəmiyyət daşıdığını bir daha ortaya qoydu.

- Bütövlükdə Vətən müharibəmizi, Ordumuzun möhtəşəm qələbəsini burada necə qarşıladılar?
- Həmin o 44 gün ərzində hamımız gecələr yatmır, əlimizdə telefon daim vəziyyəti izləyirdik. Sözsüz ki, müharibə dəhşətdir, övladlarını şəhid verən anaları da yaxşı başa düşürəm. Amma bütün bunlarla torpaqlarımızın azad olunması çox böyük hadisədir, xalqımızın başucalığıdır. Atam əslən Şuşadandır, rus imperatoru İkinci Nikolayın Şuşanın bir neçə kəndinin ulu babama verdiyi mülkiyyət sənədləri indi də bizdədir. Hələ hər bir azərbaycanlı üçün Qarabağın nə demək olduğunu da yəqin ki, izah etmək artıqdır. Əlbəttə, burada karantin olduğu üçün hər hansı kütləvi aksiyalardan söhbət gedə bilməzdi. Burada Azərbaycan Mədəniyyət Mərkəzi də fəaliyyət göstərir, amma Fransada güclü erməni diasporu üzündən onların işi də xeyli çətindir.

Təsəvvürə gətirin, hələ əvvəlcədən, müharibə olacağını bilmədən “Şuşa ruhu” adlı sərgi hazırlamağa başlamışdım. Bəlkə də Şuşanın ruhu var və bizi bu işə sövq edib... O sərgidə Azərbaycan, Türkiyə, İtaliya rəssamları Nigar Familsoy, Tofiq Ağayev-Nərimanbəyov, Röya Həsənova, Rəna Əmrahova, Vəfa Əfəndizadə, Aysel Mirqasımova, Leyli Müseyibova, Olqa Palkovitz, Cəmalə Rəhmanlı, Zərifə Mirzəyeva, Sahib Əsədli, Leyli Musayeva, Hurgül Əliyeva, Zəhra Məmmədzadə, Fidan Səmədzadə, Zəhra İldırımzadə, Ayla Əziz, Zəhra Məmmədova, Ayan Nəbiyeva, Kamran Müzəffər Gəncər, Andrea Pozzi, Nərminə Vəliyeva, Ayla İnsanova, Luçiano Kagianello, Leyla Əliyeva, Güli Quliyeva, Hüseyn Haqverdiyev, Validə Rüstəmova iştirak edirdilər. Doğma torpaqlarımızın, Vətən uğrunda döyüşən igid oğullarımızın fikri məni də rahat buraxmırdı.

- Bir neçə kəlmə də planlarınızla bağlı danışardınız.
- Fevralın 9-da, anamın doğum günü onun xatirəsinə həsr olunmuş “İnsanlar, şəhərlər, zaman” adlı fotosərgi açılır. Bu tədbirdə müxtəlif dövrlər arasında bağlantını göstərmək istəyirəm. Sərgidə əvəllər təşkil etdiyim sərgilərdə iştirak etmiş rəssamların fotokamera vasitəsilə dünyanı necə gördüklərini əks edən foto əsərləri, habelə onların ailə böyüklərinin milli geyimdəki fotoşəkilləri, müasirlərimizin şəkilləri, həmçinin əlbəttə ki, ailəmizin də fotosalnaməsi təqdim olunacaq. Yəqin xəbəriniz var, ata babam Bakının qubernatoru olub. Orada İsaak Rubençik, Rafiq Nağıyev kimi ustalar tərəfindən çəkilmiş atam və anamın şəkilləri, Rafiq Qəmbərovun əsərləri də olacaq. Orada çoxdandır aramızda olmayanların çöhrəsini görə biləcəyik. Həmin sərgidə Azərbaycan, Gürcüstan, Almaniya təmsilçisi olan İrine Caparidzze, Maya Bağırova kimi peşəkar fotoqraflar da iştirak etdiyinə görə müxtəlif ölkələrin müxtəlif dövrlərə aid insan və cəmiyyət görüntüləri ortaya çıxarılacaq. Bütün əsərlər ağ-qara olduğuna görə atam Toğrul Nərimanbəyovun bir neçə boyakarlıq əsərini də yerləşdirib bir az rəng qatmağı düşünürəm.
Baxış sayı: 1 129
Bölməyə aid digər xəbərlər

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə