Bütün xəbərlər
Aktyor Nuqzar Şariya vəfat edib
Tarix: 03-12-2022 00:40 | Bölmə: Mədəniyyət


Sovet filmlərində oynadığı rollarla geniş tanınmağa başlayan gürcü teatr və kino aktyoru Nuqzar Şariya vəfat edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 81 yaşlı sənətçinin ölümünə Gürcüstanın baş naziri İrakli Qaribaşvili münasibət bildirib.
Nuqzar Şariyanın vəfatı ilə əlaqədar Gürcüstan rəsmiləri tərəfindən başsağlığı verilib. Baş nazir İrakli Qaribaşvilinin mesajında aktyorun gürcü kino tarixində xüsusi şəxsiyyət olaraq qalacağı vurğulanır.
TASS Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən siyasətçinin sözlərini sitat gətirir: “Cənab Nuqzar çox unudulmaz rolları ilə gürcü tamaşaçılarının sevimlisi olub.
Nuqzar Şariyanın kino karyerasının ən parlaq dövrü 1960-cı illərə təsadüf edir. 1961-ci ildə baş rolu oynadığı "Enquri sahillərində" filmi ekranlara çıxdı. Bunun ardınca “Dağların qanunu”, “Abesalom və Eteri” və digər filmlərin çəkilişləri aparılıb. Aktyor Tbilisidəki Şota Rustaveli teatrının tamaşalarında da oynayıb.


Baxış sayı: 158


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya