Bütün xəbərlər
"Ghostbusters"ın ulduzu 66 yaşında vəfat edib
Tarix: 18-11-2022 00:48 | Bölmə: Mədəniyyət


"Ghostbusters"ın aktrisası və model Kimberli Herrin 65 yaşında vəfat edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,sənətçinin ailəsindən verilən məlumata görə, o, oktyabrın 28-də dünyasını dəyişib. Yaxınları ölüm səbəbini açıqlamayıb. Onun doğulduğu Kaliforniya ştatının Santa Barbara şəhərində dünyasını dəyişdiyi məlum olub.
Aktrisa Maykl Duqlasın oynadığı "Romancing the Stone" və "Beverly Hills Cop" filminin ikinci hissəsi kimi filmlərdə rol alıb. Ümumilikdə onun filmoqrafiyasında ona yaxın layihə var idi. O, daha çox aktyor Den Aykroyd ilə birlikdə "Ghostbusters" filmindəki kabus obrazı ilə tanınır.
Filmə çəkilməklə yanaşı, Herrin uğurlu modellik karyerası qurmağı bacarıb. O, həm yerli, həm də beynəlxalq parlaq jurnallarda yer alıb.



Baxış sayı: 179


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya