Bütün xəbərlər
Şuşada dünənki möhtəşəm gündən - Video
Tarix: 15-07-2022 22:34 | Bölmə: Mədəniyyət

                   Şuşada dünənki möhtəşəm gündən



Şuşada Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə “Vaqif Poeziya Günləri” bu gün başa çatıb.
Ötəngünkü açılış mərasimi və konsert proqramı isə iştirakçıların yadında rəngarəng sərgi, muğam müşayiəti ilə təsirli şeirlərin səsləndirilməsi və Cıdır düzündəki konsert-tamaşa ilə yadda qalıb.
Belə ki, tədbir çərçivəsində təşkil edilən kitab sərgisində 100-dən çox şair və yazıçının kitabları nümayiş etdirilib. Daha sonra “Vaqif Poeziya Günləri” dahi şairin məqbərəsi önündə davam edib. Vətən müharibəsi iştirakçısı olmuş şairlər, eyni zamanda, ziyalılar vətənpərvərlik və qəhrəmanlıq mövzusunda şeirlər səsləndiriliblər.
“Vaqif Poeziya Günləri”nin ilk günü Cıdır düzündə möhtəşəm konsert-tamaşa ilə yekunlaşıb. Musiqili tamaşada Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədovalar, Samir Cəfərov, Əməkdar artistlər Fərqanə Qasımova, Qoçaq Əsgərov, Nuriyyə Hüseynova və digər incəsənət xadimləri çıxış ediblər.
“Qafqazinfo”nun Şuşaya ezam olunmuş əməkdaşlarının “Vaqif Poeziya Günləri”nin ilk günündən hazırladığı videoreportajı təqdim edirik:


             


Baxış sayı: 222


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya