Bütün xəbərlər
Sumqayıtda məktəblilər arasında bədii qiraət müsabiqəsi keçirildi
Tarix: 29-04-2022 21:52 | Bölmə: Mədəniyyət

    Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 29 aprel 2022-ci il tarixində Mərkəzləşdirilmiş Kitabxana Sistemində Xan qızı Xurşidbanu Natəvanın 190 illiyinə həsr edilmiş bədii qiraət müsabiqəsi keçirilmişdir.
     Müsabiqədə görkəmli şairənin qəzəlləri musiqilər fonunda gənclər tərəfindən səsləndirilmişdir.
     Sonda münsiflər heyətinin qərarına əsasən Soltanlı Ayxan I, Namazova Mələk, Cəbrayılova Mələk II, Mehrəliyeva Sərmayə, Nəbizadə Nəzrin, Həsənova Həcər isə III yerlərə layiq görülmüşlər.
    Qaliblər fəxri fərman və hədiyyələrlə təltif edilmişlər.
Sabaha-inamla.az





Baxış sayı: 227


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya