22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Ukraynanın azərbaycanlı Xalq rəssamı koronavirusdan vəfat edib
Tarix: 19-11-2021 13:50 | Bölmə: Mədəniyyət

                  Ukraynanın azərbaycanlı Xalq rəssamı koronavirusdan vəfat edib


Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov ömrünün 59-cu ilində koronavirusdan dünyasını dəyişib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tanınmış sənətkar bir müddətdir bu xəstəlikdən Türkiyənin Alaniya şəhərində müalicə alırdı:
"1962-ci il oktyabrın 19-da Naxçıvan Muxtar Respublikasının Siyaqut kəndində anadan olan soydaşımızın taleyində Ukraynanın Xarkov şəhəri xüsusi yer tutub. Xarkov İncəsənət və Sənaye İnstitutunu bitirən S.Qurbanov sonradan Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının Heykəltəraşlıq kafedrasının dosenti və Ukrayna Rəssamlar İttifaqının Xarkov filialının üzvü olub. Ukraynanın Kiyev şəhərindəki "Səməd Vurğun", İrpensk şəhərindəki "Zərifə Əliyeva" və digər abidələrin müəllifidir.
2004-cü ildə "Ukraynanın Əməkdar rəssamı", 2005-ci ildə isə "Ukraynanın Xalq rəssamı" fəxri adlarına layiq görülüb. 2006-cı il martın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Diasporla İş üzrə Dövlət Komitəsi dərin hüznlə mərhumun ailəsinə və Ukraynadakı diaspor üzvlərinə başsağlığı verir, onların kədərinə şərik olur.
Allah rəhmət eləsin!" - məlumatda qeyd edilir.





Baxış sayı: 325


Bölməyə aid digər xəbərlər