22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Vüqar Pərvizi biabır etdi: “Deyirlər onu tədbirə gətirmə”
Tarix: 15-04-2021 09:40 | Bölmə: Mədəniyyət

          “Çünki gəlir orda quyruq bulayır. O meydanda oynaya bilmir”      

             


“Artıq öz janrını dəyişib, bizim oyunu oynamaq istəmir”

“Meyxana ciddi sənətdir. Amma janr olaraq şitləşdiriblər. Bəzi aktyorlar  şit davranmağa başladılar. Guya meyxanaçılar yüngül və tərbiyəsizdirlər. Bu mənim xoşuma gəlmir. Onlara səslənirəm ki, belə etməsinlər. Meyxana dəyəri olan sənətdir. Vaxtilə ağsaqqallarımız bu janra qulaq asıblar”.
“Sherg.az” xəbər verir ki, bu sözləri “Səhər-səhər” verlişində  meyxana ustadı Vüqar Əbdülov deyib. O, həmkarlarına da irad bildirib:

“Əvvəllər ustadlarımız, məsələn, Nizami Rəmzi, Ağasəlim Çıldaq öz sanballarını qoruyublar. Onlar müharibənin çətin vaxtlarında xalqa dəstək olublar. İndi də biz əsgərimizin, qazimizin, dövlətimizin yanındayıq. Çox ciddi işlə məşğuluq. Bəzi saytlar bir nəfəri götürürlər, onun üzərindən yazırlar. Misal üçün Pərviz Bülbüləyə səslənirəm, ayıb olsun. Lazım deyil belə şeylər etmək.

Meyxana folklor kimi kinoya, tamaşaya düşüb. Cəfər Cabbarlı kimi dahi tamaşalarında, əsrlərində meyxanaya yer verib. Bu sadə bir şey deyil. Yaxşı ustadlar var, ciddi meyxanalar deyirlər, böyük şairlərin şeirlərinə nəzirə, təxmis yaza bilirlər. Bunu səhnələrə, arenaya çıxarmaq əvəzinə , vermişik uşaq-muşağın əlinə ki, ala bunu xırdala.

Belələri çoxalıb, yəni dərinliyinə gedə bilməyənlər üzdən suyu bulandırırlar. Bir neçə bulaq var, ordan ola bilmirlər, gözləyirlər suyu axırda bulandırsınlar. Ustadlara müraciət etmək lazımdır. Biz neçə dəfə Pərvizə demişik. Tək o deyil, ona qoşulan bir neçə nəfər də var. Onlar deyirlər, bu mənim layihəmdi,  “YouTube”  səhifəmdir. Söyləyirlər ki, meydançamız ayrıdı. Biz də onları öz meydançamıza buraxmırıq. Xiridar da həmin meyxanaçıları görmək istəmir. Mənə deyiblər ki, Pərvizi gətirmə.  Elə vaxtlar var idi ki, deyirdilər Pərviz olmasa gəlməyin. Onda meyxana deyirdi.  İndi söyləyirlə ki, lazım deyil. Çünki gəlir orda quyruq bulayır. O meydanda oynaya bilmir. Artıq öz janrını dəyişib, bizim oyunu oynamaq istəmir”.



Baxış sayı: 521


Bölməyə aid digər xəbərlər