Bütün xəbərlər
“Space”ə yeni rəhbər təyin olunub?
Tarix: 15-02-2021 15:17 | Bölmə: Mədəniyyət

                   “Space”ə yeni rəhbər təyin olunub?


Space TV-yə yeni rəhbər təyin olunub.
“Qafqazinfo” xəbər verir ki, Kamil Şahverdiyev kanalın yeni rəhbəri təyin edilib.
Xatırladaq ki, K. Şahverdiyev indiyə qədər telekanalda icraçı direktor vəzifəsini tuturdu. O, dahi sənətkar Rəşid Behbudovun qızı Rəşidə Rəşidlə evlidir. K. Şahverdiyev eyni zamanda Rəşid Behbudov Fondunun da direktorudur.
Qeyd edək ki, kanalın eks-rəhbəri Vaqif Mustafayev fevralın 5-də tutduğu vəzifədən azad edilib. O, kanala 2006-cı ildən rəhbərlik edib.
“Space” telekanalının qurucusu, Azərbaycan Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva Vaqif Mustafayevin sözügedən kanalın rəhbərliyindən uzaqlaşdırılması ilə bağlı açıqlama vermişdi.  O qeyd etmişdi ki, son zamanlar Space TV-nin fəaliyyəti onu da narahat edib və V. Mustafayev kanalı özü tərk etməyib, təsisçinin hüququ ilə şəxsən vəzifəsindən azad edilib. 
Telekanalın qurucusu rəhbər vəzifəsinə həmin şəxsin artıq qərarlaşdırıldığını və tezliklə kanalın işçilərinə və ictimaiyyətə təqdim ediləcəyini bildirmişdi. 
***
Space TV-dən "Qafqazinfo"ya bildirilib ki, Kamil Şahverdiyev müvəqqəti olaraq kanalın rəhbəri vəzifəsini icra edir. 


Baxış sayı: 412


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya