16:53 / 26-11-2026
3 yaşlı qıza hücum edən itin sahibi saxlanılıb
16:50 / 26-11-2026
Sərnişin avtobusu aşdı; xəsarət alan olmayıb
16:47 / 26-11-2026
Makron AB sammitində Sançezi əvəz edəcək və İspaniyanı təmsil edəcək
16:43 / 26-11-2026
FİFA kiberhücumların hədəfinə çevrilib
16:38 / 26-11-2026
Media: Ukrayna Silahlı Qüvvələrinin təyyarəsi Lvovdakı qapalı aerodromdan Varşavaya gəlib
16:26 / 26-11-2026
Sərxoş qadın başqasının avtomobilini oğurlayıb zədələyib
16:22 / 26-11-2026
Varşavada prezident sarayının yaxınlığındakı meydanda bir ukraynalı intihara cəhd etdi
16:12 / 26-11-2026
ABŞ Ukraynaya 621,9 milyon dollar dəyərində "F-16" texniki xidmətinin satışını təsdiqləyib
16:02 / 26-11-2026
Azarkeş Çempionlar Liqası matçında vəfat etdi
13:55 / 26-11-2026
CD və DVD texnologiyasının qabaqcılı olan fizik Ceyms T.Rassel vəfat etdi
13:52 / 26-11-2026
Saxta kommunal xidmət işçiləri dəstəsi saxlanılıb
13:47 / 26-11-2026
Paşinyan konstitusiya qəbul etmək üçün erkən parlament seçkilərini istisna etməyib
13:44 / 26-11-2026
Narkotik işi üzrə saxlanılan "Möhtəşəm əsr" aktrisaları azadlığa buraxıldı
13:39 / 26-11-2026
Paşinyan: "Ermənistanın Rusiyaya zərər vermək istəyi yoxdur və istəməyəcək"
23:11 / 25-11-2026
Afrikadan olan tələbə avtomobilində 10 kq marixuana ilə saxlanılıb
23:08 / 25-11-2026
Gürcüstan hakimiyyəti Rusiyanın Abxaziya və Cənubi Osetiyaya qarşı siyasətini təhlükə hesab edir
20:04 / 25-11-2026
ABŞ İsrailin plutonium və nüvə arsenalı haqqında məlumatları açıqlayıb
20:01 / 25-11-2026
Uşakov Rusiyanın Zelenski ilə danışıqlar aparmadığını bildirdi
19:58 / 25-11-2026
Artamonov: "Ukraynada 800 nəfərlik Fransa xüsusi təyinatlı qüvvələri alayı fəaliyyət göstərir"
19:54 / 25-11-2026
Soçidə ilk istixana banan məhsulu yığılıb
19:51 / 25-11-2026
Gecə barının yaxınlığında baş verən münaqişədən sonra əsgər reanimasiyaya yerləşdirilib
19:18 / 25-11-2026
Britaniya dron təhlükəsi səbəbindən hərbi təyyarələri anqarlara köçürür
19:13 / 25-11-2026
Dron hücumunda hamilə qadın yaralanıb və uşağı ölüb
19:10 / 25-11-2026
Sərxoş bir kişi narkomaniya mərkəzinin pəncərəsindən qaçıb
19:07 / 25-11-2026
Polis bir qadının vəhşicəsinə döyülməsinin səbəblərini araşdırır
19:05 / 25-11-2026
Tikinti şirkətinin sahibi bıçaqlanıb
18:59 / 25-11-2026
İslam Rzayevin bu əmlakları üzərinə - Həbs qoyuldu
18:54 / 25-11-2026
Elmira Şabanova vəfat etdi
15:57 / 25-11-2026
Bruney sultanı: "Putinin gələcək səfəri baş verərsə, bizim üçün vacibdir"
15:51 / 25-11-2026
Latviya Estoniyanın Rusiya ilə sərhədini bağlamasını səhv adlandırır
15:47 / 25-11-2026
Sərbəst güləş üzrə əməkdar məşqçi 96 yaşında vəfat edib
15:39 / 25-11-2026
Televiziya aparıcısı Lazareva Lissabona uçuş zamanı qarət edilib
15:34 / 25-11-2026
Sərnişin daşıyan tramvaya atəş açmaqda ittiham olunan şəxs həbs edilib
15:29 / 25-11-2026
Analitik Malinen: "Ruttenin danışdığı müharibə artıq dayandırıla bilməz"
12:14 / 25-11-2026
Zaxarova Avropa Komissiyasını Rusiyaya qarşı sanksiyalardan dəyən ziyanı hesablamağa çağırdı
12:08 / 25-11-2026
Bir evin dağıntılarını təmizləyərkən cəsəd tapılıb
12:05 / 25-11-2026
Hörmüz boğazında minalara dəydikdən sonra iki tanker alovlanıb
Elmar Məmmədyarov: Ermənistanın işğalına son qoyulacağı təqdirdə Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək
Tarix: 21-03-2019 10:41 | Bölmə: Manşet
Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək.
Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Buenos-Ayresdə Cənub-Cənub əməkdaşlığı üzrə Birləşmiş Millətlər Təşkilatının ikinci yüksək səviyyəli konfransında çıxışında deyib.
Nazir bildirib ki, Cənub-Cənub əməkdaşlığı sürətli inkişafla öz aktuallığını sübut etmiş Cənub-Cənub həmrəyliyinin təzahürüdür. Bu, inkişaf etməkdə olan ölkələrin üzləşdiyi çağırışların həllində və onların inkişafına vacib töhfə verən mühüm əhəmiyyət kəsb edən vacib bir proses olaraq artan və dinamik fenomendir. Qloballaşma və iqtisadiyyatlar arasında qarşılıqlı asılılığın dərinləşməsi prosesləri fonunda Cənub-Cənub əməkdaşlığının möhkəmləndirilməsi həm inkişaf strategiyası kimi, həm də BMT-nin əsas məqsədi olan inkişaf etməkdə olan ölkələrin beynəlxalq iqtisadi münasibətlərdə tam iştirakını təmin etmək vasitəsi kimi vacib şərtə çevrilib:
"Həqiqətən də bir sıra əsas inkişaf etməkdə olan ölkələrin sürətli iqtisadi artımı, Cənub-Cənub ticarətini və investisiyanı stimullaşdırmaqla qonşu ölkələrin inkişaf perspektivlərini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırıb. Bu gün inkişaf etməkdə olan ölkələr Cənub-Cənub əsasında bölüşülə biləcək, inkişaf sahəsində müxtəlif səviyyəli təcrübə və bacarıqlar toplayıblar. Qlobal tərəfdaşlıq inkişaf etməkdə olan ölkələrin problemlərini həll etmək istiqamətində həlledici olacaq. Cənub-Cənub və Üçtərəfli Əməkdaşlıq strukturu inkişaf etməkdə olan ölkələrin öz inkişafı üçün siyasət meydanına malik olmasını tələb edir".
E.Məmmədyarov vurğulayıb ki, Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinə qoşulmaqla, Azərbaycan hazırda qlobal Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) milli siyasət və proqramlara çevirməklə, milli inkişaf strategiyasını DİM-lərə uyğunlaşdırmaq üçün səylərini artırır. İnklüziv və dayanıqlı inkişaf əldə etmək, neftdən asılı iqtisadiyyatdan daha şaxələnmiş iqtisadiyyata keçid etmək, insan inkişafına davamlı sərmayələr yatırmaq və Azərbaycanın ixrac potensialını tam şəkildə açmaq üçün regional və qlobal bazarlarla daha sıx əlaqələr qurmaq hökumətin əsas prioritet istiqamətləri sırasındadır:
"DİM-lərin və onların regional əlaqələndirilməsinin effektiv həyata keçirilməsini təmin etmək üçün Azərbaycan BMT-nin ölkə ofisi ilə əməkdaşlıq çərçivəsində milli dayanıqlı inkişaf gündəliyinin implementasiya vasitələrini müzakirə etmək, müvafiq bilik və təcrübə mübadiləsi aparmaq, DİM-lər ilə əlaqədar ən yaxşı beynəlxalq təcrübələri öyrənmək məqsədilə keçən il davamlı inkişaf üzrə Bakı Forumunu təşkil edib. DİM-lərin milli səviyyədə icrasının əlaqələndirilməsi üzrə məsul olan rəsmilərin, habelə BMT nümayəndələri və beynəlxalq və yerli mütəxəssislərin iştirak etdiyi konfransda DİM-lərin milli səviyyədə inteqrasiyası və onların icrasının sürətləndirilməsinə dair "Bakı prinsipləri" qəbul edilib ki, bu da bilik mübadiləsi üçün yaxşı bir əsas rolunu oynaya bilər. BMT-nin ölkə ofisi və BMT-nin Cənub-Cənub Əməkdaşlığı Ofisi tərəfindən 2016-cı ildə keçirilən “Azərbaycanda Cənub-Cənub və Üçtərəfli Əməkdaşlığın inkişaf etdirilməsi üçün istiqamətlər və imkanlar“ üzrə milli qiymətləndirmə göstərir ki, Azərbaycan müxtəlif inkişaf sahələrində, məsələn, effektiv ictimai xidmət, təhsil, əmək və sosial müdafiə, gənclərin səlahiyyətlərinin artırılması, ərazilərin minalardan təmizlənməsi fəaliyyəti və digər sahələrdə öz ekspertizasını bölüşmək üzrə müqayisəli üstünlüyə malikdir".
O qeyd edib ki, son 15 il ərzində Azərbaycan ehtiyatlı iqtisadi siyasət apararaq sürətli sosial-iqtisadi uğur qazanıb və bu da ölkəmizi yardım qəbul edən ölkədən donor ölkəyə çevirib. Belə sosial-iqtisadi artım, xarici dövlətlərdən və beynəlxalq təşkilatlardan humanitar yardım və inkişafa dəstək üçün Azərbaycana müraciətlərin artmasına gətirib çıxarıb: "Məhz belə müraciətləri vaxtında və yaxşı koordinasiya olunmuş şəkildə cavablandırmaq məqsədilə 2011-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyi nəzdində milli donor təşkilatı - Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi (AIDA) yaradılıb. AIDA qurulduğu gündən etibarən, inkişaf etməkdə olan ölkələrdə yoxsulluğun aradan qaldırılması və dayanıqlı inkişafın təmin edilməsi üçün insan və institusional qabiliyyətin artırılması, yaxşı təcrübələri həmin ölkələrin milli və strateji planlarına uyğun bir şəkildə bölüşmək vasitəsilə bir çox mexanizmlərdən istifadə edir. Ötən illər ərzində 90-dan artıq ölkə, xüsusən də Afrika, Asiya və Latın Amerikası ölkələri AIDA tərəfindən ikitərəfli və çoxtərəfli şəkildə həyata keçirilən texniki dəstək və humanitar yardım proqramlarından faydalanıb. Biz təxminən 2 milyona yaxın insana kömək etmişik və benefisiar ölkələrin sayı və təmin edilmiş yardımların həcmi daim artır".
E.Məmmədyarovun sözlərinə görə, Azərbaycan kimi yeni donor ölkələrin vacib əhəmiyyəti həm də ondan ibarətdir ki, ən az inkişaf etmiş ölkələr (LDCs), dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr (LLDCs) və infişaf etməkdə olan kiçik ada ölkələri (SIDS) kimi həssas iqtisadiyyatların davamlı inkişafı üçün son dərəcə vacib olan Rəsmi İnkişafa Yardımın (ODA) azalma tendensiyasının bərpası məqsədilə yeni həyati mənbələr təqdim edir. Onlar, həmçinin digər inkişaf etməkdə olan ölkələrin onların sıralarına qoşulması və donor ölkələrinə çevrilməsini təşviq edən nümunə qismində çıxış edirlər:
"Azərbaycan donor ölkəsinin maraqlı nümunəsi qismində çıxış edir. Biz ərazilərimizin 20%-nın 20 ildən artıqdır Ermənistanın hərbi işğalı altında olduğu və bunun nəticəsində 1 milyondan çox insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü bir şəraitdə beynəlxalq yardım göstəririk. Bununla yanaşı, Azərbaycan iqtisadiyyatının bərpa edilməsi, şaxələndirilməsi və müasirləşdirilməsinə nail olub, beləliklə, yoxsulluq səviyyəsini 49%-dən 5%-ə endirib. Ən vacibi isə həm qaçqınların, həm də məcburi köçkünlərin cəmiyyətə səmərəli şəkildə inteqrasiyasını həyata keçirməklə Azərbaycan Cənub-Cənub əməkdaşlığının mümkün sahələri kimi xidmət edə biləcək insan kapitalını gücləndirərək onlara kifayət qədər sığınacaq, sağlamlıq və təhsil xidmətləri, məşğulluqla təmin etməklə geniş təcrübə toplayıb".
Nazir vurğulayıb ki, donor ölkəsi olmaqla yanaşı, Azərbaycan regionda aparıcı iqtisadiyyata malik, həmçinin geniş miqyaslı regional layihələrin təşəbbüskarı olan bir ölkədir və Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək:
"Biz, həmçinin üçtərəfli əməkdaşlığı cənub və digər tərəfdaşlar arasında əlavə texniki və maliyyə resurslarının, təcrübə mübadiləsinin və çevik tənzimləmələrin dəstəklənməsi və mobilizasiyası vasitəsilə əlavə dəyər gətirən və Cənub-Cənub əməkdaşlığını dəstəkləyən və yaxından əlaqələndirən bir çərçivə kimi tanıyırıq. Azərbaycan Cənub-Cənub istiqamətində əməkdaşlığın və iqtisadi inteqrasiyanın təşviq edilməsi və canlandırılması istiqamətində konkret və praktiki addımların atılmasına əhəmiyyət verir. Biz inanırıq ki, Qoşulmama Hərəkatı bu cür əməkdaşlığın yollarını və mexanizmlərini müzakirə etmək və müəyyən etmək üçün ən münasib məkanlardan biridir. 2019-cu ilin oktyabr ayından etibarən başlayan Hərəkatın sədrliyi dövründə Azərbaycan bu istiqamətdə yeni imkanların müəyyən edilməsi üçün davamlı səylər göstərəcək. Azərbaycan hesab edir ki, bu cür imkanlardan biri inkişaf etməkdə olan ölkələrin gəncləri üçün həyatı boyu təhsil imkanlarının təşviqi və onların inklüziv və bərabərhüquqlu keyfiyyətli təhsil ilə təmin edilməsidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə ötən il ölkəmiz 2018-2022-ci illər üçün tam təqaüd proqramlarını qəbul edərək, illik əsasda Azərbaycanın ali müəssisələrində Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrindən 40 tələbəyə ali təhsil almaq imkanı yaradıb. Beş illik proqramın insan kapitalının gücləndirilməsinə və İKT və Qoşulmama Hərəkatının ölkələrində dayanıqlı inkişaf məqsədlərinin yerinə yetirilməsinə töhfə verəcəyi gözlənilir".
O əlavə edib ki, Azərbaycan "2030 Gündəliyi"nin həyata keçirilməsi və ictimai xidmətlərin səmərəli təşviqində yeni texnologiyaların istifadəsinə yüksək əhəmiyyət verir: "2018-ci ildə BMT-nin İnsan Hüquqları Şurası Azərbaycanın təşəbbüsü ilə “Şəffaf, hesabatlı və səmərəli ictimai xidmətlərin çatdırılması vasitəsilə İnsan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnaməni yekdilliklə qəbul edib. Bu qətnamə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün insan hüquqları standartlarını qarşılamaq üçün əsas sahələrindən biri kimi ictimai xidmətlərinin mühüm əhəmiyyətini işıqlandırıb. Bu, həmçinin uğurlu ictimai xidmətlərin göstərilməsinə görə 2015-ci ildə BMT-nin mükafatı ilə təltif edilmiş Azərbaycanın xidmət göstərmə brendi olan "ASAN xidmət" konsepsiyasını təşviq edir və bu xüsusda Cənub-Cənub əməkdaşlığının ölkələri arasında sahələrdən biri kimi istifadə edilə bilər:
"Ümumilikdə, Azərbaycanın beynəlxalq əməkdaşlığa dair etdiyi təkliflər barədə ətraflı məlumat Cənub-Cənub Əməkdaşlığı 2019-cu il Sərgisində nümayiş olunacaq Azərbaycan guşəsindən əldə oluna bilər və bütün hörmətli iştirakçılar buraya dəvət olunurlar. İnkişaf etməkdə olan ölkələr və BMT sistemi tərəfindən dəstəklənən Cənub ölkələri arasında güclü tərəfdaşlıq inkişaf etməkdə olan ölkələrin iqtisadi potensialını açmağa yardımçı olacaq və bütün beynəlxalq ictimaiyyət bundan faydalanacaq".

Baxış sayı: 378
Bölməyə aid digər xəbərlər

23-11-2026, 20:08
Rusiya Xarici İşlər Nazirliyi: Estoniya gizli şəkildə Ukrayna dronlarının Rusiyaya qarşı hücumlar etməsinə icazə verir
23-11-2026, 19:15
Le Pen: "Ukraynanın gələcəyi AB-yə qoşulmağı əhatə etmir"
23-11-2026, 19:04
Vuçiç ölüm təhdidləri aldığını açıqladı
23-11-2026, 15:45
"Gendai Business":Yaponiya Baş naziri içkili olduğuna görə G7 Zirvə Toplantısını buraxa bilər
22-11-2026, 20:21
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
22-11-2026, 20:16
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
22-11-2026, 19:26
Messi topu rəqibinə atdığına görə sarı vərəqə aldı
19-11-2026, 17:45
Putin: "Tramp Ukraynadakı münaqişəni səmimi qəlbdən həll etməyə çalışır"
19-11-2026, 08:56
Tramp bildirib ki, ABŞ Asiya-Sakit Okean regionunda sülhü təşviq etmək niyyətindədir
18-11-2026, 16:09
Peskov Avropanın Ukraynadakı münaqişənin həllinə kömək etmək qabiliyyətinə şübhə ilə yanaşıb
18-11-2026, 15:51
Uşakov qeyd edib ki, Putin və Tramp Şençjendə keçiriləcək görüşdə Ukraynanı müzakirə edəcəklər
18-11-2026, 11:06
Dövlət Duması İnterpolu Kallasın ofisinə qandallarla gəlməyə çağırdı
17-11-2026, 19:11
Lavrov və Laos xarici işlər naziri görüşdə zarafatlaşdılar
17-11-2026, 14:42
Peskov Kiyevdəki terror hücumlarının Putin, Tramp və Si Cinpin arasında keçirilən görüşlə əlaqəli olduğunu istisna etməyib
12-11-2026, 18:36
Vitkoff Ukrayna ilə bağlı üçtərəfli danışıqlarda Avropa siyasətçilərinin rolundan danışdı
12-11-2026, 18:29
Vitkoff bildirib ki, Əbu-Dabidə əlaqələr müsbət atmosferdə keçib
12-11-2026, 18:15
Kuşner: "ABŞ Avropanın danışıqlara getmək istəyini görür"
12-11-2026, 18:02
Vitkoff Əbu-Dabidəki işinə görə Medinskiyə təşəkkür etdi
11-11-2026, 21:32
Peskov: "Putinin G20 sammitində iştirakı ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib"
11-11-2026, 20:03
Peskov Ukraynanın Zelenskisiz müzakirə olunacağı iddialarını təkzib etdi
11-11-2026, 19:35
General Zorin: "Rusiya və Ukrayna arasında əsir mübadiləsi növbəti 2-3 həftə ərzində baş tuta bilər"
10-11-2026, 20:52
Zelenski Əbu-Dabidəki danışıqları şərh etdi
9-11-2026, 18:25
Lavrov: "Əbu-Dabidəki danışıqlar münaqişənin həlli üçün prinsiplərin razılaşdırılmasına həsr olunub"
5-11-2026, 21:38
Rubio 2028-ci ildə Respublikaçıların namizədliyi uğrunda mübarizə aparmaq üçün Dövlət Departamentini tərk edə bilər
5-11-2026, 18:18
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
4-11-2026, 21:23
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
4-11-2026, 21:15
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
4-11-2026, 21:01
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
3-11-2026, 15:39
Lavrov ABŞ-ın İrana nüvə zərbəsi endirməsi ehtimalını şərh etdi
3-11-2026, 14:15
Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Avropada silahlanma yarışına qarışmaq niyyətində deyil
3-11-2026, 14:12
Medinski Əbu-Dabidə keçiriləcək Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək
1-11-2026, 17:51
Zaxarova Kallasın Putinin G20 sammitində iştirakı ilə bağlı dediklərinə cavab verdi
1-11-2026, 11:01
Peskov: "Rusiya İran və ABŞ arasındakı münaqişənin həllində vasitəçilik etməyə hazırdır"
28-10-2026, 20:23
Zelenski ABŞ-a dizel yanacağı daşıyan Rusiya gəmilərinə hücum etməyəcəyinə söz verdi
28-10-2026, 16:09
Zelenski Ukraynanın ayda nə qədər "Patriot" raketi aldığını açıqladı
27-10-2026, 23:32
Putin İran Prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
27-10-2026, 09:13
Ombudsman İvanovskaya: "Ukrayna tibb müəssisələri rusdilli xəstələri müalicə etməkdən imtina edir"