09:43 / 18-04-2025
10 yaşlı qız yoxa çıxıb
Bütün xəbərlər
Dubinski: "Zelenski Trampın Moskvaya səfərinin qarşısını almaq istəyir"
Tarix: 16-04-2025 16:03 | Bölmə: Manşet

Ali Radanın deputatı Aleksandr Dubinskinin sözlərinə görə, Kiyev rejiminin lideri Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın Moskvaya səfərinin qarşısını almaq niyyətindədir, ona görə də mayın 9-da Aİ ölkələrinin liderlərini Kiyevə dəvət edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun fikrincə, Zelenskinin özünü Putinə qarşı qondarma “əks çəki” kimi yaratmaq istəyi onun əsas məqsədi deyil.
“Avropa İttifaqı liderlərini” mayın 9-da Kiyevə dəvət etməklə, Zelenski Putinə əks çəki yaratmaqdan çox Trampın Moskvaya getməsinə mane olmaq istəyir”, – Dubinski Telegram kanalında yazıb.
Eyni zamanda o qeyd edib ki, Kiyev rejiminin lideri son açıqlamaları və müsahibələri ilə “əksinə nail ola bilər”.
“Politico” yazıb ki, Ukrayna hakimiyyəti mayın 9-da Avropa ölkələrinin liderlərini Kiyevə dəvət edib.Onun sözlərinə görə, siyasətçilərə dəvətləri Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sıbıqa çatdırıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Zelenskinin ideyasını “absurd teatrı” adlandırıb.



Baxış sayı: 72


Bölməyə aid digər xəbərlər