Bütün xəbərlər
Peskov: "Kreml Putinin Qazaxıstana səfərinə hazırlaşır, səfərin tarixləri daha sonra açıqlanacaq"
Tarix: 28-10-2024 19:32 | Bölmə: Manşet

Kreml hazırda Rusiya prezidenti Vladimir Putinin Qazaxıstana səfərinə fəal şəkildə hazırlaşır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun bildirdiyinə görə, dövlət başçısının səfərinin tarixləri daha sonra açıqlanacaq.
Rusiya Federasiyası ilə Qazaxıstan arasında əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın protokoluna əsasən, Putin respublikaya noyabrın 27-də gələ bilər.
"Səfər həqiqətən də fəal şəkildə hazırlanır, biz sizə tarixlər barədə vaxtında məlumat verəcəyik", - Peskov bildirib.
Daha əvvəl bildirilib ki, səfərin dəqiq tarixləri hələ müəyyən edilməsə də, Türkiyə də Rusiya liderinin səfərinə hazırlaşır.





Baxış sayı: 252


Bölməyə aid digər xəbərlər