18:51 / 06-10-2024
Ayı güllələnib
Bütün xəbərlər
Ərdoğan: "Türkiyə Aİ ilə ŞƏT arasında seçim etməyəcək"
Tarix: 31-08-2024 20:09 | Bölmə: Manşet

Türkiyə həm Şərqlə, həm də Qərblə əlaqələri inkişaf etdirməyə hazırlaşır. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Ərdoğan deyib.
“Bəzilərinin iddia etdiyi kimi, biz Aİ və ŞƏT arasında seçim etmirik”, - Türkiyə lideri respublikanın hərbi dəniz məktəbinin məzunları üçün keçirilən buraxılış mərasimində TRT Haber telekanalının efirində deyib.
Ərdoğan bir müddət əvvəl Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv olmağı hədəflədiyini bildirmişdi. O, bu məsələni ŞƏT-in son sammitində Rusiya Federasiyası və Qazaxıstan prezidentləri ilə müzakirə etdiyinə aydınlıq gətirib.


Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər