Bütün xəbərlər
Vance: "ABŞ-ın Avropanı qorumaq öhdəliyi yoxdur"
Tarix: 08-08-2024 10:40 | Bölmə: Manşet

Donald Tramp seçkilərdə qalib gələrsə, Birləşmiş Ştatlar Avropadan hərbi və enerji sahəsində “özünü təmin etmək” tələb edəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd Ceyms Devid Vens "Semafor"a müsahibəsində bildirib.
Siyasətçinin sözlərinə görə, Vaşinqton “müdafiəçi kimi xidmət etmək” və NATO tərəfdaşlarının müdafiə qabiliyyətini təmin etmək məcburiyyətində deyil. O, əmindir ki, müttəfiqlər öz müdafiələrinə investisiya qoymalıdırlar.
“Biz Avropa ilə dostluğumuzu gücləndirmək niyyətindəyik, lakin Birləşmiş Ştatlar Almaniyanın və digər Avropa ölkələrinin təhlükəsizliyinin müdafiəçisi kimi xidmət etməyə borclu deyil”, - deyə, Vance vurğulayıb.
Bu arada demokratların bu məsələyə münasibəti fərqlidir. Harris Ukraynadakı qələbədən sonra Rusiyanın Almaniyaya qarşı çıxacağına əmindir. Vance belə qorxuların əsassız olduğuna inanır.



Baxış sayı: 244


Bölməyə aid digər xəbərlər