14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
Ərdoğan: "Qərb ölkələri bir-birinin ardınca Türkiyədən pilotsuz təyyarələr sifariş edir
Tarix: 21-07-2024 17:46 | Bölmə: Manşet

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bir neçə Avropa İttifaqı ölkəsi Türkiyənin pilotsuz uçuş aparatları üçün sifariş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ərdoğan hansı ölkələrdən danışdığını dəqiqləşdirməyib. Onun sözlərinə görə, Qərb hökumətləri Türkiyənin PUA-larını aktiv şəkildə alır ki, bu da Avropa ilə münasibətlərdə ciddi dəyişikliklərdən xəbər verir. Türkiyə prezidenti bu barədə tanınmamış Şimali Kipr Türk Respublikasından qayıdan təyyarənin göyərtəsində jurnalistlərə bildirib.
Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə texnologiyalarını fəal şəkildə inkişaf etdirir, o cümlədən öz təyyarəsini yaradır və kosmosa peyk buraxır. "Biz daha çox işlər görəcəyik və daha da irəli gedəcəyik"- Türkiyə lideri deyib.
Bu ilin əvvəlində məlum olmuşdu ki, "Bayraktar" pilotsuz təyyarələrinin istehsalçısı olan Türkiyənin "Baykar" şirkəti Ukraynadakı zavodunun tikintisini 2025-ci ilin əvvəlində başa çatdırmağı planlaşdırır.


Baxış sayı: 116


Bölməyə aid digər xəbərlər