Bütün xəbərlər
Ümumdünya Gömrük Təşkilatının Baş katibi Dövlət Gömrük Komitəsinin Akademiyasında olub
Tarix: 16-03-2023 20:00 | Bölmə: Manşet

Ölkəmizdə səfərdə olan Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya martın 16-da Dövlət Gömrük Komitəsinin Akademiyasında olub.
Dövlət Gömrük Komitəsindən Sabaha-inamla.az-a verilən məlumata görə, auditoriyalarda müəllim və tələbələrlə söhbət edən Baş katibə Akademiyanın fəaliyyəti,  buradakı təhsilin forma və istiqamətləri barədə məlumat verilib.
Bildirilib ki, hazırda sürətlə rəqəmsallaşan dünyada aktual məsələlərdən biri də informasiyaların təhlükəsizliyinin təmin olunmasıdır ki, Akademiyada yeni fəaliyyətə başlayan kibertəhlükəsizlik laboratoriyası bu istiqamətdə tələbələrin zəruri bilik və bacarıqları əldə etmələrinə geniş imkanlar yaradır.
Kunio Mikuriya, həmçinin tələbələrin əl işlərindən ibarət rəsmlərə baxıb, gömrük əməkdaşlarının texniki nəzarət vasitələrindən istifadə bacarıqlarının təkmilləşdirildiyi laboratoriyada tədris prosesi ilə tanış olub.
Sonda ÜGT Baş katibi Akademiyanın tələbələri tərəfindən Novruz bayramı münasibətilə hazırlanan ədəbi-bədii kompozisiyanı izləyib.











Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər