18:12 / 26-08-2026
Peskov İsveçrənin Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı açıqlamasına şərh verməkdən imtina etdi
18:10 / 26-08-2026
Macarıstan hökumət dəyişikliyindən sonra Rusiyanı təhlükə adlandırdı
18:07 / 26-08-2026
Daşqınlar nəticəsində təxminən 300 turist itkin düşüb
18:04 / 26-08-2026
Bir oğlanın yaralandığı polis təqibinin görüntüləri yayılıb
18:00 / 26-08-2026
15-ci əsrə aid gümüş sikkələrin olduğu gil küp tapılıb
17:57 / 26-08-2026
Media xəbərlərinə görə, Zelenski və Mask Ukraynaya dəstək mövzusunda danışıqlar apara bilərlər
17:52 / 26-08-2026
Müdafiə zavodunu yandırmağa cəhd ediblər
17:48 / 26-08-2026
"Poseidon" nüvə torpedası üçün ideal əməliyyat teatrı açıqlandı
17:44 / 26-08-2026
Avropadakı böhran Rusiya ilə qarşıdurma fonunda daha da pisləşir
17:40 / 26-08-2026
İİKK İran və Omanın Hörmüz boğazından gəmiçilikdən əldə etdiyi gəliri bölüşmək istədiyini bildirib
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
17:30 / 26-08-2026
Rusiya diplomatları körpələrin ölümü ilə bağlı başsağlığı veriblər
17:26 / 26-08-2026
Media xəbərlərinə görə, NATO Ukrayna Silahlı Qüvvələrinin döyüş koordinasiya sistemini maliyyələşdirib
17:23 / 26-08-2026
Daşqınlar su elektrik stansiyalarına ziyan vurub
17:20 / 26-08-2026
"Qaçmalısan, əks halda işlər pis olacaq": Ayıdan necə qaçdığını danışır
17:14 / 26-08-2026
Larisa Dolinanın işi Moskvada rekord itkiyə çevrilib
17:10 / 26-08-2026
Qaynaq sexində yanğın baş verib
12:07 / 26-08-2026
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə
09:43 / 26-08-2026
Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib
21:58 / 25-08-2026
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
21:11 / 25-08-2026
Təqaüdçü qadın zirzəmisində qaz zəhərlənməsindən ölüb
21:07 / 25-08-2026
Ukrayna "Patriot" üçün raketlərin alındığını elan etdi
21:03 / 25-08-2026
Ekspert Moskvanın nüvə silahlarından istifadə etməsinin qarşısını almaq üçün Britaniyanın prinsipini müəyyən edib
20:59 / 25-08-2026
Lixaçev Misirdə nüvə tibb mərkəzi yaratmaq planlarından danışdı
20:56 / 25-08-2026
Bir uşaq dördüncü mərtəbənin pəncərəsindən yıxılaraq ölüb
20:54 / 25-08-2026
Qaz Kimya Kompleksində baş verən yanğında Çin vətəndaşı ölüb
20:51 / 25-08-2026
Tramp Ontario Gölünün adını "Amerika Gölü"nə dəyişdirmək istəyir
20:48 / 25-08-2026
Taylandda motosiklet qəzasında ölüb
19:59 / 25-08-2026
Uşağı qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
19:55 / 25-08-2026
Müəllimini öldürən məktəbli məhkəmə qarşısına çıxacaq
19:53 / 25-08-2026
Almaniya AfD seçki qələbəsinin potensial nəticəsini proqnozlaşdırır
19:49 / 25-08-2026
Təqaüdçünün cəsədi tapılıb
19:45 / 25-08-2026
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
19:42 / 25-08-2026
Rusiya Xarici İşlər Nazirliyi Kiyevi Ukrayna Pravoslavlığında qəsdən xaos yaratmaqda ittiham etdi
19:39 / 25-08-2026
Türkiyə Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdə ticarət gəmilərinə hücumlarından dəyən zərəri qiymətləndirir
19:34 / 25-08-2026
20 yaşlı gəncin ölümü ilə bağlı araşdırma aparılır
19:31 / 25-08-2026
Radiasiyadan quş ölümləri ilə bağlı məlumatları təkzib edir
19:25 / 25-08-2026
Paşinyan KTMT sülhməramlılarının Ermənistana girməyəcəyini bildirdi
19:22 / 25-08-2026
Patruşev Rusiya voleybolçularının elit səviyyədə yarışmağa hazır olduqlarını bildirdi
19:19 / 25-08-2026
Qaraj kooperativində böyük yanğın söndürülür
Bakı Baş Səhiyyə İdarəsinin rəisi: "Əhalinin səhiyyə ilə bağlı şikayətlərinin çoxu əsassızdır" - MÜSAHİBƏ
Tarix: 27-11-2018 11:44 | Bölmə: Manşet
"Bu il 15 həkim müxtəlif səbəblərdən işdən azad edilib"
"Xaricə gedənlər də var, lakin bu, o demək deyil ki, Azərbaycanda savadlı həkim yoxdur"
Bakı. 27 noyabr. REPORT.AZ/ Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsinin (BŞBSİ) rəisi Nelli Veysovanın “Report”a müsahibəsi:
- Bakıda neçə dövlət xəstəxanası var?
- Hazırda paytaxtda 150 dövlət tibb müəssisəsi fəalliyət göstərir. Onlardan 41-i xəstəxana, 7-si tibb mərkəzi, 10-u dispanser, 5-i Doğum evi, 2-si Körpələr evi, 9-u sanatoriya, qalanları isə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyaları (TTTYS), şəhər və uşaq poliklinikaları, uşaq stomatoloji poliklinikaları, qadın məsləhətxanalarıdır.
- Paytaxtdakı bütün xəstəxanaları və tibb müəssisələrini müasir standartlara cavab verən səviyyədə qurmaq mümkün olubmu?
- Son 10 ildə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 150 tibb müəssisəsinin təmir və yenidən inşası plana salınıb. İndiyə qədər həmin müəssisələrdən 21-i yenidən inşa edilərək istifadəyə verilib, 79-u isə əsaslı təmir olunub. Digər müəssisələr də plana uyğun olaraq əsaslı təmir və yaxud yenidən inşa ediləcək. Hazırda 3 xəstəxananın ( 7 saylı Uşaq Poliklinikası, 11 saylı Birləşmiş Şəhər Xəstəxanası, 17 saylı Birləşmiş Şəhər Xəstəxanası və 7 nömrəli Vərəm Əleyhinə Dispanser) və bir uşaq poliklinikası binasının inşası davam etdirilir.
Təbii ki, yeni inşa və təmir olunan tibb müəssisələri xidmət sahələrinə uyğun olaraq müasir standartlara cavab verən tibbi cihaz və avadanlıqla tam təmin olunub.
- Son illərdə neçə dövlət xəstəxanası publik hüquqi şəxs statusu alıb?
- Paytaxtda 1 dövlət xəstəxanası publik hüquqi şəxs statusunu alıb. Bu da Bakı Sağlamlıq Mərkəzidir.
- Hazırda Bakıda neçə həkim çalışır və bu sahədə kadr çatışmazlığı varmı?
- Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tibb müəssisələrində 7 227 həkim çalışır. Tibbi kadrların elektron registri var, yəni həkimə olan təlabatın ödənilməsi daim diqqət mərkəzindədir. Bu gün stasionar tibb müəssisələrində həkim çatışmazlığı yoxdur, lakin poliklinikalarda həkim-psixiatr, vərəm dispanserlərində isə həkim-fiziatrlara müəyyən tələbat var.
- Bu ilin 9 ayında paytaxtdakı tibb müəssisələrində çalışan neçə həkim nöqsanlara görə işdən çıxarılıb?
- Mən istəməzdim sırf işdən azad olmaları qeyd edim. Çünki nöqsana görə işdən çıxarılanlarla yanaşı, xüsusi xidmətlərinə görə təltif edilənlər də az deyil. Belə ki, bu ilin 9 ayı ərzində 15 həkim müxtəlif səbəblərdən işdən azad edilibsə, 23 həkim müxtəlif mükafat və fəxri adlara layiq görülüb. Məsələn, 5 nəfər “Əməkdar həkim”, 7 nəfər “Tərəqqi” medalı, 1 nəfər “Əməkdar tibb işçisi”, 10 nəfər isə “Səhiyyə əlaçısı” mükafatları ilə təltif edilib.
- Səhhətində narahatlıq hiss edən vətəndaş hansı halda poliklinikaya, hansı halda isə xəstəxanaya müraciət edilməlidir? Çünki insanlar adətən səhhətlərindəki xırda problemlə bağlı belə birbaşa xəstəxanalara gedirlər. Bu, səhiyyə xidmətlərində problem yaradırmı? Yəni belə müraciətlər xəstəxanaların yükünü artırırmı? Bunun qarşısını almaq üçün nə etmək lazımdır?
- Profilaktik baxımından düşünsək, hər bir insan ildə 2 və ya heç olmasa 1 dəfə şikayəti olmadan həkimə müraciət edib müayinə olunmalıdır. Profilaktik müayinənin xəstəliklərin erkən aşkarlanmasında və gələcəkdə müalicə taktikasının seçimində böyük rolu var. Planlı xəstə yalnız qeydiyyatda olduğu poliklinikanın göndərişi ilə tibbi göstəriş olduğu halda stasionar müalicəyə və ya poliklinikada aparılması mümkün olmayan əlavə müayinənin aparılması məqsədi ilə müayinəyə göndərilir. Təcili xəstələr həm özlərinin müraciəti, həm də təcili yardıma müraciət etməklə hospitalizə olunurlar. TTTYS-nin operativ şöbəsinin profil üzrə xəstəxanalarda olan boş çarpayılar barədə gündəlik məlumatı olur. Bu, ağır xəstənin profil üzrə vaxt itirmədən hospitalizasiya olunması üçündür. Xəstənin xəstəxanada qalma müddəti orta hesabla 7-8 gündür. Yəni, kəskin dövr keçdikdən sonra həyati göstəriş yoxdursa, xəstələrə ambulator qaydada nəzarət təşkil edilir. Məqsəd stasionarın yükünü azaltmaq, ağır xəstələrin hospitalizasiyasında gecikmə hallarının qarşısını almaqdır. Hətta kimsəsiz insanların belə tibbi yardıma ehtiyacı olduqda qrafik üzrə birləşmiş şəhər xəstəxanalarında yerləşdirilir. Lakin "Əhalinin sağlamlığının qorunması haqqında" qanununa əsasən, xəstənin həkimi seçmək hüququ var, ona mane ola bilmərik.

- Əhali mütəmadi şəkildə tibbi müayinələrdən keçirlər. İnsanlarda daha çox hansı xəstəliklər aşkarlanır?
- Prezident İlham Əliyevin göstərişi ilə 2012-ci ildən etibarən əhali arasında aparılan tibbi profilaktik müayinələr əhalinin sağlamlığının qorunmasına və gənc nəslin sağlam böyüməsinə yönəldilmiş dövlət qayğısıdır.
Aparılan müayinələr nəticəsində son illər Bakı şəhəri üzrə ambulator-poliklinik müəssisələrə müraciətlər və xəstəliklərin, xüsusilə də qeyri-infeksion xəstəliklərin aşkarlanma sayı artıb. Bu il aparılan tibbi profilaktik müayinələr zamanı böyük yaş əhalinin 1412522 nəfəri, yəni 86 %-i tibbi müayinədən keçib. Xəstələr arasında əsasən tənəffüs sisteminin xəstəlikləri 16,6 %, qan dövranı sisteminin xəstəlikləri 15.1 %, əsəb sisteminin xəstəlikləri 8.6 % üstünlük təşkil edir.
Eyni zamanda, Bakı şəhərində yaşayan 760231 nəfər uşaq əhalisinin 312998 nəfəri icbari tibbi müayinədən keçib ki, bu da uşaq əhalisinin ümümi sayının 41 %-ni təşkil edir. Aşkar edilən xəstələnmə hadisələrinin sayı 31033 olub, yəni 2017-ci illə müqayisədə 8 %-dən 10 %-dək artıb. Xəstələr arasında əsasən tənəffüs sisteminin xəstəlikləri 19%, göz xəstəlikləri 21%, həzm sisteminin xəstəlikləri 17% üstünlük təşkil edir.
Bu ilin 9 ayı ərzində məktəbəqədər təhsil müəssisələrində olan 0-5 yaşadək 49828 nəfər uşaqdan 43421 nəfər (87%) icbari tibbi müayinədən keçirilib. Aşkar edilən xəstəliklər arasında əsasən alimentar anemiyalar, yuxarı tənəffüs yollarının xəstəlikləri, stomatoloji və göz xəstəlikləri üstünlük təşkil edir. Onların nəticələri barədə məlumatlar uşaqların Elektron Sağlamlıq Kartı sisteminə yüklənir.
- Uşaqlar arasında peyvəndlənmə göstəricisi hansı səviyyədədir? Çünki bəzən valideynlər uşağını peyvənd etdirməkdən imtina edirlər. Peyvənd etdirməməyin nə kimi mənfi fəsadları var?
- Bu ilin 9 aylıq hesabatına əsasən, yenidoğulmuşlar arasında vaksinasiyadan ( Hepatit B, VƏV poliomielit ) kənarda qalan olmayıb. Lakin 1 yaşadək uşaqların immunizasiyasının orta göstəricisi (poliomilet 73 %, Hib-57 %, pnevmokok və QPM-67%), 2 yaşadək uşaqların immunizasiyasının orta göstəricisi ( poliomilet 57%,GDT-48%, qpm-54%) nisbətən aşağıdır. Mətbuat tibb işçilərinin imunizasiya mövzusunda valideynlər arasında apardığı sanitar maarifləndirmə işinə dəstək verməlidir. Çünki Milli Təqvim Planı məhz təhlükəli infeksion xəstəliklər əleyhinə immunizasiyanı əhatə edir. Uşaqlar bizim gələcəyimizdir. Biz hansı sahədə çalışmağımızdan asılı olmayaraq bütün səylərimizi bu istiqamətə yönəltməliyik.
- Vətəndaşların səhiyyə xidmətlərinə dair şikayətləri hansı formada araşdırılır?
- Bütün sahələrdə olduğu kimi, təbii ki, səhiyyə sektorunda da müəyyən problemlər mövcuddur. Bu problemlərin həllini asanlaşdırmaq üçün Səhiyyə Nazirliyində xüsusi Elektron Səhiyyə Xidməti, vətəndaşların telefon müraciətlərini qəbul edən və dərhal onları cavablandıran “Qaynar xətt” fəaliyyət göstərir.
Müraciətlər mütəxəssislərin iştirakı ilə araşdırılaraq yerindəcə müvafiq qaydada həll olunur, ya da vətəndaşların ərizəsi qəbul edilərək sonradan araşdırılır. Müraciətlər əsaslı və əsassız qruplara ayrılır. Təəssüf hissi ilə qeyd etməliyəm ki, əsassız müraciətlər daha çoxdur. Bunlara misal kimi, imtiyazlı qrupa aid dərmanlar sırasında adı olmayan dərmanların tələb olunması, yaxud orqan köçürülməsi əməliyyatına adının siyahıya növbədənkənar daxil edilməsi kimi tələbləri qeyd edə bilərəm. Əsaslı şikayətlər Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Hüquq şöbəsinin və həkim məsləhətçilərin iştirakı ilə ətraflı araşdırılaraq cavablandırılır.
- Bəzən deyirlər ki, Azərbaycanın savadlı həkimləri xaricə köçürlər. Bu fikirlə razısınızmı? Sizin özünüzün müşahidələriniz necədir?
- Xaricə gedənlər də var, lakin bu, o demək deyil ki, Azərbaycanda savadlı həkim yoxdur. Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyindəki tibb müəssislərində yetərincə savadlı həkimlər fəaliyyət göstərir. Onlar beynəlxalq konfranslarda, simpoziumlarda iştirak edirlər, müxtəlif sahələr üzrə beynəlxalq həkim cəmiyyətlərinin üzvləridir. Onu da qeyd edim ki, bu gün tendensiya xeyli dəyişib. Ölkədəki xəstəxanalara, xüsusən də cərrahi əməliyyatlar üçün müraciət edən xarici vətəndaşların sayı xeyli artıb. Bura orqan köçürülməsindən tutmuş, plastik və estetik cərrahiyyə əməliyyatlarına qədər tibbin müxtəlif sahələri daxildir və siyahı xeyli genişdir.
- Gələcəkdə səhiyyə sahəsində nə kimi yeniliklər olacaq?
- Azərbaycanda İcbari Tibbi Sığortanın tətbiq olunacağı barədə Prezident İlham Əliyevin fərmanı var. Artıq 3 rayonda – Yevlax, Mingəçevir və Ağdaşda pilot layihə həyata keçirilir. Səhiyyə Nazirliyi ilə Tibbi Sığorta Agentliyinin qarşılıqlı əməkdaşlığı nəticəsində müvafiq işlər görülür. Məqsədimiz Azərbaycanın sağlam gələcəyi naminə xalqımıza layiqli tibi xidmət göstərməkdir.
Baxış sayı: 906
Bölməyə aid digər xəbərlər

20-08-2026, 19:35
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19-08-2026, 08:30
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
18-08-2026, 22:38
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
18-08-2026, 22:07
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
18-08-2026, 21:48
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
18-08-2026, 12:33
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
17-08-2026, 22:13
Avropa Parlamentinin üzvü: "Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tələbi sülh gətirməyəcək"
14-08-2026, 17:38
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
12-08-2026, 10:45
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
11-08-2026, 19:17
Conson bildirib ki, Zelenskinin özü 2022-ci ildə Rusiya ilə münaqişəni davam etdirmək qərarına gəlib
9-08-2026, 18:49
Papa Rusiya və Ukraynanı dialoqa qayıtmağa çağırdı
6-08-2026, 21:11
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
5-08-2026, 20:56
Roskosmos baş institutunda yanğın baş verib
3-08-2026, 18:37
But: "ABŞ həbsxanalarındakı şərait Hollivud filmlərində təsvir olunanlara çox yaxındır"
30-07-2026, 18:21
Tusk Ukrayna üçün hansı dövrün həlledici olacağını izah etdi
29-07-2026, 19:09
"Trampın üzünə şillə": Kiyevin İrana mümkün kompensasiya ödənişi ilə bağlı ekspert
28-07-2026, 18:55
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
27-07-2026, 20:58
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
27-07-2026, 20:34
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
26-07-2026, 23:38
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
23-07-2026, 13:25
Zaxarova Lavrov-Rubio görüşünün ABŞ təşəbbüsü olduğunu təsdiqlədi
22-07-2026, 13:33
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi
22-07-2026, 08:26
Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu etiraf etdi
21-07-2026, 20:41
Tramp İranın "yeni nüvə obyekti"ni vurmaqla hədələyir
21-07-2026, 19:08
Umerov Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd hesab olunur
14-07-2026, 23:28
Kreml Merzin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə cavab verdi
14-07-2026, 18:26
Bricit Makron Parisdə görüşəndə Zelenskini öpdü
14-07-2026, 18:08
Lavrov ABŞ-ın İrana zərbələri barədə sərt danışdı
12-07-2026, 20:17
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.