Bütün xəbərlər
Rusiya Hərbi Dəniz Qüvvələrinin döyüş gəmilərinin bir hissəsi Malayziya limanına səfər edib
Tarix: 15-10-2024 16:04 | Bölmə: Karusel

Rusiya Hərbi Dəniz Qüvvələrinin hərbi gəmiləri oktyabrın 14-də Malayziyanın Corctaun limanına ezamiyyətdə olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Dəstəyə "Qromki", "Rezki", "Aldar Tsydenzhapov" korvetləri və "Peçeneq" dəstək gəmisi daxil idi.
Səfər zamanı “Qromki” korvetinin ekipajı Rusiya Federasiyasının Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri Nail Latipov və Rusiya səfirliyinin hərbi attaşesi Viktor Şkulepa ilə görüşüb. Nümayəndə heyəti Penanq qubernatorluğunda və Corc Taun şəhər meriyasında olub.
Rus dənizçilərinin qaldığı müddətdə “Jemçuq” kreyserinin dənizçiləri və zabitlərinin abidələrində anım mərasimləri keçiriləcək.
Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, oktyabrın 16-da gəmilərdən biri yerli sakinlərə pulsuz səfərlər üçün açıq olacaq.


Baxış sayı: 54


Bölməyə aid digər xəbərlər