Bütün xəbərlər
Rusiya hökuməti hicaba yerli qadağa ilə bağlı layihəni dəstəkləməyib
Tarix: 16-09-2024 10:42 | Bölmə: Karusel

Rusiya Federasiyası hökuməti məktəblərə və bələdiyyələrə dini geyimlərə, o cümlədən hicaba yerli qadağalar tətbiq etməyə icazə verən qanunvericilik təklifini rədd edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Nazirlər Kabinetinin rəsmi rəyinə görə, Dövlət Dumasının sədr müavini Vladislav Davankovun ("Yeni insanlar" fraksiyası) təklif etdiyi qanun layihəsinin əhəmiyyətli təkmilləşdirmələrə ehtiyacı var.
Təşəbbüs təhsil təşkilatlarına öz ərazisində dini geyim və simvolların geyməsinə məhdudiyyətlər tətbiq etmək hüququnun verilməsini nəzərdə tuturdu. Bundan əlavə, bələdiyyə və ya rayon deputatları dövlət qurumlarında və ictimai yerlərdə üzü tam və ya qismən gizlədən geyimlərin geyinilməsinə qadağa qoya bilər.
Bundan əvvəl Davankovun qanun layihəsini Dövlət Dumasının deputatı Adam Delimxanov tənqid edib. O, niqab, gözdən başqa bütün üzü örtən örtüklə boyun və başı örtən hicab arasında fərq qoymağa çağırıb. “Biz özümüz niqabı bəyənmirik, hicaba gəlincə, bu, müsəlman qadının dini borcudur”, – deputat öz Telegram kanalında yazıb.



Baxış sayı: 132


Bölməyə aid digər xəbərlər