Bütün xəbərlər
Böyük Britaniya Kiyevə 310 milyon dollarlıq yardım paketi verəcək
Tarix: 13-06-2024 10:22 | Bölmə: Karusel

Böyük Britaniyanın baş naziri Rişi Sunak İtaliyada keçiriləcək G7 sammiti zamanı Kiyevə vəsait ayrılacağını açıqlayacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Böyük Britaniya Ukraynada təcili humanitar, enerji və sabitləşmə ehtiyaclarını ödəmək üçün 242 milyon funt-sterlinqə qədər (demək olar ki, 310 milyon dollar – red.) maliyyə paketi təqdim edir”, – Britaniya hökumətinin saytında deyilir.
Qeyd edildiyi kimi, baş nazir Rişi Sunak Kiyevə vəsaitin ayrılacağını İtaliyada keçiriləcək G7 sammiti zamanı açıqlayacaq. O, həmçinin digər G7 liderləri ilə Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya dəstək üçün istifadə məsələsini də müzakirə edəcək.
Böyük Britaniyanın Kiyev rejiminə ayırdığı humanitar, iqtisadi və hərbi yardımın ümumi həcmi artıq 12,7 milyard funt-sterlinqə (16,25 milyard dollar) çatıb.
Bundan əvvəl Agence France-Press Fransa hökumətinə istinadla məlumat vermişdi ki, G7 ölkələri Ukraynaya 50 milyard dollar kredit verməyə razılaşıblar və bu kredit dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlə ödəniləcək.


Baxış sayı: 94


Bölməyə aid digər xəbərlər