Bütün xəbərlər
İkiqat Olimpiya çempionu Ekxoff təqaüdə çıxdı
Tarix: 15-03-2023 23:17 | Bölmə: Karusel


İkiqat olimpiya estafet çempionu, norveçli biatlonçu Tiril Ekxoff peşəkar idmandan getdiyini açıqlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun dünya çempionatlarında da on qələbəsi var.
"Bitirmək bir az kədərlidir, amma hiss edirəm ki, bu, düzgün qərardır. Nailiyyətlərimlə fəxr edirəm. Biatlon illərini həmişə təbəssümlə xatırlayacağam", - Ekxoff sosial şəbəkələrdə yazıb.
32 yaşlı norveçli 2010/11 mövsümündə Dünya Kubokunun son mərhələsində biatlonda debüt edib.


Baxış sayı: 79


Bölməyə aid digər xəbərlər