Bütün xəbərlər
Antiazərbaycan mövqeyilə tanınan erməni kinoprodüser saxlanıldı
Tarix: 18-05-2022 02:21 | Bölmə: Karusel

                        Antiazərbaycan mövqeyilə tanınan erməni kinoprodüser saxlanıldı



Ermənistan hakimiyyətinə müxalifətdə olan və rusiyayönlü və antiazərbaycan mövqe tutan kinoprodüser Armen Qriqoryan zorakılığa çağırış ittihamı ilə İrəvanda saxlanılıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu onun vəkili və hüquq müdafiəçisi Ruben Melikyan bildirib.
"İndi mənə Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsindən zəng gəldi. Armen Qriqoryan mənə bildirdi ki, o, Cinayət Məcəlləsinin 262.2-ci (zorakılıq tətbiq etməyə açıq çağırışlar, ictimai əsaslandırma və ya zorakılığın təbliği) maddəsi ilə saxlanılıb. Hazırda başqa təfərrüatlar yoxdur”, - Melikyan qeyd edib. 
Qeyd edək ki, Qriqoryan İrəvan Tibb İnstitutunun Ermənistanda ilk KVN komandasının üzvü kimi tanınır. O, aktiv ictimai fəaliyyətlə məşğuldur. Rusiyayönlü mövqeyi ilə tanınır.


Baxış sayı: 163


Bölməyə aid digər xəbərlər