Bütün xəbərlər
Azərbaycan daha 5 ermənini təhvil verdi
Tarix: 19-10-2021 19:39 | Bölmə: Karusel

                   Azərbaycan daha 5 ermənini təhvil verdi


Azərbaycan Bakıda saxlanılan daha 5 erməni diversantı qarşı tərəfə təhvil verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə erməni mediası yazıb. Proses Rusiya sülhməramlı kontingentinin keçmiş komandanı Rüstəm Muradovun vasitəçiliyi ilə baş tutub. Qaytarılanlar Ambardanyan Mels Karapetoviç, Karapetyan Rafik Robertoviç, Manukyan Jora Vanoeviç, Manukyan Ovsep Robertoviç, Soqomonyan Sedrak Samveloviçdir.
Qeyd edək ki, sonuncu dəfə sentyabrın 7-də Azərbaycan Ermənistana 2 ermənini təhvil vermiş, əvəzində isə Cəmil Babayev ölkəmizə qaytarılmışdı. 


Baxış sayı: 116


Bölməyə aid digər xəbərlər