Bütün xəbərlər
Prezident İlham Əliyev Fatma Səttarovanın vəfatı ilə əlaqədar onun ailəsinə və yaxınlarına başsağlığı verib
Tarix: 14-09-2024 15:22 | Bölmə: Gündəm

Prezident İlham Əliyev Fatma Səttarovanın vəfatı ilə əlaqədar onun ailəsinə və yaxınlarına başsağlığı verib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi iştirakçısı, ölkəmizin ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif edilmiş Fatma Səttarovanın vəfatı ilə əlaqədar onun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.
Sabaha-inamla.aAZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev Fatma Səttarovanın Vətənə sədaqətlə xidmət edərək, gənclərə və gələcək nəsillərə örnək olan nümunəvi həyat yolu keçdiyini bildirib.
“Bu ağır anlarda dərdinizi bölüşür, ailənizin bütün üzvlərinə öz adımdan və Mehriban xanımın adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!”, - deyə, Azərbaycan Prezidenti qeyd edib.


Baxış sayı: 96


Bölməyə aid digər xəbərlər
30-07-2024, 00:53 Hidayət çempion!