Bütün xəbərlər
Putin: "Rusiya Federasiyası ilə Azərbaycan arasında münasibətlər praqmatik inkişaf edir"
Tarix: 05-06-2024 22:24 | Bölmə: Gündəm

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin əsas xarici informasiya agentliklərinin rəhbərləri ilə görüşündə Moskva ilə Bakı arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “münasibətlərimiz uğurla, etibarlı, çox praqmatik inkişaf edir”, - deyən Putin, “Biz Azərbaycan rəhbərliyinin dövlətlərarası əlaqələri məhz qarşılıqlı maraqlar əsasında qurmaq ruhunu hiss edirik”.
Bundan əlavə, Rusiya Federasiyasının Prezidenti qeyd edib ki, Moskva ilə Bakı arasında əlaqələrin daha da inkişafı üçün ölkələr logistika və nəqliyyat infrastrukturunu təkmilləşdirməli olurlar.
“Bu, təkcə Şimal-Cənub yoluna deyil, həm də digər vektorlara, o cümlədən Dağıstan hissəsində Rusiya və Azərbaycan sərhədində yerləşən logistika mərkəzlərinə aiddir”, - deyə, Putin yekunlaşdırıb.


Baxış sayı: 362


Bölməyə aid digər xəbərlər